Sahələrarası standartlaşdırma sistemləri. Plan


Əmək təhlükəsizliyi standartlar sistemi



Yüklə 24,32 Kb.
səhifə5/5
tarix02.01.2022
ölçüsü24,32 Kb.
#35069
1   2   3   4   5
Sahələrarası standartlaşdırma sistemləri

,Əmək təhlükəsizliyi standartlar sistemi,, -standartlar kompleksi öz obyekti kimi ,,insan –maşın –mühit,, sistemini nəzərə alaraq istehsalatda və məişətdə insanların sağlamlığının qorunmasını təmin etmək məqsədilə qəzalardan və bədbəxt hadisələrdən gözlənilməsi kimi məsul- vacib sosial funksiyanı yerinə yetirirlər.

Standartlar kompleksinə 350-dən çox standart daxildir və bu standartlar kompleksin əsasını QOST 12. 0.001 təşkil edir. Göstərilən standart sisteminin tə-yinatını, strukturunu, məzmunuu təyin edir, bina və qurğulara, işçilərin mühazirə vasitələrinə, istehsal proseslərinə, istehsalat avadanlığa təhlükəsizlik tələblərini müəyyən edir. Əmək təhlükəsizliyi standartları bir sıra məhsul növlərinin və xidmətlərin məcburi sertifikasiyasının normativ bazasının əsasını təşkil edir.

,,Təbiətin mühafizəsi və təbii sərvətlərin istifadəsinin yaxşılaşdırılması ,,standartlar kompleksinə ..30-dan çox standart daxildir.

Göstərilən standartlar kompleksi bütün istehsal sahələrini əhatə edəcək bir təbii resursların istismarı ilə digərlərinə zərər vurmaqla istifadə edilməsinin qarşısının alınmasına istiqamətləndirilib və təsərrüfatın bütün sahələrində fəaliyyət göstərən müəssisələrin ətraf mühitə mənfi təsir göstərməsinin qarşısını alır.

Təbii mühitin qorunmasına kompleks yanaşmanın təmin edilməsi məqsədilə QOST 17.0.0.01 ,,Təbiətin mühafizəsi və təbii sərvətlərin istifadəsinin yaxşılaşdırılması. Əsas müddəalar,, əsasverici standartı ilə sistemdəki aşağıdakı standartlar kompleksinin iılənməsi nəzərdə tutulur: ,,Təbiətin qorunması. Hidrosfer,,

,,Təiətin mühafizəsi. Atmosfer,, ,, Təiətin mühafizəsi. Flora,, ,, Təiətin mühafizəsi. Fauna,, və s. Hır bir standartlar kompleksi terminlər və təyinatları, kompleksin obyektlərinin təsnifatını və vəziyyətinin göstəricilərini müəyyən edir. ,,Təbiətin mühafizəsi fəaliyyətinin normativ təminatının geniş və zəngin olmasına görə Avropa dövlətləri arasında Almaniyanı xüsusi qeyd etmək olar. Almaniyanın qanunvericiliyində ətraf mühitin qorunması sahəsində 2000-dən çox akt qəbul olunmuıdur. Sosial sahənin standartlar kompleksi həddindən artıq dolmuş əmtəə bazarlarında sərt rəqabətin böyüməsi əmtəə ilə xidmət istehsalçılarının yeni- yeni rəqabət üstünlüklərinin axtarılması zərurətini təyin edir. Təşkilatın idarə olunması prosesində insan hüquqlarının gözlənilməsi və sosial loyallığı cəmiyyət qarşısında öz sosial – etik məsuliyyətini tətbiq etmək üçün geniş istifadə olundu. Müəssələr tərəfindən sosial –etik problemlərinə birmənalı yanaşılması üçün sosial –etik loyallıq meyyarları işlənib təyin olunması və normativ sənədlərin yaradılması zırurıti yaranmıışdır. ABŞ və İngiltərə firmalarının təşəbbüsü və bəzi beynəlxalq təşkilatların mütəxəssislərini cəlb etməklə maraqlı tərəflərin səyi nəticəsində konsensus əsasında SA 8000 (Sosial Accounta-bility 8000) standartı qəbul olunmuşdur. SA 8000 standartı insan hüquqlarının ümumdünya deklarassiyası, uşaq hüquqları üzrə BMT-nin konvensiyası və beynəlxalq əmək təşkilatların konvensiyalarına və tövsiyyələrinə əsaslanır.



SA 8000 standartın uyğunluğunu sertifikatlaşdıran təşkilatlar və müəssisələr –rəqibllər qarşısında tenderlərin aparılmasında, məhsulun potensial sifariıçilərinin axtarılmasında üstünlüklər əldə edirllər. Əksinə olaraq sosial və etik normalara riayət etməyən müəssisələr mütəxəssislərin diqqətinə ümid etməməlidirlər.
Yüklə 24,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin