*Dramlaşdırma məsələləri: Uşaqların müşahıdə etdikləri, çox vaxt isə bilavasıtə özlərinin yaratdıqları hadisələr əks etdirilir. Vacib cəhət odur ki, burada suala cavab yox, ədədi verilənlər əyani göstərilsin.
Çox vaxt uşaqlar məsələdəki söslərin mənasını dərk edə bilmədikləri üçün onu həll etməkdə çətinlik çəkirlər. Məs. sərf etdi, bölüşdü, bağışladı və s. Ona görə də tərbiyəçi bu sözlərin mənasını onlara izah etməlidir və yaxud əks mənalı sözlər, gəldi-getdi, yaxınlaşdı-uzaqlaşdı, götürdü-verdi və s.
Dramlaşdırmanın gedişində əməliyyatı deyirlər.
Məşğələdən-məşğələyə uşaqların əşyalarla aparılan işlər haqqında bilikləri genişlənir və dəqiqləşir, onların məsələlərdə həmişə baş verən hadisələrin əks olunması haqqında təsəvvürləri artır.
*Məsələ-illüstrasiyalar: Məsələləri tərtib etmək üçün ümumi fon (meşə, çay), yaxud vaza, səbət, ağac kimi şəkillərdən istifadə olunur. Şəkillərdə yarıqlar açılmışdır, həmin yarıqlara müxtəlif şeylərin rəngli müstəvitəsvirlərini qoyurlar: palıd qozaları, alma, qayıq və s. Tərbiyəçi şeylərin təsvirlərini yarıqlara elə qoyur ki, ədədi verilənlər əyani görünsün. Başlanğıcda uşaqlara həm mövzu, həm sujet, həm də ədədi verilənlər göstərilmiş şəkillər nümayiş etdirirlər. Şəkil üzrə ilk məsələni tərbiyəçi özü tərtib edir. O, uşaqlara şəkli diqqətlə nəzərdən keçirməyi, ədədi verilənləri və miqdar münasibətlərinin dəyişməsinə səbəb olan həyati fəaliyyətləri ayırmağı öyrədir.
Tərbiyəçi əvvəlcə uşaqlara istiqamətverici suallarla kömək edir, sonra isə ancaq plan verir: “Burada nə şəkilmişdir? Neçə dənə7 Nə dəyişdi? Çox, yoxsa az olar?” Sonra uşaqlar şəkilləri nəzərdən keçirirlər və məsələni tərtib edirlər.
*Şifahi məsələlər: Belə məsələlərin tərtibinə tələsmək lazım deyil. Uşaqlara ilk şifahi məsələləri tərbiyəçi verir: məs.Qrafində 5 stəkan su vardı, Səlim 1 stəkan su içdi. Qrafində nə qədər su qaldı? Və ya uşaqlar məktəbyanı sahədə 6 alma ağacı və 1 armud ağacı əkdilər. Uşaqlar cəmi neçə meyvə ağacı əkdilər?
Uşaqlara məsələni birinci dəfədən yadda saxlamağı. Onu əlavə suallar gözləmədən təkrar etməyi öyrətmək lazımdır.
Uşaqlara məsələlər tərtib etməyi öyrədərkən tərbiyəçi ədədi materialın həcmini əsas şərt götürür.
Uşaqların həyati əlaqələri, asılılıqları məsələlərdə düzgün əks etdirmələrini mütləq izləmək lazımdır. Hər dəfə uşaqlardan hər birinin düşündüyünün həyatda doğrudan da belə olub-olmadığını müzakirə etmək lazımdır.