Sadə riyazi təsəvvürlərin formalaşması metodikası



Yüklə 2,56 Mb.
səhifə68/69
tarix24.10.2023
ölçüsü2,56 Mb.
#161226
1   ...   61   62   63   64   65   66   67   68   69
Sad riyazi t s vv rl rin formala mas metodikas

MƏNTİQİ ÇALIŞMALAR.
1. Üç qardaşın hərəsinin bir bacısı var. Ailədə neçə uşaq var?

2.Səkkiz çiyələyi iki uşaq arasında bərabər bölmək lazımdır.



3. İki dost 3 saata şaxmat oynadılar. Onların hər biri neçə saat oynamışdılar?

4. Budaqda bir neçə quş oturmuşdu. Onların cəmi 6 qanadı var. Quşların neçə başı var?


5. Uşaq bağşasına 7 uşaq hərəsi bir şar gətirdi. Uşaqlar uşaq bağçasına neçə şar gətirdilər?
6. Üç dovşanın neçə qulağı var?

7. Arif çoxlu şarlar alıb, hamısını uşaqlara payladı: iki şarı Laləyə verdi, o qədər də Vəfaya verdi. Arif nə qədər şar alıb?

8. Dörd at 4 km. qaçıb. Hər at nə qədər qaçıb?
9. Dörd armud və altı gavalı var idi. Armudların hamısını və o qədər də gavalı yedilər. Neçə gavalı qaldı?
10.Hər it bir dəfəyə bir sümük yeyir. 5 iti yedizdirmək üçün 2 sümük çatmır. İtlərin neçə sümüyü var?

11. Hansı qabdan heç nə yemək olmaz?
12. Yol çəkənlər yol çəkirdilər. Yolbir neçə hissəsi torpaq səviyyəsindən hündürdə, digərləri isə aşağıda. Yolun hansı hissəsində yaə ğışdan sonra gölməçə yaranar?
13. bacı ilə qardaşın hərəsinin 4 alması var idi. Bacı 1 almadan başqa hamısını yedi, qardaş isə yarısını yedi. Kimdə çox alma qaldı?
14. Baba, nənə, Qaragöz, Məstan və siçan turpu dartdılar. Neçə göz rurpa baxırdı?
15. Bu gün gecə saat 12-də yağış yağırdı. Bir neçə gündən sonra bu vaxt günəşli hava ola bilərmi?
16. 1 yumurta bişirmək üçün 10 dəqiqə tələb olunur. Neçə dəqiqəyə 2 yumurta bişirmək olar?
17. Nərgizlə Ayselin 3 alma və 5 albalıları var idi. Almaların hamısını və o qədər də albalı yedilər. Neçə albalı qaldı?
18. 3 tülkü 3 km. qaçdılar. Hər tülkü neçə km. qaçdı?
19.Lalə 1 stəkan çaya 3 qaşıq şəkər tozu tökdü və çayı içdi. Aynur isə 2 stəkana 4 qaşıq şəkər tozu töküb, çayı içdi. Kimin çayı daha şirin idi.
20. Qutuda 3 alma, 1 armud, 2 naringi və 3 limon var. Qutuda cəmi nə qədər alma var?


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin