Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Ədədin özündən kiçik iki ədəddən ibarət tərkibi



Yüklə 2,56 Mb.
səhifə53/69
tarix24.10.2023
ölçüsü2,56 Mb.
#161226
1   ...   49   50   51   52   53   54   55   56   ...   69
Sad riyazi t s vv rl rin formala mas metodikas

10. Ədədin özündən kiçik iki ədəddən ibarət tərkibi.
Uşaqları hesablama fəaliyyətinə hazırlaşdırarkən onları mütləq ədədin özündən kiçik iki ədədən ibarət tərkibi ilə tanış etmək lazımdır.
Əvvəlcə uşaqları birinci beşliyin ədədlərinin tərkibini göstərirlər. Sonra tədriclə ikinci beşliyin tərkibini öyrənirlər.
Tərbiyəçi düzüm kassasında eyni rəngdə 3 dairəni bir sırada düzür. Uşaqlar düzüm kassasında 3 qırmızı dairənin olduğunu bildirirlər. Sonra tərbiyəçi dairələrdən ikisini göy dairə ilə əvəz edir və uşaqlardan soruşur: “Qrup indi necə tərtib edilmişdir” Uşaqlar cavab verir: “Qrup 2 göy və 1 qırmızı dairədən, cəmi isə 3 dairədən tərtib edilmişdir.”
Tərbiyəçi nəticə çıxarır ki, 3 ədədini 2 və 1 ədədlərindən tərtib etmək olar və ya 1 və 2 ədədlərindən.
Uşaqlara ədədlərin özündən kiçik 2 ədəddən ibarət tərkibinin öyrədilməsi üçün hekayə-məsələlərdə də təklif etmək olar.Məs.Budaqda neçə quş oturmuş, neçəsi isə uçur? Cəmi neçə quş var? Yaxud, Rənaya 4 karandaş bağışladılar. O karandaşlarını Lalə ilə bölüşdürdü, Rəna karandaşlarını necə bölüşdürə bildi. və s.
Uşaqlar hər dəfə bu və ya başqa tapşırığı yerinə yetirib, toplunun hansı 2 qrupa bölündüyünü, ona cəmisi neçə əşya daxil olduğunu danışırlar və ədədin özündən kiçik 2 ədəddən ibarət tərkibi haqqında ümumiləşdirmə aparırlar. Uşaqları cavabları müxtəlif cür qurmağa alışdırmaq vacibdir: həm xüsusidən ümumiyə, həm də ümumidən züsusiyə keçmək. “Mən cəmisi 4 fiqur çəkdim, 3 kvadrat və 1 üçbucaq”
Uşaqları ümumiləşdirməyə gətirmək üçün onlara belə tapşırıqlar verirlər. Tərbiyəçi üzərində 3-dən 5-ə qədər əşya çəkilmiş kartoçkanı göstərir, lakin şəkillərdən 1 hissəsinin üstünü örtür və deyir: “Kartoçkada 4 dovşan çəkilmişdir. Tapın görək , mən neçə dovşanın üstünü örtmüşəm?”.
Beləliklə, ədədin özündən kiçik 2 ədəddən ibarət tərkibi ilə tanışlıq uşaqlara hesablamanın öyrədilməsinə keçməyi təmin edir.
11. Uşaqlara məsələ tərtib etməyin öyrədilməsi.
Məktəbəqədər yaşlı uşaqlar birəməlli sadə məsələləri, başlıca olaraq düz, yəni hesab əməli (üstəgəlmə,çıxmaq) bilavasitə əşyalarla təcrübi işdən alınan məsələlər həll edirlər. (əlavə etdik-çox oldu, götürdük-az oldu.) Bunlar cəmi və qalığı tapmağa aid məsələlərdir.
Məktəbəhazırlıq qrupunda uşaqlara məsələ həll etməyi mərhələlərlə öyrətmək lazımdır.
Birinci mərhələdə uşaqlara məsələ tərtib etmək öyrədilir. Onlar məsələnin şərtini və sualını ayırırlar. Uşaqlar məsələnin sualına tam və ətraflı cavab verməyi öyrənirlər.
İkinci mərhələdə uşaqlar nəinki toplama və çıxma əməlini seçməyi, həm də əvvəlcə 2 ədədini, sonralar isə 3 ədədini üstə gəlmək və çıxmağı öyrənərkən biri bir-bir üstə gəlmək və bir-bir çıxmaq priyomları öyrədilir.
İlk bir-iki məsələni tərbiyəçi tərtib edir. O, məsələləri uşaqların fəaliyyətindən tərtib edir. Məs. Səlim stolun üstünə 3 matryoşka qoydu, Vəfa daha 1 matryoşka da gətirdi. Vəfa və Səlim cəmisi neçə matryoka gətirdilər?
Sonra tərbiyəçi uşaqların qarşısında sual qoyur: “Səlim stolun üstünə neçə matryoşka qoydu? Vəfa neçə matryoşka gətirdi? Vəfa 1 matryoşka gətirəndən sonra matryoşkalar çox oldu, yoxsa az oldu? Vəfa və Səlim cəmisi neçə matryoşka gətirdilər? Bizim matryoşkalar Səlimin qoyduğu matryoşkalardan çox oldu, yoxsa az oldu? Nə üçün? ”
Uşaqlar izah edirlər ki, “Bəfa 1 matryoşka gətirdi, cəmi 4 matryoşka oldu. 4 ədədi 1-dən böyükdür.” Tərbiyəçi deyir: “Məsələn, mən tərtib etdim, siz isə həll ediniz.”
Sonra tərbiyəçi uşaqlara məsələ tərtib etməyi təklif edir. Onlar öyrənirlər ki, məsələni tərtib etmək üçün əvvəlcə şərtini sonra isə sualını tapmaq lazımdır.
Tərbiyəçi hər dəfə məsələni şərtinə və sualına ayırmağı təklif edir. Bəzən onun özü məsələnin şərtini uşaqlara deyir və soruşur: məsələdə hamısı deyilibmi, nə çatışmır? Məsələni rollar üzrə təkrar etmək olar: Bir uşaq məsələnin şərtini söyləyir, başqası sual qoyur, üçüncüsü məsələnin sualına cavab verir.
Məsələnin ədədi veriləninin əhəmiyyətini göstərmək vacibdir. Məs. Tərbiyəçi məsələnin şərtini söyləyərkən ədədlərdən birini və yaxud hər ikisini buraxır və soruşur: “məsələni həll etmək olarmı?” Uşaqlar bilməlidirlər ki, məsələnin şərtində ən azı 2 ədəd olmalıdır. Məs. Atası Laləyə bir neçə karandaş verdi, qardaçı da ona 2 qırmizi karandaş verdi, Lalənin neçə karandaşı oldu?
Deməli, hər danışığa məsələ demək olmaz.
Məsələni tapmacalarla da müqayisə etmək olar. “bir dam altında dörd qardaş yaşayır (stol)” Burdakı rəqəmlər əşyanın əlamətini bildirir.
Məsələlər bir neçə cür olur:

Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin