63
fiziki xüsusiyyətləri hövzədə gedən bir çox proseslərin
obyektiv indiqatoru hesab olunur.
Zonal
təbii
proseslər
hidroloji
rejimin
əsas
göstəricilərində əks olunur.Məsələn , rütubətli tropik meşə
zonasında çaylar çox sulu olub axımın qalınlığı təxminən
1200mm təşkil edir, yeraltı axımın payı yüksək (50 % - ə
yaxın), suyun temperaturu da daim yüksək (25-270 C) olur. Bu
zonanın təbii suları ultra – şirin olub tərkibində həllolan
maddələrin miqdarı 100mq/l – dən az , hətta bəzi hallarda
10mq/l təşkil edir, hidrokarbonatlı – silisli sinfə daxildir, asılı
gətirmələr çox az qatılıqlı olub 50q/l – dən az təşkil edir.
Bozqır zonada axımın qalınlığı az olub il ərzində 50
mm təşkil edir.Mövsüm ərzində çox dəyişgən olur.Axım
əsasən ( 80 % ) sutoplayıcı hövzənin səthi ilə axan sularla
formalaşır.Suları şirindir , lakin tərkibində çoxlu duzlar
(1000mq/l – ə qədər ) olur , hidrokarbonatlı – kalsiumlu,
bulanıqlıq dərəcəsi yüksək olub 500mq/l –ə qədər təşkil edir.
Dostları ilə paylaş: