ŞAHİN ƏHMƏdov


 Su ehtiyatlarının çirklənmə növləri və



Yüklə 6,54 Mb.
Pdf görüntüsü
səhifə29/107
tarix30.09.2023
ölçüsü6,54 Mb.
#151124
1   ...   25   26   27   28   29   30   31   32   ...   107
Mühəndis-ekologiyası

3.3. Su ehtiyatlarının çirklənmə növləri və 
mənbələri
Suyun keyfiyyətinə təsir edən hər hansı bir maddə 
çirkləndiricidir. Təbii su ehtiyatlarına daxil olan çirkləndiricilər 
(mineral, üzvi və bakterial-bioloji maddələr) onun keyfiyyətinə 
təsir göstərir. Bu təsirlər aşağıdakılardır: 


73 
-
suyun fiziki xassələrinin dəyişməsi (şəffaflığı, rəngi, iyi, 
dadı və s.); 
-
suyun kimyəvi xassələrinin dəyişməsi; 
-
suda oksigenin (hər hansı oksidləşmə baş verdikdə) 
azalması; 
-
suda xəstəlik törədən mikroiqlimin yaranması; 
-
suda gedən bio və hidro kimyəvi proseslər nəticəsində 
çöküntü və üzən maddələrin əmələ gəlməsi. 
Suyun çirklənmə növləri 3 qrupa bölünür: 
1.
Mineral maddələrlə çirklənmə – bu növ çirklənmədə 
aktiv iştirak edən qum, gil, duzlar, qələvilər, turşular, mineral 
yağlar, şlak, radioaktiv tullantılar və s. qeyri-üzvi maddələrdir. 
Bu maddələr suyun fiziki, kimyəvi, orqanoplastik xassələrini 
pisləşdirir və canlıları zəhərləyib məhv edir. Bu növ 
maddələrin su mənbəyinə atılması qəti qadağan edilməlidir. 
2.
Üzvi çirkləndirici maddələr – bu növ çirklənmədə 
meyvə, tərəvəz, bitki, kağız, heyvan qalıqları, yapışqan 
maddələri və s. göstərmək olar. Bu növ maddələr suda karbon 
və azotu çoxaldar və onlar zəhərli olduğundan suyu istifadə 
üçün 
yararsız 
edir. 
Üzvi 
çirkləndirici 
maddələrin 
oksidləşməsinə çoxlu miqdarda oksigen sərf olunur, suda 
oksigen çatışmazlığı yaranır və bu da suda zəhərli göy-yaşıl 
yosunun inkişafına səbəb olur. Nəticədə suyun dadı dəyişir, 
müxtəlif iylər yaranır və şəffaflığı itir. 
3.
Bakterial-bioloji çirklənmə – burada mikroorqanizmlər, 
göbələklər və xırda yosunlar çirklənmədə əsas rol oynayır. 
Belə növ çirkləndirmə təbiətinə görə üzvi çirklənməyə aid ola 
bilər. Belə sular istifadə olunduqda müxtəlif infeksion 
xəstəliklərlə üzləşmək qaçılmaz olur. 
Su ehtiyatlarının əsas çirklənmə mənbələri sənaye və 
kommunal çirkab suları, kənd təsərrüfatında istifadə olunan 
mineral gübrələr, meşə materiallarının çaylarla daşınması, 
radioaktiv tullantılar, istilik və atom elektrik stansiyasından isti 
suların tullantısı və atmosferdir. 


74 
Sənaye çirkab suları su ehtiyatlarının əsas çirklənmə 
mənbəyidir. Sənayenin sürətlə inkişaf etməsi çirkli suların 
həcmini çoxaldar və bu da öz növbəsində su mənbələrinə atılır. 
Sənaye müəssisələrindən selüloz-kağız sənayesini, kimya, 
koks-kimya, meşə kimyası, metallurgiya, maşınqayırma, 
elektrokimya, neft və qaz sənayesi müəssisələrini göstərmək 
olar. Bundan başqa neft daşıyan tankerlərin qəzaya uğraması, 
kommunal məişət çirkab sularını, kənd təsərrüfatında istifadə 
olunan gübrələr, radioaktiv tullantılarda su ehtiyatlarının 
çirklənməsinə əsas mənbələrdir. 
Qeyd olunan çirklənmə mənbələri su ehtiyatları fiziki, 
kimyəvi və digər xassələrinə pis mənada çox böyük təsir 
göstərir. 
Təbii su ehtiyatların çirklənmə mənbələrindən biri də 
atmosferadır. Aparılmış tədqiqatlar nəticəsində müəyyən 
olunmuşdur ki, elmi-tərəqqinin inkişafı nəticəsində ildə 600 
milyon tona qədər kükürd və karbon oksidi, toz, kül, azot 
oksidi və 300 min tona qədər qurğuşun buraxılır. Atmosferə 
buraxılan maddələr havanın hərəkəti ilə quruya, su ehtiyatların 
səthinə endirilir və onu çirkləndirir. Bu maddələr zərərli 
olduğundan quru və suda olan flora və faunaya ciddi zərər 
vurur. 
Sənaye müəssisələrinin istilik, AES-lərin, avtonəqliyyatın 
fəaliyyət göstərdiyi zaman bütün ekosistem üçün təhlükəli 
maddələr ayrılır. Atmosfer havası həm yerli (lokal) mənbələr 
və həm də transsərhəd daşınmalar hesabına çirklənir. Atmosfer 
havası tərkibinin aynası atmosfer çöküntülərinin kimyəvi 
tərkibidir. Çünki atmosferə qarışan bütün komponentlər 
atmosfer çöküntüləri vasitəsilə yuyularaq torpaq və səth 
sularına daxil olurlar. 
Atmosfer havasına daxil olan zərərli qarışıqlardan kükürd 
qazı, azot oksidləri, karbon oksidləri, freonlar, metan, 
ekosistemə təhlükə törədən bir sıra qlobal problemlərin 
meydana çıxmasına səbəb olurlar. Göstərilən (qlobal) 


75 
komponentlər ilə atmosferin qlobal çirklənməsi qlobal iqlim 
dəyişmələrinə, 
stratosfer 
ozonunun 
parçalanmasına 
və 
yağışların turşuluq xassəsi kəsb etməsinə gətirib çıxarırlar. 
Müasir dövrün və yaxın gələcəyin ən kəskin qlobal 
problemlərindən 
biri 
atmosfer 
çöküntülərinin, 
torpaq 
örtüyünün, yerüstü və qrunt sularının getdikcə artan 
turşulaşması problemidir. 
İnsanın təsərrüfat, xüsusən də onun müasir sənayenin gur 
inkişafı dövründən sonrakı fəaliyyəti kükürd, azot və karbon 
oksidlərinin külli miqdarda amissiyası ilə müşayiət olunur. 
Atmosferə daxil olaraq, bu oksidlər xeyli uzaq məsafələrə 
aparılır, su ilə qarşılıqlı təsirdə olur və sulfid, sulfat, nitrit, 
nitrat, karbon turşularının qarışıq məhsullarına çevrilir, “turş 
yağışlar” şəklində quruya tökülür, bitki və sularla qarşılıqlı 
təsirə girirlər. 
Atmosferdə bu birləşmələrin əsas mənbələri sənayedə, 
şəhər təsərrüfatında, nəqliyyatda, kənd təsərrüfatında, məişətdə 
daş kömürün, neftin, qazın yandırılmasıdır. Əlbəttə, tamamilə 
təbii mənşəli, lakin turş xassə daşıyan atmosfer çöküntüləri də 
mövcuddur. Məsələn, alimlərin hesablamalarına görə, turş 
xassə daşıyan atmosfer yağıntılarının əmələ gəlməsinə gətirib 
çıxaran qazların təbii emissiyası ildə 270-290 mln ton təşkil 
edir. Belə xassəli yağıntılar torpaqların üzvi turşuları ilə 
birlikdə meşə və meşə sonrakı torpaqların təbii turşuluğunun 
inkişafında mühüm rol oynayırlar. Lakin insanın təsərrüfat 
fəaliyyəti kükürd, azot oksidlərinin, hidrogen sulfidinin 
atmosferə daxil olmasını, demək olar ki, iki dəfədən çox, 
karbon qazının isə atmosferə atılmasını ölçüyə-gəlməz 
dərəcədə artırdı. Atmosferə daxil olan karbon qazının miqdarı 
ildə təxminən 20-25 mlrd tona çatır. Təbii ki, bu atmosfer 
çöküntülərinin turşuluğunun yüksəlməsində özünün göstərir. 
Təbii turşu əmələ gətirən maddələrin tipik nümayəndəsi 
kimi karbon dioksidi göstərmək olar. Onun suda həll olması 
belə bir reaksiya tənliyi ilə ifadə olunur: 


76 



Yüklə 6,54 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin