89
Hacı Həsən gölü
Bakı şəhərinin cənub-qərb hissəsində –
Yasamal dərəsində yerləşir. Akvatoriyası 175 ha, dərinliyi 2 m,
suyunun həcmi isə 3,2 mln m
3
-dir. Gölə il ərzində 9040 min m
3
məişər-sənaye çirkab suları atılır ki, onların da 80%-i məişət
mənşəli tullantılardır, suyunun minerallığı 2,5 q/l-dir. Gölün
suyunun fon tərkibində anionlar
üstünlük təşkil edir və
konsentrasiyası sanitar normaları aşır. Xloridlərin miqdarı
normadan 44 dəfə, sulfatların miqdarı isə 1,6 dəfə yüksəkdir.
Hacı Həsən gölü ancaq fenollar (YVHQ=8), kadmium
(YVHQ=4) və mis (YVHQ=3,5)
ilə orta səviyyədə
çirklənmişdir. Gölün su mühitinin və dib çöküntülərinin
çirklənmə dərəcəsi ekoloji baxımdan orta qiymətləndirilə bilər.
Dostları ilə paylaş: