Idarəetmə sənədlərinin standartları - İdarəetmə qərarlarının qeyd olunması hər bir idarəetmə aparatında mövcuddur - ən yüksək səviyyədə olan ali dövlət orqanlarından kiçik kommersiya təşkilatına qədər. Dövlətin təsərrüfatının və ictimai həyatının inkişafı ilə ağlı informasiya həcminin böyüməsi idarəetmə sənədlərinin sayının mütəmadi olaraq artmasına gətirib çıxarır. Sənədlərin yara-dılması və işlənməsinə getdikcə daha çox xərclər sərf olunur. Avropa firmalarının məlumatına görə başdansovma tərtib olunmuş işgüzar məktublar səbəbindən kompaniyalar hər həftə bir neçə milyard dollar zərər çəkirlər.
Idarəeymə sənədlərinin yaradılması ilə bağlı xərclərin azaldılması yollarından biri çoxlu miqdarda informasiyanın azaldılması, sənədləirn qurulma-sının ümumi modelinin yaradılması, vahid terminologiyanın istifadə olunması, mətnlərin tipləşdirilməsi hesabına onların standartlaşdırılması və unifikasiyasının aparılmasıdır.
Idarəeymə sənədlərinə təşkilatı sərəncam verən, xarici ticarət, hesabat- statistik, mühasibat- maliyyə, hesabat- pul və digər sənəd növlərini daxil etmək olar.
Təşkilati- sərəncam verən sənədlərə tələbləri QOST 6.38 standartı müəyyən edir. Bu standart aşağıdakı sənədləirn işlənməsini reqlamentləşdirir: əmrlər, sərəncamlar, aktlar, xidməti məktublar, anketlər, tədqiqatlar, qərarlar, qətnamələr, təlimatlar, stat cədvəli, göstəricilər, nizamnamələr. Xarici ticarət sənədləri milli və beynəlxalq standartlaşdırma obyektidir. Gələcəkdə Azərbaycan Respublikası Beynəlxalq ticarət təşkilatına daxil olarsa, o zaman ticarət üzrə milli standartların İSO standartları ilə harmonizasiyası olunması aktual məsələyə çevriləcək. Xarici ticarət əməliyyatlarının səmərəliliyinin artmasında, idarəetmə, ticarətdə və nəqliyyatda məlumatların elektron mübadiləsinin beynəlxalq sisteminin böyük rolu vardır (Elektronic Data interchangefor for Administration, Commerce and Transport- EDİFACT).
Xarici ticarət əlaqələrinin aparılması proseslərində böyük həcmdə məlumat-lar istifadə olunur və onları ötürmək, qəbul və qeyd etmək lazımdır. Xarici tica-rət müqavilələrinin və sənədləşdirilməsinin payına əmtəə dövriyyəsi xərclərinin 1,5 %-i düşür. Əlavə olaraq xarici ticarət informasiya axınının mürəkkəb struktu-ralarında və bu prosesdə böyük miqdarda təşkilatların iştirak edilməsində məlumatların doğruluğu və ötürmə operativliyi aşağı düşür. Ticatət prosedurala-rının xeyli səmərələşdirilməsi iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərdə informasiya mübadiləsinin kağızsız texnologiyasına (məlumatların elektron ötürülməsi və işlənməsi) keçməklə mümkün oldu. EDİFACT standartları istifadə olunan rabitə vasitələrindən, EHM növündən, sistemlərin tətbiqindən (kommersiya, nəqqliyat, idarəetmə və s.) asılı olmayaraq məlumat mübadiləsinin universal dili sayılır.
Dostları ilə paylaş: |