ŞAHİN ƏHMƏdov


 Suyun keyfiyyətinə olan tələblər



Yüklə 6,54 Mb.
Pdf görüntüsü
səhifə32/107
tarix30.09.2023
ölçüsü6,54 Mb.
#151124
1   ...   28   29   30   31   32   33   34   35   ...   107
Mühəndis-ekologiyası

 3.5. Suyun keyfiyyətinə olan tələblər 
 
Su ehtiyatının keyfiyyət dərəcəsi tələbatçılardan asılı 
olaraq müxtəlifdir. Suyun keyfiyyəti 6 balla müəyyən edilir. Su 
ehtiyatının 
çirkləndirici 
obyekt 
ərazisində 
müxtəlif 


82 
məntəqələrdən su nümunələri götürülür, onların analizi aparılır 
və sonra suyun keyfiyyət göstəricisi müəyyən edilir. Suyun 
keyfiyyət 
göstəricilərindən 
temperatur 
və 
orqonoleptik 
tuşuluğu, mineral qalığı, oksigenin miqdarı, xəstəlik törədən 
bakteriyalar, üzən maddələrin konsentrasiyası kimi xassələrini 
göstərmək olar. 
Suyun qeyd olunan xassələri 0-6 intervallı balla 
qiymətləndirilir. Məsələn, su 0 balla qiymətlənərsə o, ən təmiz 
su hesab olunur və ondan heç bir iy gəlmir, 5 balla 
qiymətləndirildikdə isə ondan güclü iy gəlir ki, onu içmək belə 
mümkün olmur. 
Su tələbatçılar tərəfindən suyun keyfiyyətinə tələbat 
müxtəlif olur. Bunlar aşağıdakı kimidir: 
-
Sənayedə istifadə olunan su, istehsal olunan məhsulun 
keyfiyyətinə təsir göstərməməli, sənaye qurğusunda istifadə 
olunan 
metal 
konstruksiyanı 
korroziyaya 
uğratmamalı, 
qurğularda duz çöküntüləri əmələ gətirməməli, sənayedə 
çalışan işçilərin səhhətinə mənfi təsir göstərməməlidir; 
-
Kənd təsərrüfatında istifadə olunan su kənd təsərrüfatı 
məhsullarının keyfiyyətinə təsir göstərməməli, bitki üçün 
zərərsiz 
olmalı 
və 
torpaqların 
şorlaşmasına 
şərait 
yaratmamalıdır; 
-
Mədəni-məişətdə istifadə olunan suyun keyfiyyəti ən 
yüksək olmalıdır və ona olan tələbat qəbul olunmuş norma və 
qaydalara uyğun olmalıdır. İçməli suyun keyfiyyəti aşağıdakı 
tələblərə cavab verməlidir: 
-
1) çirkab suları su ehtiyatlarına atılarkən suyun 
temperaturu yay mövsümündəki temperaturdan 3

-dən çox 
olmamalıdır; 
-
2) sudan gələn iy və dadın şiddətliyi 2 baldan artıq 
olmamalıdır; 
-
3) suyun turturşuluğu pH=6,5

8,5 intervalında olmalıdır: 
-
4) çirkab suları ilə su mənbəyi qidalanarsa, onda olan 
oksigenin miqdarı 4

6 mq/l həddində olmalıdır; 


83 
-
5) zərərli maddələrin konsentrasiyası əhalinin səhhəti 
üçün tam zərərsiz olmalıdır; 
-
6) suyun hər litrində 1000-dən artıq xəstəlik törədən 
bakteriya olmamalıdır; 
-
7) çirkab suları su ehtiyatlarına ötürülərkən orada üzən 
mineral və üzvi maddələrin konsentrasiyası 0,25 mq/l-dən çox 
olmamalıdır. 
Su ehtiyatlarına axıdılan çirkab sularının tərkibində 
radioaktiv maddələr və qanunla tənzimlənən çirkab suyunun 
tərkibində 1∙10
-8 

3∙10
-11
küri/l-dən çox olan kobalt və 
stronsium olarsa, belə suların su ehtiyatlarına ötürülməsi qəti 
qadağandır. 

Yüklə 6,54 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin