ŞAHİN ƏHMƏdov



Yüklə 6,54 Mb.
Pdf görüntüsü
səhifə34/107
tarix30.09.2023
ölçüsü6,54 Mb.
#151124
1   ...   30   31   32   33   34   35   36   37   ...   107
Mühəndis-ekologiyası

I.
 
Meşə meliorativ tədbirlərdə məqsəd çayın yerüstü su 
yığımının yeraltı axmaya çevirməkdir. Bu məqsədlə çayın su 
yığım hövzəsində meşə salınır. Nəticədə küləyin sürəti 
buxarlanma, torpağın donma dərinliyində yerüstü sel suları, 
torpağın eroziyası xeyli azdır, qrunt suyunun səviyyəsi və 
havanın nəmliyi isə çoxalır. Su ehtiyatlarının tükənmədən və 
çirklənmədən mühafizəsində meşə meliorativ tədbirlərin 
görülməsi getdikcə daha da genişlənir; 
II.
 
Aqrotexniki tədbirlərdə məqsəd torpağın eroziyaya 
uğramasının qarşısını almaqdır. Burada torpağın şumlanması, 
yamaclarda eninə aparılması, qar saxlama və su saxlama 
sızımlar yaradılması və həmin ərazidə bitkilərin düzgün seçilib 
əkilməsi nəzərdə tutulur. Həmçinin çoxillik otların əkilməsində 
torpağın eroziyaya uğramasının qarşısını xeyli azaldır. 
III.
 
Hidrotexniki tədbirlərin tətbiqində yerüstü axma 
çevrilməsinə xidmət edir. Bu məqsədlə torpaq dambalar 
yaradılır, sızmalar çəkilir, terraslar düzəldilir. Bu tədbirlər 
vasitəsilə su ya torpağa hopdurulur və ya meşəçilik sahələrinə 
ötürülür. 
Son 
zamanlar 
respublikamızda 
meşə 
meliorativ 
tədbirlərin aparılmasına xüsusi fikir verilir. Su rejiminin sərt 
dəyişməsi 
və 
tükənmədən 
mühafizəsi 
məqsədilə 
su 
ehtiyatlarından istifadə xüsusi planla həyata keçirilir və onun 


85 
istifadə həcmi isə məhdudlaşdırılmalıdır. Qeyd olunanların 
hamısı təbii ekoloji tarazlığın saxlanmasına xidmət edir. 
3.7. Abşeron yarımadası göllərinin ekoloji vəziyyəti 
XX əsrin ikinci yarısından başlayaraq insan və ətraf 
mühit, təbiət və cəmiyyət arasında yaranan ekoloji gərginliklər 
ekologiya terminini daha geniş anlamda gündəmə gətirmişdi. 
Alimlərin hesablamalarına görə insan cəmiyyəti təşəkkül 
tapandan bəri meşələrin üçdə ikisi qırılmış, minlərlə bitki və 
heyvan növləri məhv edilmiş, 10 milyard ton oksigen ehtiyatı 
azalmış, 200 milyon hektardan çox əkin sahəsi yararsız hala 
düşmüş, yerüstü və yeraltı su ehtiyatları çirklənmə prosesinə 
məruz qalmışdır. 
XXI əsrə qədəm qoyduğumuz bir vaxtda hər gün 44 ha 
torpağın münbitliyi, bir heyvan və bitki növü itir, 28 ha meşə 
məhv olur. Ətraf mühitin çirkləndirilməsi insan sağlamlığı 
üçün önəmli yer tutan su, hava və torpağın tərkibinin 
dəyişməsinə səbəb olur. 
Bütün təbii sular bir-birilə sıx surətdə əlaqəli olmaqla 
yerin vahid su örtüyünü-hidrosferi əmələ gətirir. Sənayenin 
sürətlə inkişafı və əhalinin artması ilə əlaqədar olaraq hal-
hazırda dünyada içməli su problemi və onun çirklənmədən 
mühafizəsi məsələsi kəskin şəkil almışdır. BMT-nin Baş 
Asambleyasının XXXV qurultayında elan olunmuşdur ki, hal-
hazırda planetin 1 milyarddan çox əhalisi keyfiyyətli su 
qıtlığından əziyyət çəkir. 
Yerüstü və yeraltı su ehtiyatlarının çirklənməsi 
Azərbaycan Respublikasının Abşeron yarımadası üçün də 
olduqca xarakterikdir. Sənaye sahələrinin (xüsusilə də neft 
sənayesinin) sürətli inkişafı, məişət və kommunal mənşəli 
tullantıların mütəmadi olaraq artması yarımada ərazisində təbii 
və süni şəraitlərdə formalaşmış sututarların ekoloji və 
hidrogeoloji-ekoloji şəraitinin olduqca mürəkkəbləşməsinə 
gətirib çıxarmışdır. 


86 
Yarımadanın 
hidroloji 
şəbəkəsi 
Sumqayıt 
və 
Ceyrankeçməz çaylarından (aşağı axarlarından), 200-dən çox 
irili-xırdalı duzlu göllərdən, həmçinin Ceyranbatan su 
anbarından, Abşeron magistral kanalından ibarətdir. Abşeron 
yarınmadası, demək olar ki, bütün texnogen təsirlərin 
cəmləşdiyi poliqona bənzəyir. Hal-hazırda bu ərazidə elə bir 
göl və ya su hövzəsi yoxdur ki, texnogen təsirə məruz 
qalmasın. 
Son 50-60 ildə Abşeron yarımadasının göllərində ekoloji 
vəziyyət kəskin surətdə dəyişməkdədir. Bu, yarımada 
ərazisində neft sənayesinin inkişafı ilə bağlı olaraq buruq 
quyularının sularının, mədənlərin neftli axınlarının və 
təsərrüfat axınlarının artması ilə bağlıdır. Son 20 ildə Xəzər 
dənizində su səviyyəsinin yüksəlməsi də göllərin ekoloji 
şəraitinə və hidroloji rejiminə təsir göstərmişdir. Belə ki, 
göllərin sahələri artmış, suların tərkibində neft məhsullarının, 
fenolların, səthi aktiv maddələrin, ağır metalların və digər 
zərərli maddələrin qatılığı buraxıla bilən həddən dəfələrlə 
çoxalmışdır. Dib çöküntülərində radionuklidlərin artması və 
suda həll olmuş oksigenin azalması təhlükəsi mövcuddur. 
Abşeron yarımadası göllərinə aid müxtəlif illərdə ayrı-ayrı 
mütəxəssislər tərəfindən müəyyən məlumatlar nəşr olunsa da 
yarımadanın gölləri yaxın illərə kimi kompleks şəkildə tədqiq 
olunmamışdır. 
Son 100 ildə və xüsusən də son on illikdə göl hövzələrinə 
antropogen təsirlər artmışdır. Bu təsirlərin nəticəsində göllərin 
həm morfoloji xüsusiyyətləri və həm də hidrofiziki-biokimyəvi 
xassələri dəyişmişdir. 
Yarımada gölləri axarsız, əsasən dayaz, suları şortəhər və 
həll olmuş duzlarla ifrat dərəcədə doymuş, əksəri yayda 
quruyaraq dibinə duz çökdürmə xassələrinə malikdirlər. 
Yarımadada göllərin ehtiyatlarını onların su kütləsi, çalarlarına 
çökən duzlar və zaman-zaman toplanan dib çöküntüləri təşkil 
edir. 


87 
Abşeron yarımadasının daxili su hövzələrinin geoekoloji 
vəziyyəti ilə əlaqədar problemləri və respublika iqtisadiyyatı 
üçün onların törədə biləcəyi təhlükəni hərtərəfli təsəvvür etmək 
məqsədilə ekoloji cəhətdən daha çox təhlükəli hesab edilən su 
hövzələrinin vəziyyətinin yığcam şəkildə təsvirini verməyi 
məqsədə-müvafiq hesab edirik. 

Yüklə 6,54 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin