Şagirdlərin və heyətin qiymətləndirməsi standartları



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə6/9
tarix02.01.2022
ölçüsü0,54 Mb.
#2366
1   2   3   4   5   6   7   8   9
 

 


HEYƏTİN PSİXOLOJİ QİYMƏTLƏNDİRİLMƏSİ STANDARTLARI 

Standartların icmalı 

 

Qanunilik standartları 

Qanunilik standartları heyət üzvlərinin qiymətləndirilməsinin düzgün və dəqiq aparılmasını,   

qiymətləndirmə nəticələrinin  onlara və və müvafiq səlahiyyətli şəxslərə təsirinin etik normalara 

uyğun olmasını təmin edir.  

 



Q1 - Heyət üzvlərinə xidmət 

Heyət  üzvlərinin  psixoloji  qiymətləndirilməsi  təhsilin  əsas  prinsiplərinə,  Məktəbənin 

missiyasının  həyata  keçirilməsinə,  hər  bir  heyət  üzvünün  peşəkar  inkişafına  xidmət 

etməlidir.  

 

Q2 - Müvafiq siyasət və prosedurlar 



Qiymətləndirmənin  müntəzəm,  eyni  qaydada  və  ədalətli  aparılmasını  təmin  etmək 

məqsədilə  bütün  prosedurları  əks  etdirən  sənədlər  işlənilməli  və  təsdiq  olunmalıdır. 

Qiymətləndirmənin  əsasları  haqqında  məlumat  heyət  üzvlərinə  metodik  tövsiyələr  

şəklində təqdim edilməlidir. 

 

Q3 - Qiymətləndirmə nəticələrinin məxfiliyi  



Şəxsi  məlumatların  məxfiliyi  və  mənəvi  heysiyyəti  qorumaq  məqsədilə  heyət  üzvlərinin 

qiymətləndirilməsi  nəticələri  və  müvafiq  məlumatlar  yalnız  xüsusu  icazəsi  və  səlahiyyəti 

olan şəxslərə açıqlana bilər. 

 



Q4 - Heyət üzvlərinə münasibət 

Qiymətləndirilmə    prosesi  elə  qurulmalıdır  ki,  istənilən  mərhələdə  heyət  üzvləri  özlərinə 

qarşı  hörmət  duysun,  bununla  yanaşı        qiymətləndirilən  şəxsin  heysiyyəti,  motivasiyası 

güclənsin,  özünün  peşəkar      nailiyyətlərinə  diqqəti  artsın  və  yaən  azı    qiymətləndirmə 

nəticəsində ona heç bir zərər yetirilməsin. 

 



Q5 - Tənzimlənmiş qiymətləndirmə 

Qiymətləndirmə nəticələri heyət üzvünün həm güclü, həm də zəif xüsusiyyətlərini üzə 

çıxarmalı,  güclü xüsusiyyətlərin inkişaf etdirilməsi, zəif xüsusiyyətlərin isə aradan 

qaldırılması  üçün zəmin yaratmalıdır. 

 

Q6 – Maraqların toqquşması 



Mövcud və ehtimal olunan maraqlar  toqquşması  halları əvvəlcədən  müəyyən olunmalı,    

qiymətləndirmə prosesi və nəticələrinin obyektivliyinə heç bir mənfi təsir göstərməməlidir. 

 

Q7 - Heyət üzvlərinin hüquqları 



Qiymətləndirmə mövcud əmək qanunvericiliyinə əsaslanmalı, insan hüquqlarına və ədaləti 

dəstəkləyən prinsiplərə uyğun olmalıdır.   




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin