Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


I qrupa kartın birinci sırasına 6 ədəd quş, II sıraya 7 ədəd quş düzməyi tapşırır. Sonra quşların sayını bərabərləşdirməyi təklif edir. II qrupa



Yüklə 2,56 Mb.
səhifə64/69
tarix24.10.2023
ölçüsü2,56 Mb.
#161226
1   ...   61   62   63   64   65   66   67   68   69
Sad riyazi t s vv rl rin formala mas metodikas

I qrupa kartın birinci sırasına 6 ədəd quş, II sıraya 7 ədəd quş düzməyi tapşırır. Sonra quşların sayını bərabərləşdirməyi təklif edir.
II qrupa say kartında quşların sayı qədər dairə və üçbucaq düzməyi və onların sayını müqayisə etməyi tapşırır.
III qrupa I sıraya 7 ədəd üçbucaq düzməyi, onların sayı qədər kvadratı II sıraya düzməyi və hansının az, çox, bərabər olduğunu deməyi təklif edir.
IV qrupa say kartına 7 ədəd oyuncaq fiquru düzməyi, II sıraya onların sayı qədər həndəsi formadüzməyi və 1 ədəd fiqur əlavə etməyi tapşırır. Hansının az və çox olduğunu uşaqlardan soruşurş
IV mərhələ. İnformasiya mübadiləsi.
Tərbiyəçi uşaqlardan nə etdiklərinin və tapşırığı necə yerinə yetirdiklərini soruşur.
İnformasiyanın müzakirəsi.
1.Qrupda olan əşyaları necə bərabərləşdirmək olar?
2.Əşyaların miqdarını bilmək üçün nə etmək lazımdır?
3.Müxtəlif əşyaları necə müqayisəetmək olar?
V mərhələ. Ümumiləşdirmə və nəticə.
Tərbiyəçi uşaqların cavablarına əsaslanaraq özü də əlavələr edir və uşaqlarla birlikdə ümumiləşdirmə aparıb nəticə çıxarırlar ki, müxtəlif əşyaların hər birindən istənilən sayda götürmək olar.
VI mərhələ. Qiymətləndirmə
Tərbiyəçi meyar cədvəlinə əsasən qiymətləndirmə aparır.


VII. UŞAQ BAĞÇASINDA İŞİN PLANLAŞDIRILMASI.
1.Məktəbəqədər müəssisələrdə riyaziyyat uzrə işin planlaşdırılması.
Uşaqlarda sadə riyazi təsəvvürlərin inkişafı məsələləri düzgün planlaşdırma olmadan həll edilə bilməz. Planlaşdırma – uşaqlarda Sadə riyazi təsəvvürlərin formalaşdırılmasının idarə olunmasının əsas vasitələrindən biridir.
Plan proqram məsələlərinin sistematik və ardıcıl. Məqsədyönlü həyata keçirilməsinə imkan yaradır. Bundan əlavə planlaşdırma qrupda pedaqoji prosesin nə səviyyədə olması haqda məlumat verir.
Sadə riyazi təsəvvürlərin inkişafı üzrə işin düzgün planlaşdırılması üçün tərbiyəçi aşağıdakıları bilməlidir:
1. İşlədiyi yaş qrupunun proqramını ətraflı bilməlidir;
2. Uşaqların yaş və fərdi xüsusiyyətlərini bilməli;
3. planlaşdırma və təlimin təşkili zamanı didaktik prinsiplərdən düzgün istifadə etməyi bacarmalı;
4, Uşaqlaeda riyazi təsəvvürlərin inkişafının əsaslarını bilməli;
5. Məşğələlərdə interaktiv təlim metodlarından istifadəni bilməlidir.
Məktəbəqədər müəssisələrdə planlaşdırmanın 2 növü var:
1. Perspektiv plan
2.Təqvim planı
Perspektiv plan rüblər üzrə yazılır. Burada hər hansı rübdə riyaziyyat üzrə məşğələlərin mövzuları və məşğələdən kənar riyazi bilikləri möhkəmləndirmək üçün verilən tapşırıqlar öz əksini tapır.
Məşğələlərin təqvim planına daxildir:
1. Proqram məzmunu: a)Təlim; b) İnkişafetdirici; v) tərbiyəvi.
Təlim məsələsi perspektiv plandan götürülüb, lakin daha konkret yazılması tələb olunur.
İnkişafetdirici məsələlər uşaqların nitqinin inkişafı, təfəkkürünün və başqa psixi proseslərin inkişafı məqsədini daşıyır.
Çünki riyaziyyat məşğələlərində uşaqlar təkcə riyazi biliklər almır. Həm də onlar əqli cəhətdən inkişaf edirlər.
Tərbiyəvi məsələlər uşaqlarda təlim fəaliyyətində müsbət əxlaqi keyfiyyətləri formalaşdırır.
2. Ayrı-ayrı uşaqlarla fərdi iş yuxarıdakı üç istiqamətdə planlaşdırılır.
3. Didaktik material- mövzuya uyğun və rəngarəng olmalıdır.
Ilin sonunda hər bir tərbiyəçi Pedaqoji şurada öz işinin hesabatını verir.



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin