ŞAHİN ƏHMƏdov



Yüklə 6,54 Mb.
Pdf görüntüsü
səhifə15/107
tarix30.09.2023
ölçüsü6,54 Mb.
#151124
1   ...   11   12   13   14   15   16   17   18   ...   107
Mühəndis-ekologiyası

Qismi təsir – 
Atmosferin vəziyyətində əks 
olunan ekoloji tarazlığa və biosferin digər komponentlərinə 
insanın pozucu nəticəsidir. Bura-böyük sahələrdə meşələrin 
məhdudlaşdırılması, iri məsafələrin şumlanması, iri su 
hovuzlarının 
(anbarlarının) 
yaradılması; 
çayların 
axar 
istiqamətlərinin dəyişdirilməsi; meliorasiya işləri; açıq üsulla 
faydalı qazıntıların hasil edilməsi aiddir. Yer səthinin 
əlamətləri və xüsusiyyətlərinin dəyişməsi aşağıdakılara təsirini 
göstərir: 
Yer-atmosfer 
energetik 
sistemində 
mübadilə 
proseslərinə, yer səthinin termik xüsusiyyətlərinə və və 
bununla əlaqədar olan atmosferə istiliyin verilməsinə, səthin 
rütubət tərkibinə, hansı ki, dəyişdikdə planetin səthi ilə zaman 


42 
və məkan atmosferinin arasında olan rütubət mübadiləsinin 
paylanmasına gətirib çıxarır. 
Antropogen qarışıqların atmosferə bilavasitə 
(birbaşa) təsirin mənbəyi sənayedir, istilik energetikasıdır, neft-
qazın yenidən işlənməsidir. (emalıdır) nəqliyyatdır və s. 
Hər bir mənbələr yaxud istehsalat sahələri spesifik 
qatışıqların tullantıları ilə xarakterizə edilir, sonuncuların 
tərkibi on illərlə maddələrdən ibarətdir ki, onların aşkar 
edilməsi və identifikasiyası çox çətin başa gəlir. Sənayenin 
daha çox yayılmış tullatılarına aşağıdakılar aiddir. Kül sink 
oksidi (turşusu), silikatlar, qurğuşun xloridi, kükürd dioksidi 
və trioksidi, hidrogen sulfid, aldehidlər, karbohidratlar
qatranlar, azot oksidi və dioksidi, ammiak ozon, karbon oksidi 
və dioksidi, ftorhidrogen, xlorhidrogen, radioaktiv qazlar, 
tozlar və aerozollar. 
Hər il yanacağın yandırılması nəticəsində atmosferə 
(təmizlənməni nəzərə almaqla) 20 mlrd. t-dan çox karbon 
dioksidi və 700 mln t-dan çox buxar və qaza oxşar birləşmələr 
atılır. Atmosferin karbon qazları ilə çirklənməsi misal üçün, 
0,032% kükrd dioksidi ilə -0, 00003% ПДК təşkil edir (ildə 
150 mln t daxil olunduqda), sənayecə inkişaf etmiş rayonlarda 
bu göstəricilər daha yüksək ola bilər.
Hər il atmosferə 2 mlrd.t. toz daxil olur. Bunlardan 
200...400mln.t. antropogen mənşəli tozlardır. Proqnozlara görə 
2005 - ci il üçün bu tozların miqdarı 2 dəfə artacaqdır. Tozun 
belə kütləsi birbaşa radiasiyanı buludsuz havada 6% aşağı sala 
bilər, bu isə müvafiq olaraq ümumi radiasiyanı 1% aşağı salır. 
Atmosfer havasına avtomobil nəqliyyatının daha çox neqativ 
təsiri qeydə alınmışdır.
Kömür və mazut kimi yanacaq növləri kükürdə zəngin 
olaraq, yandıqda havaya əsasən kükürd birləşmələri atılır (daxil 
olur). Məsələn, elektroenerjialındıqda istifadə olunan kömürün 
tərkibində kükürdün orta səviyyəsi 2,5% təşkil edir, buna görə 
elektrostansiya odluqlarında 1 mln.t. kömür yandıqda 2,5 mln.t. 


43 
kükürd, əsasən qaz sulfidi (kükürd 4-oksidi) şəklində əmələ 
gəlir. 
Yanacaq kimi neft məhsullarından istifadə ətraf mühitin 
yanacaq məhsulları ilə, kükürd birləşmələrini (SO

və SO
3

daxil etməklə, çirklənməsinə gətirib çıxarır. 
Təkrar emal edildikdə, kerosin və benzin kimi 
məhsullardan kükürd çıxarılır. Təbii qazın tərkibində neft və 
kömürdən fərqli olaraq, kükürd praktiki olaraq yoxdur. Bu 
mənada qaz ekoloji cəhətdən təmiz yanacaqdır. Yanacaq 
yandırıldıqda əmələ gələn kükürd dioksidi tədricən hava 
oksigeni tərəfindən oksidləşir, o da öz növbəsində kükürd 
turşusunu əmələ gətirərək, su buxarı ilə reaksiyaya girir. 
Havada olan su buxarı damalardan ibarətdir. Bu duman yüksək 
korrodik xüsusiyyətə malikdir. 
Kükürd dioksidi SO

bitkilərə zərərli təsir göstərir. 
Yarpağın içinə daxil olaraq, o, toxumaların fəaliyyətinə təzyiq 
göstərir ki, bu da yarpaqları qurudur. Dioksid və kükürdün 
digər birləşmələri gözün selikli qişasını tənəffüs yollarını 
qıcıqlandırır; uzunmüddətli SO
2
-nin az qatılığı olan təsiri 
xroniki qastritlə, hepatopatiya, bronxit, laringit və s. 
xəstliklərlə nəticələnir. 
Atmosferdə SO

, SO
3
-dək oksidləşir, bu da metalların 
izi, əsasən manqanın təsiri altında baş verir. Bundan başqa, 
suda həll edilmiş qazabənzər SO
2
ozonla və ya hidrogen 
peroksidi ilə oksidləşə bilər. Su ilə birləşərək SO
3
kükürd 
turşusu əmələ gətirir ki, o da metallarla sulfat əmələ gətirir. 
Kükürd dioksidi atmosferdə bir neçə saatdan bir neçə günədək 
rütubətdən və atmosferin digər xüsusiyyətlərindən asılı olaraq 
mövcuddur.

Yüklə 6,54 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin