81
qumtutanlar vasitəsilə ölçüsü 0,25 mm-dən çox olan hissəciklər
çökdürülür.
Kimyəvi təmizləmə üsulu ilə sudakı çirkləndirici
maddələri tam təmizləmək mümkün deyil. Ona görə də fiziki-
kimyəvi təmizləmə üsulundan istifadə edilir. Suyun fiziki-
kimyəvi təmizlənməsində sorbsiya, ekstaksiya, flotasiya,
kristallaşma, deminerallaşma, elektroliz, ion və yandırma
üsulundan istifadə olunur.
Biokimyəvi təmizləmə üsulunun əsası mikroorqanizmlər
tərəfindən çirkab suların tərkibindəki kolloid maddələrin öz
inkişafı üçün şərait yaradılır. Çirkab suların biokimyəvi
təmizlənməsi təbii və süni şəraitdə aparılır. Təbii şəraitdə
çirkab suların təmizlənməsi suvarma sahələri, sızma sahələri və
bioloji hovuzlarda aparılır. Süni şəraitdə isə çirkab suların
təmizlənməsi və bioloji süzgəclərdə yerinə yetirilir.
Təbii su ehtiyatları atmosfer çirklənməsindən də
mühafizə olunmalıdır. Suyun çirklənmədən mühafizəsi özü
təmiz saxlanmalıdır. Bunun üçün atmosferin çirklənmədən
qorunması üçün aşağıdakı tədbirlər görülməlidir:
-
Sənaye tullantılarının havaya buraxılmasından əvvəl
təmizlənməsi;
-
İstehsalatda tullantısız texnologiya sisteminin tətbiqi;
-
Daxili yanacaq mühərriklərinin daimi təkmilləşdirilməsi;
-
Benzindən toksikliyi az olan qaz yanacağına və ya
elektrik avtomobillərinin tətbiqinə keçirilsin.
Qeyd olunanlar yerinə yetirilərsə, atmosfer və su
ehtiyatları çirklənmədən xeyli mühafizə olunar və təmiz hava
və təmiz su problemləri qismən də həll oluna bilər.
Dostları ilə paylaş: