77
qazın həll olması və kondensasiya nüvələrində damcının əmələ
gəlməsi mexanizmləri ilə gedir.
Atmosferə daxil olan kükürd və azot birləşmələrinin
aerozol halında
olan əsas hissəsi H
2
SO
4
, (NH
4
)
2
SO
4
,
(NH
4
)
3
H(SO
4
)
2
, NH
4
HSO
4
və NH
4
NO
3
birləşmələri şəklində
olur.
Məlum olduğu kimi, yağış suyunun pH-nın tarazlıq
qiyməti təxminən 5,6-dır və bu 2,5∙10
-6
q/ion/L sərbəst
hidrogen ionunun qatılığına uyğun gəlir. Belə tərkibli yağış
suyu tərkibinə sulfat və azot turşularının əlavə olunması sərbəst
hidrogen ionları qatılığını artırmaqla, onun pH qiymətini
azaldır. Beləliklə də, antropogen
çirklənmə nəticəsində
atmosferdən düşən yağıntılar turşuluq xassəsi göstərir.
Mütəxəssislər belə bir qənaətə gəlmişlər ki, kükürd və
azot oksidlərinin atmosferdə daşınmalarının orta sürəti 20
km/saat olduqda belə, çirklənmə mənbələrindən 600 km
məsafədə pH-ın qiyməti 3,8-4 -ə bərabər olan yağışlar düşə
bilər.
Turşulu yağışlar bitkilərin yaşıl kütlələrilə təmasda
olduğu zaman biotaya bilavasitə, su tutarları və torpaqları
şoranlaşdırıb, onların kimyəvi
tərkibini dəyişdirməklə, dolayı
yolla təsir edirlər.
Turşulu çöküntülər torpaqlardan ağır metalları yuyaraq
onların toksikliyini artırır, həmçinin torpaqla kalsium və
alüminiumum miqdarları nisbətini (kalsiumun azalmasına
doğru) dəyişdirirlər ki, bu da bitkilərin kök sisteminin
böyüməsini xeyli ləngidir.
Qarışıqların transsərhəd daşınmaları ilə əlaqədar problem
daha da kəskinləşir, çünki milyon tonlarla kükürd qazı axınları
dövlət sərhədlərini keçərək başqa ölkələrin atmosferinə daxil
olurlar.
Ekoloji tarazlığın pozulmasına səbəb olan amillərdən biri
kimi, turşulu yağıntılar artıq
bir çox dövlətlərin hökumət
orqanlarını və elmi ictimaiyyətini narahat edən problemə
78
çevrilmişdir. Bu, onunla əlaqədardır ki, belə yağıntılar
atmosferdən yer səthinə düşdükdə, səth sularının turşulaşması,
torpaqların şoranlaşması, meşələrin məhv olması, tikinti və
qurğuların korroziyasının sürətlənməsi və s. kimi zərərli
hadisələrin yaranmasına gətirib çıxarır.
Dünya miqyasında atmosferdə təxminən 300 mln.ton
sulfat turşusunun əmələ gəlməsi üçün kifayət edən kükürd
qazının miqdarının 200 mln. tona çatması ehtimal olunur. Bu
qədər sulfat turşusunun aerozollar və yaxud turşulu yağıntılar
şəklində əvvəl-axır atmosferdən
yer səthinə tökülməsi və
canlılar aləminə müəyyən dərəcədə təhlükə törətməsi şübhəsiz
və təbiidir.
Bir halda ki, turşulu yağışlar problemi mövcuddur və bu
problemlə getdikcə daha çox maraqlanır, məşğul olurlar,
deməli respublikamızda da bu problemlə bağlı məsələlərin
araşdırılmasına ciddi əhəmiyyət verilməlidir. Çünki ölkəmizin
ərazisində sənaye obyektlərinin olması,
onlar tərəfindən
atmosferə xeyli miqdarda turşu törədicilərin kükürd qazı və
azot dioksidin atılması, habelə dövlətimizin atmosferinin
ümumi Yer atmosferindən təcrid olunmaması Azərbaycanda da
turşulu yağışlar probleminin tədqiq olunması zəruriliyini ortaya
çıxarır.
Azərbaycan ərazisində ətraf mühitə təsir edən ekoloji
yükün təyin olunmasında turşulu yağıntıların payının nəzərə
alınması, onları əmələ gətirən kimyəvi birləşmələrin atmosferə
atıldığı mənbələrin müəyyənləşdirilməsi və turşu xassəli
yağıntıların peyda olmaları barədə öncəgörmə, habelə,
respublikamızda
ekoloji
vəziyyətin
yaxşılaşdırılmasına
yönəldilən tədbirlərin hazırlanması baxımından adı
çəkilən
problem üzrə elmi-tədqiqat işlərinin qoyulması və müvafiq
araşdırılmaların aparılması elmi-təcrübi əhəmiyyətə malikdir.
Bir sıra ölkələrə turşulu yağışların verdiyi ziyanlar faktiki
olaraq öz təsdiqini tapmışdır. Ona görə də dünyanın inkişaf
etmiş qabaqcıl ölkələrinin müvafiq hökumət orqanları və
79
Ümumdünya Metereologiya Təşkilatı kimi mötəbər qurum
turşulu yağışlar probleminə çox ciddi diqqət yetirir və bunun
qarşısının alınmasına yönələn tədbirlər həyata keçirirlər.
Azərbaycan ərazisinə düşən yağışların kimyəvi tərkibinin
öyrənilməsi də aktual bir məsələ kimi qarşıya qoyulmuşdur.
Hələ keçən əsrin axırlarından bu sahədə müvafiq araşdırmalara
başlanmışdır. Bu işlər hazırda Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Hidrometereologiya Elmi-Tədqiqat İnstitutunda
davam etdirilir. Yerinə yetirilmiş bir sıra
tədqiqatlar
nəticəsində tərkibi turşu anionları ilə ən çox çirklənən
yağışların düşdüyü bölgələr, həmin yağışların torpağın fon
tərkibinə təsiri müəyyən edilmiş və elmi-təcrübi əhəmiyyət
daşıyan metodiki göstərişlər işlənib hazırlanmışdır.
Dostları ilə paylaş: