Akademik A.P.Karpinski yazır: «Su ən qiymətli faydalı sərvətdir. Su nəinki mineral xammal və kənd təsərrüfatının inkişafı üçün vasitədir. O, həm də mədəniyyətin həqiqi göstəricisi, həyatsız yerə dirilik gətirən «canlı qandır». Akademik Həsən Əliyev suyun ekoloji əhəmiyyəti haqqında yazmışdır: «Susuz təbiət də, həyat da ola bilməz. Su da çörək kimi hamıya, hər şeyə, həmişə lazımdır». Dünyanın müxtəlif regionlarında su ehtiyatlarından
istifadə növü olduqca müxtəlifdir.Sudan ən çox kənd
təsərrüfatında istifadə olunur. Ədəbiyyat məlumatlarına görə
kənd təsərrüfatında hər il 3500-3600 km
3
su işlədilir, bunun 70
faizi suvarmaya sərf olunur. Kənd təsərrüfatında istifadə
olunan suyun miqdarı sənayedə olduğundan 3,4-4,0 dəfə
artıqdır.Hazırda dünyada 250 mln hektara yaxın kənd
təsərrüfatı bitkiləri və bağlar , plantasiyalar suvarılır. Hər
hektara təxminən 12-14 m
3
su verilərsə, suvarmaya 2800 –
3000 km
3
su sərf olunur. Dünyada suvarmaya sərf olunan
suyun miqdarı 9.1 saylı cədvəldə verilir. Cədvəldən göründüyü
kimi
suvarılan
torpaqların
sahəsi
ən
çox
Asiyada
yerləşir.Praktiki olaraq burada suvarma bütün ölkələrdə tətbiq
edilir.Suvarılan sahələrin əsas massivləri kontinentin cənub və
şərqində yerləşir , onun çox hissəsində çəltik becərilir.Bununla
belə Asiyanın bütün suvarılan torpaqlarının 2/3 – dən çoxu
yalnız üç ölkənin payına düşür (Çin , Hindistan və Pakistan )
və təxminən 1000km
3
su sərf olunur, bu dünyada
suqəbuledicilərdən suvarmaya işlədilən suyun yarısına qədərini
təşkil edir. Asiyanın bütün ölkələrində suvarmaya sərf olunan
suyun miqdarı bütün digər su istehlakçılarını xeyli ötüb keçir
və təxminən 82 % təşkil edir. Avropada bütövlükdə bu rəqəm
30 – u keçir.
Cədvəldən göründüyü kimi suvarma üçün şirin su
ehtiyatlarının xeyli hissəsindən istifadə olunur və onun 3/4 - ü
54
geri qaytarılmır. Tarlalardan drenaj şəbəkəsilə qayıdan sular
tarlalarda alaqlara və zərərverici həşəratlara qarşı işlədilən
müxtəlif maddələrlə (pestisidlər) və mineral gübrələrlə güclü
çirklənməyə məruz qalır.