ŞAHİN ƏHMƏdov


Sənaye və energetikada istifadə edilən sular (km3 / il )



Yüklə 6,54 Mb.
Pdf görüntüsü
səhifə24/107
tarix30.09.2023
ölçüsü6,54 Mb.
#151124
1   ...   20   21   22   23   24   25   26   27   ...   107
Mühəndis-ekologiyası

Sənaye və energetikada istifadə edilən sular (km3 / il ) 
Qurudakı 
suyun əsas kütləsi 
Antarktida, 
Qrenlandiya qütb adaları və dağlarda olan buzlaqlar olub 
ümumi su ehtiyatının 1,86% – ni, şirin suyun isə 70,3% -ni 
təşkil edərək yüksək əks etdirmə qabiliyyətilə (albedo) Yer 
üzərində atmosferin qlobal istilik balansının formalaşmasına 
böyük təsir göstərir. 
Yeraltı suların ümumi həcmi hidrosferin 1,68% -ni 
təşkil edir, onların təxminən yarısı – şirin sulardır. 
Dünya okeanı, buzlaqlar və yeraltı sular hidrosfer 
suyunun 99,94 % - ni təşkil edir.Çaylar hidrosferin əsas 
komponenti olub dünyada onların suyunun həcmi ümumi su 


58 
ehtiyatının yalnız 0,0002 % - i , şirin su ehtiyatının isə 0,006 % 
- i qədərdir.
Cədvəl 9.3 
Suyun fiziki – kimyəvi xassələri və əhəmiyyəti 
 
 
Dünya okeanı, buzlaqlar və yeraltı sular hidrosfer 
suyunun 99,94 % - ni təşkil edir.Çaylar hidrosferin əsas 
komponenti olub dünyada onların suyunun həcmi ümumi su 


59 
ehtiyatının yalnız 0,0002 % - i , şirin su ehtiyatının isə 0,006 % 
- i qədərdir. 
Cədvəl 9.4 
Yerin su ehtiyatları. (E.P.Romanova və b. , 1993

Suyun qlobal dövranının təbiətdə əsas mənbəyi Günəş 
sayılır. Günəş enerjisinin təsiri ilə okeanın və qurunun 
səthindən su buxarlanaraq atmosferə qalxır. Su buxarları 
havaya qalxaraq soyuyur, kondensasiya olunaraq buludlar 
əmələ gətirir. Buludlar kifayət qədər soyuduqdan sonra yağış 
və qar şəklində okeanın və qurunun səthinə düşür. Düşən 
yağıntılar yenidən buxarlanaraq atmosfer yağıntıları şəklində 
yenidən qayıdır. Quruya düşən yağmurların bir hissəsi torpağa 
hopur, bir hissəsi səthi axım əmələ gətirərək çaylara tökülür və 
yenidən okeanlara qayıdır. Qrunt suları isə bulaqlar şəkilində 
Yer səthinə çıxır və ya bitki örtüyünün fəaliyyəti nəticəsində 
transpirasiya olunur. Materik və okeanlar daxilində su dövranı 
bu cür gedir (Şəkil 9.1.). 


60 

Yüklə 6,54 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin