Sağlamlıq və xəstəlik haqqında ümumi anlayış


Zərərçəkənin qaldırılması və yerinin dəyişdirilməsi



Yüklə 242,58 Kb.
səhifə4/4
tarix05.12.2023
ölçüsü242,58 Kb.
#173289
1   2   3   4
xestelik saglamliq

Zərərçəkənin qaldırılması və yerinin dəyişdirilməsi. Zərərçəkənin qaldırılması və yerdəyişməsi çox mühüm hadisə olub, xilasedicilərin vəzifəsinə aiddir. Lakin bəzi hallarda bu işlərə zəruri diqqət yetirilmir. Nəticədə xilasedicilər zərərçəkənlərin qaldırılması və yerdəyişməsi zamanı tələb olunan üsullardan istifadə etmədikdə, özləri müxtəlif xəsarətlər alırlar. Xilasedici xəstələrə və zərərçəkənlərə kömək edərkən ilk növbədə öz şəxsi təhlükəsizliyini qorumalıdır. Zərərçəkənin qaldırılması və yerdəyişmə (daşınma) komanda şəklində aparılmalıdır. Komanda şəklində yardım göstərmək olduqca vacibdir.
Xilasedicilərdən biri lider rolunu icra etməlidir, digərləri onun dediklərinə (əmrlərinə) tabe olmalıdırlar. Lider aydın, nəzarət olunan səslə sərəncam verməlidir. Qışqırmaq və ya yüksək səs tonu komanda üzvlərinin qarşılıqlı əlaqələrini poza bilər. Eyni anda yalnız bir adam danışmalıdır. Lider komanda üzvlərini aydın danışığa (nitqə) sövq etməlidir.
Təhlükəsizlik qaydaları. Özünüzü və zərərçəkəni qorumaq üçün zərərçəkəni qaldırarkən və daşıyarkən aşağıdakı qaydalara əməl edin:
zərərçəkəni (uşağı) və ya əşyanı qaldırarkən onurğa sütununuzu qoruyun, ən ağır zədə – onurğanın zədələnməsidir;
həmişə nisbətən daha güclü olan ayaq və ya çiyin əzələlərinizdən istifadə edin;
zərərçəkəni (uşağı) və ya əşyanı ayaqlarınızın gücü ilə, oturaraq (çöməlmək) qaldırın;
zərərçəkəni qaldırarkən əsas gücü (ağırlığı) əyilərək onurğa sütununa (kürək, bel) yox, ayaqlara salın;
  • zərərçəkəni qaldırarkən (əşyanı, uşağı) kürəyinizi düz saxlayın;
  • dizləri əyin;
  • əlinizlə zərərçəkəndən tam tutun;
  • işlək əzələlərdə gərginliyi azaltmaq məqsədi ilə ağırlıq mərkəzinin bədəninizə yaxın düşməsi üçün zərərçəkəni özünüzə mümkün qədər yaxın saxlayın;
  • onurğanı çevirmədən zərərçəkəni qaldırın;
  • imkan olan yerdə çalışın zərərçəkəni itələyəsiniz, nəinki dartasınız;
  • balansınızı itirdiyiniz, tutma qabiliyyəti zəiflədiyi və özünüzü ələ ala bilmədiyiniz halda, mövqenizi dəyişin, əllə tutmanı tənzimləyin, ətraf mühitə uyğunlaşıb işinizi yenidən başlayın.

Yüklə 242,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin