Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına onlayn təqdim edilməsi” elektron xidməti üzrə inzibati reqlament


İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat



Yüklə 130,56 Kb.
səhifə9/9
tarix02.01.2022
ölçüsü130,56 Kb.
#34849
1   2   3   4   5   6   7   8   9
3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:

Xidmətin yerinə yetirilməsi nəticəsində vergi ödəyicisinin bəyannaməsi İnternet Vergi İdarəsi vasitəsilə onlayn rejimdə elektron formada tərtib edilərək  təqdim edilir və bu barədə vergi ödəyicisinə bildiriş verilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə onlayn qaydada nəzarət edilir.

3.5.2. nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
Yüklə 130,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin