3.
Düz bölgələr (qollar və ayaqlar)
üçün (bezlə istifadə olunur).
2.
Bütün vücud üçün istadə olunan
çeşidlər.
a is
-lə
Advertorial
Tel:
(+99 412) 598 82 95, (+99 450) 778 80 70
e-mail:
nlgmmc@hotmail.com
web:
nlgazcosmetic.com, www.vivet.com.tr
100 % təbii ağac şirəsindən hazır-
lanmışdır
Çox qısa tükləri belə ağrısız,
kökündən çıxarır
Cilddəki ölü hüceyrələri
təmizləyir
Həftələrcə ipək kimi yumşaq və
təravətli vücud bəxş edir
Tüklər seyrək və gec çıxar
Tüklər dəri altında da qalmaz
-
-
-
-
-
-
PROFESSİONAL YAPIŞQAN MUMLAR
Professional və fərdi
istifadə üçün
32
www.avismed.az
a is
-lə
Ulduz
Səkinə İsmayılova:
Gözəl sənətkarımız, xalq artisti, illərdir səhnədə öz şaqraq
səsi ilə ruhumuzu oxşayan sənətkar xanım Səkinə İs-
mayılova rubrikamızın bu dəfəki qonağıdır.
Səkinə xanım, sizin üçün
qadın gözəlliyi nə demək-
dir?
Bu suala adətən daxili gözəllik
deyə cavab verirlər. Hər kəs daxili
gözəlliyin qadın üçün əsas olduğu
fikrindədir. Mən də bu fikirdəyəm.
Məncə ağıllı qadın özündə bütün
gözəllikləri birləşdirir. Ağıllı və
əxlaqlı qadın gözəldir.
Bəzən qadınlar mən gözəl
görünməliyəm fikri ilə bir
çox vasitələrə əl atırlar. Siz
belə fikirləşəndə nə edirsi-
niz?
Hər bir qadının haqqıdır ki,
gözəl görünmək üçün əlindən
gələni etsin. Kimisi kosmetikasını
daim diqqət mərkəzində saxlayır,
heç vaxt bəzənməmiş vəziyyətdə
olmur. Kimisi də daxili gözəllik hər
şeydən önəmlidir deyib keçir və
düşünür ki, mənimlə ünsiyyətdə
olan insan bu gözəlliyi görəcək.
İndi səhnədə olan da siyasətdə olan
da, gözəl görünməyə çalışır. Hər
bir insanın gözəl görünmək haqqı
var. Cəmiyyət içərisinə çıxırsa əl-
bə ə ki o gözəl görünməlidir.
Geyim seçəndə təmtərağa
fikir verirsinizmi?
Xeyr, təmtərağa üstünlük ver-
mirəm. Mən illərdən bəri xalqın
məni qəbul etdiyi şəkildə qalmağa
çalışıram. Bunlar mənim üçün çox
önəmlidir. Sənətimə uyğun olan
şəkildə geyinməyə çalışıram. Ümu-
miyyətlə, sənətdə olan xanımlar bu
sənətə uyğun davranmalıdırlar.
Geyimləri də, kosmetikaları da,
xanımlıqları da, davranışları da
sənətkarlıqlarına uyğun olmalı,
ona yaraşmalıdır. Biz xarici
ölkələrdə səfərdə olanda hər
zaman azərbaycanlı olduğumuzu
bəlli etmişik və bu ada layiq
olduğumuzu davranışımızla, geyi-
mimizlə göstərmişik. Bax buna
diqqət etmək lazımdır. Budur
bizim təmtərağımız.
Kompleksləriniz varmı?
Əlbə ə, var. Hər bir insanda
kompleks var. Ancaq bunu o qədər
də böyüdüb bir çox şeylərə mane
olacaq şəklə gətirmək lazım deyil.
Sizcə qadını nə gözəl-
ləşdirir?
Saflıq, dəqiqlik, gözəllik. Qadın
özünü hər zaman bunlarla gözəl-
ləşdirir. Hər hansı bir qadınla bir az
münasibət saxlayanda, söhbət
edəndə onun daxili üzə çıxır. Bu
zaman həmin qadının gözəlliyi
bəlli olur.
Hər bir qadının təsəv-
vüründə ideal bir insan ob-
razı var. Sizin necə?
Məncə, insanı ideallaşdırmaq
olmaz. Hər kəsi Allah yaradıb.
Mənim üçün görmək istədiyim in-
sanlar var, xasiyyətləri yaxşı olan
insanlar var. Bu insanlar iç dünyası
ilə xarici dünyası eyni olanlardır,
səmimi olan insanlardır.
33
www.avismed.az
Səmimiyyət də elə olmalıdır ki,
qarşındakılar bundan istifadə et-
məsinlər. Olduğun kimi görünəndə
hər kəs tərəfindən daha çox
sevilirsən.
Ən qiymətli əşyanız nə-
dir?
Əşyalara qiymət vermirəm.
Mənim üçün ən qiymətli olan
ailəmdir, övladım və yaxınlarımdır.
Gündəlik həyatınızda ev-
dən çıxanda hansı əşyaları
götürməyi heç vaxt unut-
mursunuz?
Dualar mənim hər zaman
yanımda olan əşyalardır. Mən iki
dəfə həcc ziyarətində olmuşam. Al-
laha bağlı insanam. Mənim üçün
dualar həmişə dilimdə, yanım-
dadır.
Qadını qadınlıqdan nə
uzaqlaşdırır?
Tamahı, var-dövlətə hərisliyi.
Mənim düşüncəmlə hər kəs Al-
lahın ona verdiyi ilə kifayətlənmə-
lidir. Bundan artığının dalınca
gedəndə, təbii ki, hər şeyi itirə
bilərsən. Tamahı özündən uzaq et-
məlisən.
Makiyajsız efirə çıxmısı-
nızmı?
İlk vaxtlar səhnəyə çıxanda
olub. O vaxt o qədər də dəb deyil-
di. Ancaq onda da hər kəsin
özünəməxsus imici var idi. Hazırda
xarici müğənnilər makiyaja o qədər
də üstünlük vermirlər. Bizdə
yemək verilişlərinə gələn müğən-
nilər elə bəzənirlər ki, adam onlara
baxanda qəribə hiss keçirir. Buna
görə də hər bir səhnəyə uyğun
bəzənməlisən.
Siqaret çəkən, içki içən
qadınlara necə baxırsınız?
Məncə, qadın bunlardan isti-
fadə etməməlidir. Ancaq bu dəb
halını alıbsa, onlar üçün özləri
bilər, bu onların öz fikridir. Ancaq
səhnədə artıq öz sözünü deyən bir
sənətkar kimi deyə bilərəm ki,
qadın gözəlliyinə xələl gətirir.
Sənət anlayışınızla, həyat
anlayışınız arasında bir fərq
varmı?
Sənətlə həyat ayrı-ayrı şeylərdir.
Elə şeylər var ki, bir-biri ilə uzlaşır,
elə şeylər də var ki, heç uyğun
gəlmir. Həyatı sənət dünyasına qat-
maq olmaz. Sənətdə elədiklərini
ailəyə, ailəyə etdiklərini sənətə
daşımaq olmaz. Ailə öz çərçivə-
sində qalmalıdır, sənət də həmçi-
nin.
Ana olandan sonra sizin
üçün nə dəyişdi?
Sənətkar üçün, səhnədə olan
üçün çox çətindir. Mən illərdir
çətinliklə də olsa bunu bacarıram.
Ailədə kişinin sözünü hər zaman
qanun kimi tutmaq lazımdır. Bu
hər cəhətdən ailəyə xeyirlidir. Mən
hər zaman övladıma atanın sözü-
nün qanun olduğunu tərbiyə etmi-
şəm. Bəzən elə olub ki, övladım
üçün hər hansı bir şeyi təkbaşına
həll edə bilsəm də, yenə də uşağı
göndərmişəm ki, get atadan icazə
al sonra. Bu, kişinin atalıq iddiasına
olan hörmətimdən və övladımın
ata-anasına olan hörmətinin qorun-
masına çalışmağımdan irəli gəlir.
Yemək bişirə bilirsi-
nizmi?
Əlbə ə. Mətbəxi çox sevirəm.
Evdə olanda, vaxtım olanda yemək
bişirirəm. Gün ərzində bir-iki saat
vaxtım olanda, o saat mətbəxə
keçib yemək bişirirəm və bu evdə-
kilər üçün bayram olur.
34
www.avismed.az
a is
-lə
Ulduz
Bu vaxta qədər səsinizi
nədən və necə qorumusunuz?
Nəfsimi saxlayaraq qorumuşam.
Sənəti ona dəyər verilən yerdə göstər-
mişəm. Operada 30 il işləməyim buna
bariz nümunədir. Sənətimi ucuz-
laşdırmamışam. Bu da eyni zamanda
səsimi qorumağıma kömək edib.
Reallığa çevirmək istədiyi-
niz arzu varmı?
Arzunun da çərçivəsi var. Durum
istəyim ki, filan adanı alım, bu
mümkün deyil. Elə arzu olmalıdır ki,
bunun reallığa çevrilməsi mümkün
olsun.
Ailəniz sənətinizə, sənə-
tiniz ailənizə mane olmur ki?
Olub belə şeylər. Cavanlıqda daha
çox olurdu. Ancaq xanım buna
dözməlidir. Filan paltarı geyinməyin
məsləhət deyilsə, geyinməməlisən.
Həyat yoldaşının sözündən çıxma-
malısan. İndi bu yaşımda belə, mən
həyat yoldaşımın sözündən
çıxmıram. Bəzən elə tədbirlər olur ki,
ora getmirəm, ancaq yoldaşım
mənim getməyimin tərəfdarı olur.
Deyir ki, niyə getmirsən, axı səni orda
görmək istəyirlər. Bəzən də getmə-
yimin əleyhinə olur. Mən hər zaman
onun fikirlərinə hörmət etmişəm, belə
olmasaydı, 30 illik ailə həyatımız ol-
mazdı. Qadından çox şey asılıdır.
Leyli obrazını ən yaxşı ifa
edən sənətkarlardansınız, bu
sizin üçün nə ifadə edir?
Bəzən ailəmizdə hər hansı bir söz-
söhbət olanda tez canlandırdığım
obrazı dilimə gətirirəm ki, bax Məc-
nun Leylisini bu cür sevirdi. Bu
mənim üçün çox şey ifadə edir.
Tələbələriniz sizi görəndə
sevinirmi?
Tələbələrim məni dəli kimi sevir.
Müəllim mənim fikrimcə ikinci
anadır. Belə olmuşam ki, onlar da
məni bu qədər sevib.
Azərbaycan qadını necə ol-
malıdır?
Mənim fikrimcə, Azərbaycan
qadını baxışı ilə, görünüşü ilə, otu-
ruşu-duruşu ilə danışmadan Azər-
baycan xanımı olduğunu gös-
tərməlidir. Bu sual mənə rəhmətlik
dahi müğənni Rəşid Behbudovu
xatırlatdı. Mən hər zaman fəxr et-
mişəm ki, mənim sənətimi ifamı
onun kimi sənətkar bəyənib və onun
qrupu ilə dəfələrlə qastrollara get-
mişəm. Deyirdi ki, səndə əsl Azərbay-
can qızının görünüşü var. Mənim
həmişə saçlarım uzun, qaşım-
gözüm, geyimim adət-ənənəyə
uyğun olardı. Mənə deyirdi
ki, bu ənənəni qoru. Qadın
özünü qorumalıdır.
35
www.avismed.az
36
www.avismed.az
a is
-lə
Adviertorial
Müalicə üsulları
haqqında:
Professor Cunq Von Suk Şərq
Reabilitasiya Təbabəti üzrə mütə-
xəssisdir. Şərq Reabilitasiya Təba-
bətinin tibbi fəaliyyət sahəsi əzələ
və skeletdə yaranan müxtəlif növ
xəstəliklər və ağrılar, mərkəzi sinir
sistemi və periferik sinir sistemi
xəstəlikləri ilə yaranan müxtəlif
iflic xəstəlikləri və onların bərpası,
piylənmə, hidroterapiya, nazik
geyimdə özünü küləyə vermək və
ya aclıq pəhrizi kimi mövcud olan
Qərb təbabəti və ya iynə, cərrahi
əməliyyat və başqa qeyri-təbii
üsullarla deyil, təbiətdən əldə edilə
bilən üsullardan istifadə edərək
xəstəlikləri müalicə edən təbiət
elmidir. Professor Cunq Von Suk
xüsusilə ağrıları və əzələ-skelet sis-
temini bərpa etmək, ortoterapiya
və piylənmə müalicəsi üzrə
mütəxəssisdir.
İnsan bədəni skelet, əzələ və
miofassiyalardan təşkil olunaraq
ağırlıq qüvvəsinə qarşı balans
saxlayan bir növ gərilməyə dözüm-
lü formadadır. Lakin təkrar olunan
qeyri-dəqiq hərəkət və ya vəziyyət
vərdişləri səbəbindən balans pozu-
laraq gərginlik fərqi yaranır və
bununla da bədənin hərəkəti və
vəziyyəti dəyişikliyə uğrayır. Bu
səbəbdən yaranan fiziki stresi hər
hansı bir oynağa yığılaraq orada
və onun ətrafında müxtəlif xəstəlik
və ağrıların yaranmasına səbəb
olur. Kəskinləşdiyi halda skolioz
kimi nəzərə çarpan xəstəliklər
yarana bilir. Bədən forması dəyi-
şilərsə, daxili orqanların yeri də
dəyişilə bilir. Məhz bu səbəbdən
həzm və tənəffüs pozğunluğu, pal-
pitasiya, baş ağrısı, başgicəllənmə,
yuxusuzluq və s. kimi müxtəlif
simptomlar xüsusi səbəb olmadan
da yarana bilir. Tətbiq olunan
müalicə kəskin ağrıları azaldıb,
bədənin düzgün forma və
vərdişlərini bərpa edir. Professor
Cunq Von Suk akupunktura, Çuna
müalicəsi və s. kimi müxtəlif Şərq
təbabəti müalicə üsulları ilə
bədənin balans pozulmasını qay-
daya salır. Bundan əlavə, onurğa
sütununun disk yırtığı, onurğa
stenozu kimi cərrahi əməliyyata
ehtiyacı olan xəstəliklər də
əməliyyatsız və qalıq əlamətləri ol-
madan müalicə oluna bilir.
Piylənmə enerjinin qəbulu və
Bakıdakı Koreya
Kyung Hee Universiteti
Şərq Təbabəti Klinikasının
müalicə üsullarının təqdimatı
Prof. Cunq Von Suk
Koreya Kyung Hee Univer-
sitetinin Tibb fakültəsinin
professoru və Piylənmə
üzrə Koreya Şərq Təbabəti
Cəmiyyətinin beynəlxalq di-
rektorudur.
xaric edilməsində balans pozul-
masına səbəb olaraq meydana
gələn xəstəlik olub, irsi və irqi
cəhətdən zəruri ünsür kimi qeyd
edilir. Pəhriz və idman müalicəsi
hazırkı dövrdə müxtləif müalicə
üsulları arasında daha çox təklif
olunan üsuldur, amma pəhrizdən
sonra yenidən kökəlmənin qarşı-
sının alınması və bazal metobo-
lizmi qoruyub saxlamaqla bədən
quruluşunun tənzimlənməsi və s.
üçün müxtəlif tapşırıqlar qalmaq-
dadır. Professor Cunq Von Suk iş-
tahanın tənzimlənməsi, metobolik
effektivliyin azalması, bədəndəki
piyi azaltmaq məqsədilə akupunk-
tura, bitki mənşəli dərmanlar,
qulağa iynə batırma terapiyalarını;
piylənmənin qarşısını almaq
məqsədilə elektrik iynə batırma,
moksibişn, vakkum-banka müali-
cələrini həyata keçirir. Xüsusilə,
hazırkı dövrdə istifadə edilən
pəhriz müalicəsi sabit vaxtda
yeməyi dayandırıb, idman edərək
həmin müddət ərzində 10-15%
arasında bədən çəkisinin azalması
üsuludur. Pəhrizdən sonra yenidən
kökəlmənin qarşısını almaqla bə-
dən piyini azaldaraq, piylənmə və
bununla əlaqədar yaranan müxtəlif
xəstəlikləri, şəkərli diabet və yük-
sək təzyiq ilə müşayiət olunan
metobolik xəstəlikləri müalicə et-
məklə, sağlamlıq və gözəlliyə əla-
qəli şəkildə nail olmaq mümkün-
dür.
Digər müalicə
üsul və şöbələri:
Akupunktura və istifadə olunan
digər Şərq təbabəti müalicə üsulu:
üzün kosmetik müalicəsi; Daxili
orqanlar, Pediatriya, Ginekologiya,
Dermatologiya, LOR, Psixote-
rapiya, Allergik xəstəliklər, Revma-
tizm, Travmatologiya şöbələri və s.
ÜNVAN
Azərbaycan Respublikası, Bakı
şəhəri, AZ 1095, Ne çilər
prospekti 65. (Funikulyorun yanı)
Tel.:
(+99412) 437-18-10;
437-18-25
Faks:
(+99412) 437-18-30
E-mail: seba_klinika@yahoo.com
Web:
www.seba.az
37
www.avismed.az
38
www.avismed.az
a is
-lə
Pəhriz
1.
Alış-veriş zamanı aşağı kalorili qidalara üstün-
lük verin. Yemək planınızı əvvəlcədən hazırlayın
və buna uyğun alış-veriş edin.
2.
Alış-veriş zamanı balaca çantalardan istifadə
edin. Əsas yemək vaxtlarında yediyiniz qidaların
miqdarını yarıbayarı azaldın. Bu qidaların yerinə
salat və göyərtinin miqdarını artırın.
3.
Qəbul etdiyiniz qidaların yağ miqdarını azaldın.
Salatlara və yeməklərə yağlı souslar, ketçup və
mayones əlavə etmək yerinə quru meyvə, limon
sirkəsi əlavə edin. Tox qalmaq üçün salatların miq-
darını artırın, ancaq zeytun yağı əlavə etmək
istəyirsinizsə onun miqdarına diqqət yetirin.
4.
Ara-sıra yeməklər zamanı qidalara salatlıq
göyərtiləri əlavə edin.
5.
Fast-food-dan istifadə etməməyə çalışın. Əgər
istifadə edəcəksinizsə ketçup, mayones kimi sous-
ların yerinə pomidor və göyərti əlavə edin.
6.
Yanınızdan suyu ayırmayın. Yeməklərdən əvvəl
1-2 stəkan su için.
7.
Harada olursa-olsun qidalanma proqramınız-
dan kənara çıxmayın.
8.
Hər zaman eyni qidaları qəbul etməyin. Fərqli
qida qruplarını gün ərzində qəbul edin.
9.
Gimnastika ilə məşğul olun.
10.
Yeməkləri və şirniyyatları qabınıza qoy-
duğunuz zaman balaca qablardan istifadə edin.
Yeyəcəyiniz bütün qidaları gözünüzün qabağında
olacaq şəkildə yerləşdirin.
11.
Mətbəxdə uzun müddət qalmayın.
12.
Davamlı olaraq yeməklə bağlı planları düşün-
məyin.
Pəhriz saxlayaq,
ancaq
ac qalmayaq
Pəhrizli yeməklərlə bağlı ikinci yazımızı sizə təqdim edirik.
Ümid edirik ki, təqdim etdiyimiz bu menyu sizin üçün həm
dadlı həm də xeyirli olacaq.
Aclıq hiss etmədən zəifləmək üçün
12 qızıl qayda
Bu 12 qızıl qayda sizin pəhriz proqramınızın əsas hissəsi sayılır.
Bu qaydalara əməl etsəniz arzuladığınız fiziki formada ola bilərsiniz.
Lazım olan ərzaqlar
2 ədəd doğranmış pomidor
Qurudulmuş çörək
5-6 yarpaq təzə nanə
1.5 çay qaşığı zeytun yağı
1/3 çay qaşığı duz
1/3 şay qaşığı quru kişniş
Hazırlanma qaydası
Nanənin yarpaqlarını ayırın.
Blenderdən keçirilmiş pomidor
püresini nanə, zeytun yağı, duz və
keşnişlə qarışdırın. Yanına bir ədəd
qurudulmuş çörək əlavə edərək
yemək olar.
Lazım olan ərzaqlar
Dəstənin 1/4 – i qədər yuyulub
doğranmış ıspanaq
½ ədəd kub şəklində doğranmış
portağal
1 çay qaşığı sirkə
Hazırlanma qaydası
Ispanaqları və portağalı bir
boşqabda qarışdıraraq üzərinə
sirkə əlavə edib yeyə bilərsiniz.
Soyuq pomidor şorbası
Lazım olan ərzaqlar
6-7 ədəd tumu çıxarılmış gavalı
1/3 ədəd alma püresi
Bir fincan təzə süd
1 çay qaşığı toz şəklində darçın
Hazırlanma qaydası
Gavalını alma püresini və südü 7-8
dəqiqə qazanda qarışdırıb bişirin.
Üzərinə darçın səpərək yeyin.
Darçınlı gavalı salatı
Portağallı ıspanaq salatı
Lazım olan ərzaqlar
2 ədəd qabaq
1 qaşıq döyülmüş qoz
2 böyük qaşıq sarımsaqlı və az
yağlı qatıq
Hazırlanma qaydası
2 ədəd qabağı uzunsov doğrayın.
Hər iki tərəfini 5 dəqiqə qızardın.
Üzərinə sarımsaqlı qatığı və
qozu əlavə edib yeyin.
Qızardılmış qozlu qabaq
39
www.avismed.az
40
www.avismed.az
a is
-lə
Saçlar
Yenə də
saçlar
Yenə də
saçlar
Hazırda nəinki
qadınların hə a
kişilərin də əsas
problemlərindən biri
də saçları ilə bağlıdır.
Rubrikamızın bu
dəfəki mövzusu da
məhz bu problemlər
və onların həlli yol-
larıdır.
www.avismed.az
Saçlarım çox cansızdır
və tökülür.
Saçların cansız olmasının ən böyük səbəbi qeyri-
kafi qan dövranıdır. Bu, eyni zamanda saçların
tökülməsinə də gətirib çıxarır. Qan dövranını artır-
maq üçün gündə iki dəfə saç dərinizə barmaqlarınız-
la masaj edin. Faydasını görəcəksiniz. Daramaq da
fərqli bir masaj üsuludur.
Saçlarım çox matdır,
heç parlamır
Saçlarınıza bir neçə ayda bir, əlavə qulluq et-
məlisiniz. Müxtəlif kosmetik saç maskalarından isti-
fadə edə bilərsiniz. Saç tipinizə ən uyğun olanını
seçsəniz daha yaxşı olar. Ancaq maskanı saçlarınızı
yuduqdan sonra etməyin. Çünki çox maska sürtmək
saçları daha da matlaşdırır.
Saçım çox uzundu və
darayarkən çətinlik çəkirəm
İncə telli və uzun saçlar yuduqdan sonra bir-bir-
lərinə dolanarlar. Darayarkən də insana əzab
çəkdirərlər. Bunu önləmək üçün ərik tərkibli şam-
punlar və saç kremləri istifadə edin. Əriyin içindəki
yağ, saçların iç-içə keçməsinin qarşısını alar.
Saçlarım çox elektriklənir
Saçların elektriklənməsi müxtəlif səbəblərlə
bağlıdır. Ancaq ən əsas səbəb səhv yuma və dara-
maqdır. Saçınızı sürtərək yuyursunuzsa, elektriklən-
məsi və qabarması normaldı. Eyni zamanda metal
saç fırçaları və quru fırçalar saçı elektrikləndirir. İsti-
fadə etdiyiniz saç fırçası tükdən ya da taxtadan ol-
malıdır. Saçların elektriklənməsinin qarşısını almaq
üçün saçınızı yumşaq bir şəkildə yuyun. Darama
mərhələsində isə fırçaya bir miqdar saç kremi sürtün.
Krem, saçın elektriklənib qabarmasının qarşısını alır.
Saçım heç fen tutmur
Həqiqətən də bəzi saçlarda uzun fenləmədən
sonra belə model dərhal itir. Çox incə telli ya da çox
qalın telli olanlarda belə bir problem ola bilər. Əgər
saç teliniz çox incədirsə həcm verən şampunlardan
istifadə edin. Ayrıca yumada saç kremini ya heç isti-
fadə etməyin ya da çox az istifadə edin. Qalın telli
saçlar da şəklə girməkdə çətinlik çəkirlər. Şampun-
dan sonra durulama tələb etməyən saç kremlərindən
istifadə edin.
Çöldə olarkən saçlarıma
pis qoxu hopur
Davamlı işlə məşğul olanlar belə bir problemlə
qarşı-qarşıya qalırlar. Otaqda siqaret çəkildiyində
saçlara bu qoxunun hopmaması qeyri-mümkündü.
Ancaq bu qoxunu yox etmək mümkündü. Saçınızı bir
az isladın,sonra güclü bir şəkildə darayın. Saçınızı
yaxşıca havalandırdıqdan sonra bir miqdar ətir
vurun.
Dostları ilə paylaş: |