ŞAHİN ƏHMƏdov


Atmosfer çirkləndiricilərinin təsnifatı və



Yüklə 6,54 Mb.
Pdf görüntüsü
səhifə14/107
tarix30.09.2023
ölçüsü6,54 Mb.
#151124
1   ...   10   11   12   13   14   15   16   17   ...   107
Mühəndis-ekologiyası

2.5. Atmosfer çirkləndiricilərinin təsnifatı və 
çirklənmə mənbələri
 
Çirkləndirici maddələrin ətraf mühitə təsiri lektruksiya
(parçalanma) məhsullarının xüsusiyyətlərinin fiziki və kimyəvi 
xassələrindən, onların ətraf mühitdə olan tullantılarının 
qatılığından asılıdır. Atmosferdə çirkləndiricinin yayılma 
miqyasını müəyyən edən əsas parametr onun atmosferdə 
mövcud olmadığının vaxtıdır. Buradan çirkləndirici maddələrin 
tullantılarının yaxud çirkləndiricilərin özlərinin üç tipə 
bölünməsi ortalığa çıxır. 


40 

qlobal miqyasda çirkləndiricilərə gətirib çıxaran-atılma 
yerindən asılı olmayan qlobal miqyasda ətraf mühitdə 
yayılmağa 
malik 
olan 
(karbon 
qazı) 
freonlar, 
parçalanma müddəti (aydan çox radionuklidlər), 
atmosferdə uzun zaman mövcud olan (aylar, yaxud 
illər) tullantı maddələri; 

regional miqyasda çirkləndirmələrə gətirib çıxaran 
(region bir neçə dövlətin ərazisini əhatə edə bilər) – 
regionun çirklənməsinə gətirib çıxaran, atmosferdə 
məhdud zaman mövcud olan (adətən bir neçə sutka) 
tullantı maddələri (kükürd və azot oksidi, pestisidlər, 
ağır metallar). Onların region həddindən çıxandan sonra 
qatılığı sürətlə azalır, lakin hər tərəfdə izləmə 
miqdarında müşahidə olunur. 

lokal miqyasda çirklənmələrə gətirib çıxaran (nisbətən 
kiçik ərazidə) – atmosferdə az zaman mövcud olan 
maddə tullantıları (kobuddispersli aerozollar, sulfid 
turşusu və digər maddələlr və s.) 
Atmosferi çirkləndirən 2 növ mənbə mövcuddur: təbii 
və antropogen mənbələr. 
Kosmik toz Yerin atmosferində yanmış meteoritlərin 
qalıqlarından əmələ gəlir. Hər il Yer üzərinə 2...5 mln.t. 
kosmik toz düşür. Təbii tozda həmçinin yer atmosferinin tərkib 
hissəsidir. O, havada mövcud ən xırda bərk olan asılmış, 
zərrəciklərdən 10
-6
....10
-5
radiuslu və orta radiuslu 5
·
10
-6

olan konvensasiya nüvəsindən ibarətdir.
Təbii tozun hissəcikləri üzvi və qeyri-üzvi mənşəlidir. 
Aşağıda baş vermiş təbii vəziyyətlər nəticəsində əmələ gəlir: 

dağ sürüşməsi və torpaqların dağılması və 
aşması; 

vulkan püskürmələri; 

meşə, çöl və torf yanğınları; 

dəniz səthindən buxarlanmalar. 


41 
Atmosferin aşağı qatlarını tozla çirkləndirən 
mənbələr arasında xüsusi olaraq susuz səhraları və gölləri qeyd 
etmək lazımdır. Atmosferdə olan toz su buxarlarının 
konvensasiyasına və yağıntıların əmələ gəlməsinə səbəb olur.
Həmçinin birbaşa günəş radiasiyasını udur və canlı 
orqanizmləri günəş şüalanmasından mühafizə edir.
Maddələrin bioloji parçalanması hidrogen sulfidi
amiakın, karbohidrogenlərin, azot oksidlərinin, karbon oksid və 
dioksidlərin və s. əmələ gəlməsinə və atmosferə külli 
miqdarda artmasına gətirib çıxarır. Təbii və antropogen 
mənbələrin qüvvəsi və onların atmosferin bütövlüklə 
çirklənməsinə əlavə qoşulması bir çox tədqiqatların həmişə bir 
mənalı nəticələnməyən predmetidir. Məsələn il ərzində 
vulkanlar orta hesabla Yer atmosferinə 30...150 metr qaz və 
30...300metr kiçik dirspersli kül tullayır, halbuki ABŞ-da və 
SSRİ-də stasionar mənblərdən il ərzində 20...25 mln t. toz 
tullanırdı, 1980 ci illərdə isə dünya üzrə kükürdün antropogen 
tullantılarının miqdarı ildə 100 mln t. təşkil edirdi.
Atmosferin 
antropogen 
çirklənməsinin 
əsas 
mənbəyi sənaye, kənd təsərrüfatı nəqliyyat energetika və s. 
təşkil edir. Atmosferə təsir etmə antropogen birbaşa və qismən 
yaxud dolayı yolla. 

Yüklə 6,54 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin