Xəstəliklərin inkişaf mexanizmləri, gedişi və nəticələri. Patofiziolo-giyanın xəstəliklərin inkişaf mexanizmlərini, gedişini və nəticələrini öyrənən hissəsinə patogenez deyilir. Hər bir etioloji amil orqanizmdə hər hansı xarakterli ilkin zədələnmə törətməklə xəstəliyə səbəb olur ki, xəstəliyin patogenezi də həmin zədələnmədən başlanır.
Davametmə müddətinə görə xəstəliklər çox kəskin (4 günədək), kəskin (14 günədək), yarımkəskin (15-40 günədək) və xronik (6 həftədən və ya 40 gündən artıq ) olur.
Latent (gizli) dövr. Prodromal dövr (xəstəliyin ümumi xarakterli ilk əlamətləri aşkar olur). Xəstəliyin tam inkişaf dövrü. Xəstəliyin nəticəsi. Xəstəliyin inkişafında aşağıdakı mərhələlər müşahidə edilir:
Bu dövrlər mütləq xarakter daşımayıb, kəskin infeksion xəstəliklərzamanı aydın nəzərə çarpır, irsi xəstəliklərdə çətin ayırd edilir, travmalarzamanı fərqləndirilməsi mümkün olmur, kəskin şüa xəstəliyi zamanı isəprodromal və latent dövrlər yerini dəyişir.
Xəstəliyin aşağıdakı nəticələri ayırd edilir:
1. Sağalma. 2. Residiv- xəstəliyin təkrarlanması. 3. Xəstəliyin uzanması, yaxud xroniki formaya keçməsi. 4. Ölüm. 1. Sağalma. 2. Residiv- xəstəliyin təkrarlanması. 3. Xəstəliyin uzanması, yaxud xroniki formaya keçməsi. 4. Ölüm. Sağalma xəstə orqanizmin pozulmuş funksiyalarının bərpa olunması və onun ətraf mühitdə yaşamağa uyğunlaşması prosesidir. Ölüm orqanizmin həyat fəaliyyətinin dayanmasıdır. Ölümün təbii və vaxtından qabaq, yaxud patoloji formaları mövcuddur. Təbii ölüm həyatın təbii dayanması, orqanizmin həddən artıq qocalması və onun funksiyalarının sönməsidir, yəni fərdin yaşamasının təbii başa çatmasının nəticəsidir. Patoloji ölüm hər hansı yaşda və vaxtından qabaq baş verə bilər. Onun zorakı (öldürülmə və ya öz-özünü öldürmə) yolla təzahür etməsi
mümkündür, yaxud müəyyən qəzadan, xəstəlikdən irəli gələ bilər. Ani ölüm qəflətən baş verən ölümə deyilir. İnsanın ölümünün bilavasitə səbəbi ürəyin, yaxud tənəffüs hərəkətlərinin dayanmasıdır.
Klinik və bioloji ölüm ayırd edilir. Klinik ölüm zamanı ürəyin və tənəffüsün işi dayanır, bütün reflekslər yox olur. Klinik ölüm 5- 6 dəqiqədən çox çəkmirsə, o dönən prosesdir. Bioloji ölüm isə orqanizmdə və ilk növbədə sinir sistemində geri dönməyən üzvi dəyişikliklərlə xarakterizə olunur. Bəzi hallarda həyatdan klinik ölümə keçmə vaxtı uzanır və ölməkdə olan adam üçün bu çox əzabverici olur. Buna canvermə deyilir. Canvermə ölməkdə olan adamın həyatının son mərhələsidir. Ölümün şərtsiz əlamətləri bədənin soyuması, qıc olması və meyit ləkələrinin görünməsidir. Meyit ləkələri bədənin alt hissələrində görünür.
Reanimasiya (orqanizmin canlandırılması) süni tədbirlər kompleksi tətbiq etmək yolu ilə orqanizmin klinik ölüm halından çıxarılmasıdır. Ölüm həyat üçün vacib orqanlarda- ürək, beyin və ağciyərlərdə baş verdikdə canlandırma mümkün deyildir.