Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Məktəbəhazırlıq qrupu üçün məşğələ nümunəsi



Yüklə 2,56 Mb.
səhifə62/69
tarix24.10.2023
ölçüsü2,56 Mb.
#161226
1   ...   58   59   60   61   62   63   64   65   ...   69
Sad riyazi t s vv rl rin formala mas metodikas

Məktəbəhazırlıq qrupu üçün məşğələ nümunəsi.
Mövzu: Müxtəlif qruplarda olan əşyaların bərabərləşdirilməsi üzrə təsəvvürlərin genişləndirilməsi və əşyaların sayılması üzrə bacarıqların inkişaf etdirilməsi.
Məqsəd: Müxtəlif əşyaların bərabər miqdarını görmək, əşyaları sayıb ayırmaq və onları dəqiq bir-birinin altından düzmək, qruplardakı əşyaların miqdarının bərabərliyini nitqlərində əks etdirmək bacarığını möhkəmləndirmək, əşyaları, o cümlədən müxtəlif cür düzülmüş əşyaları saymaq bacarığını möhkəmləndirmək.
Metodik üsul: motivasiyanın yaranması, beyin həmləsi, müqayisə, inteqrasiya, əlaqə-əks əlaqə, qiymətləndirmə.
Resurslar: şəkillər, tablilar, oyuncaqlar, meyvələr, tərəvəzlər, həndəsi fiqurlar dəsti.
Məşğələnin gedişi:
I mərhələ. Motivasiya. Problemin qoyuluşu.
Tərbiyəçi qrupu fəallaşdırdıqdan sonra uşaqların diqqətini stolun üstündəki 5,6,7 oyuncaqdan ibarət qruplara yönəldir.
Tədqiqatın aparılması: Tərbiyəçi uşaqlara müraciət edir: “Biz yenə də müxtəlif əşyaların sayını bərabərləşdirməyi öyrənəcəyik”.
O, stolu göstərir, stolun üstündə 5,6,7 ədəd oyuncaqdan ibarət 3 qrup oyuncaq vardır. Hər qrupun yanında dairələr olan kartoçkalar qoyulmuşdur. Kartoçkalardakı dairələrinsayı oyuncaqların sayına uyğun deyildir. “Səhər mən Ləmandan xahiş etdim ki, hər oyuncaqlar qrupunun yanına oyuncaqların sayı qədər dairəsi olan kartoçka qoysun. Bir baxın görək, Ləman kartoçkaları düzgünmü qoymuşdur?” Tərbiyəçi iki-üç uşağın cavabını dinləyib bir uşağa təklif edir ki, hər qrup üçün kartoçkanı seçsin və özü yoxlamanı təşkil edir. Uşaqlar növbə ilə qruplardan birinin oyuncaqlarını və onun yanına qoyulmuş kartoçkadakı dairələri sayırlar. Tərbiyəçi axırıncı qrupun oyuncaqlarını bütün uşaqlarla birlikdə saymağı təklif edir.
Axırda tərbiyəçi deyir ki, indi kartoçkalar düzgün qoyulmuşdur: “Burada 5 oyuncaq, kartoçkada isə 5 dairə vardır, oyuncaqlar və dairələr bərabərdir – hərəsindən 5 dənədir, burada 7 oyuncaq və 7 dairə vardır, onlar bərabərdir-hərəsindən 7 dənədir

Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin