56
ın sənayesində ( 260 km
3
/il ) işlədilir və dünyada sərf olunan
suyun cəminin üçdə birini təşkil edir.
Alimlərin fikirincə
XXI əsrin əvvəlinə Asiya, Afrika,
Latın Amerikasında suqəbuledicilər 3 – 5 dəfə, iqtisadi
cəhətdən inkişaf etmiş ölkələrdə cəmi 10 – 25 % artacaqdır, bu
su resurslarının kəmiyyət və keyfiyyətcə azalmasıilə bağlıdır.
Hidrosfer - Yerin su örtüyü
olub planetin bütün su
obyektlərinin (okeanlar, dənizlər, çaylar, göllər, bataqlıqlar,
buzlaqlar, qar örtüyü, yeraltı sular) məcmuudur.
Hidrosferin tərkibinə
həmçinin atmosferdəki su, torpaq
suyu və canlı orqanizimlərdə olan sular daxildir. Hidrosferdə
(təbiətdə ) su 5 faza vəziyyətində mövcuddur: maye , bərk
(buz, qar ) və qaz ( buxar ). Yerin bütöv örtüyü olan hidrosfer ,
bəzən «görünməz» halda ( yalnız su buxarı
və torpaq
rütubətliyi şəklində) olur.
Hidrosferin ayrı – ayrı «görünməyən» sahələrinin rolu
az
deyildir, əksinə, atmosferdə olan su buxarı
mühüm
geoekoloji prosesin - ilkin bioloji
məhsulun və ya fotosintezin
zəruri yaradıcısı; torpağın rütubətliyi isə Yerin bitki örtüyü
kütləsinin
yaradıcı
prosesinin
praktiki
olaraq
vacib
komponentidir. Bununla yanaşı həm su buxarı, həm də torpağın
rütubətliyi qlobal hidroloji tsiklində mühüm rol oynayır.
Məkanca hidrosfer faktiki olaraq ekosferlə birləşir.
Hidrosfer bütün digər geosferlərə daxil olaraq (girərək)
maddələr və enerji mübadiləsinin qlobal proseslərində mühüm
rol oynayır.
Su olduqca spesifik xüsusiyyətlərə malikdir. Bu
xüsusiyyətlər Yerdə baş verən və su iştirak edən bir çox təbii
proseslərə ciddi təsir göstərərək planetdə həyatın inkişafını
təmin edir. Aşağıdakı 9.3 saylı cədvəldə suyun nadir fiziki –
kimyəvi xassələri və əhəmiyyəti verilir.
Okean və dənizlər Yerin ymumi sahəsinin 71 % - ni
tutur, qurudakı su obyektləri (buzlaqlar, göllər, su anbarları ,
57
bataqlıqlar və b.) birlikdə Yerin su ilə örtülmə dərəcəsini təşkil
edir. Dünya okeanı hidrosferin həcminin 96,4% - qədərdir.
Cədvəl 9.2
Dostları ilə paylaş: