106
ölmüş, quru (bitki) halında torpağa düşdükdə qismən ilkin son
məhsullara (su, CO2, azot və başqa kimyəvi maddələr)
qədər
parçalanır, qismən isə humusa çevrilir. Humusda böyük
(əsrliklər) enerji ehtiyatı cəmləşərək
hər il bioloji dövrandan
kənarlaşır və beləliklə, torpağın güclü enerji potensialı yaranır.
Hidroloji funksiya.
Əgər torpaq olmasaydı, okeanla
quru arasında suyun dövranı tez başa çatardı. Yer səthinə düşən
atmosfer yağıntıları yamac boyu böyük sürətlə axıb çaylara,
sonra isə dəniz və okeanlara axıb gedərdi.
Özünün
humusluluğu,
strukturluğu
(aqreqatlığı),
məsaməliyi, sukeçiriciliyi və rütubət
tutumu ilə torpaq suyun
dövranını kəskin zəiflədir, müntəzəmləşdirir,
quruda suyun
böyük və geniş differensial ehtiyatının yaranmasına şərait
yaradır. Bu sular tədricən yabanı və mədəni bitkilər tərəfindən
istifadə olunur. Suyun bir hissəsi faydasız fiziki buxarlanmaya
sərf olunur.
Torpağın hidroloji və energetik funksiyaları arasında
birbaşa əlaqə vardır, torpaqda nə qədər çox (müəyyən
həddə
qədər) enerji toplanarsa, onun hidroloji funksiyası da artar.
Burada da torpağın humusu müəyyən rola malikdir. Qumlu və
torflu torpaqlar istisnalıq təşkil edir.
Dostları ilə paylaş: