ŞAHİN ƏHMƏdov


 Torpaqəmələgətirən amillər



Yüklə 6,54 Mb.
Pdf görüntüsü
səhifə52/107
tarix30.09.2023
ölçüsü6,54 Mb.
#151124
1   ...   48   49   50   51   52   53   54   55   ...   107
Mühəndis-ekologiyası

4.5. Torpaqəmələgətirən amillər 
Hələ 1875-76-ci illərdə Həsənbəy Zərdabi ilk dəfə 
olaraq öz əsərlərində əsas 4 faktorun torpaqəmələgəlmə 
prosesində rolunu göstərmişdir: ana süxur, bitki və canlı 
orqanizmlər, iqlim və insanın təsərrüfat fəaliyyəti. Ondan 8 il 
sonra V.V.Dokuçayev 5 amili (torpaqəmələgətirən süxurlar, 
bitki və heyvan orqanizmləri, iqlim, relyef və ərazinin 
(ölkənin) geoloji yaşı) torpağın əmələgəlməsində rolunu daha 
geniş izah etmişdir. Sonralar V.R.Vilyams torpaqəmələgətirən 
amillərə insan fəaliyyətini də daxil etmişdir. İndiki torpaqşünas 
tədqiqatçılar torpaqəmələgəlmə prosesində qrunt sularının da 
böyük rol oynadığını göstərirlər. 


117 
 
İqlim torpaqəmələgətirən amil kimi. 
Atmosfer 
yağıntılarının miqdarı torpaqda nəmlik, yəni bitki və 
mikroorqonizimlərin həyatı üçün şərait yaradır. Yağıntıların bir 
hissəsi buxarlanır, bir hissəsi yamac boyu axır, bir hissəsini isə 
torpaq özündə saxlayır. Torpağın rütubəti onun səthi ilə axan 
və buxarlanan su torpaqəmələgəlmə prosesində iştirak edir. 
Torpaqdakı su mineral maddələri həll edərək torpaq profili 
boyu paylayır (qarışdırır): səth su axınları mineral və üzvi 
hissəcikləri yamac boyu paylayaraq, ya hissəcikləri aparır, 
yaxud da toplayır, buxarlanan su isə ətraf havanı 
rütubətləndirərək torpağı sərinlədir. 
Qar torpağı bərkidərək mikroorqanzimlərin fəaliyyət 
dövrünü uzadır. 
Qrunt suları duzlu olduqda torpağı şoranlaşdıra bilər. O 
səthə yaxın yerləşdikdə bataqlaşmaya səbəb olur. 
Havanın və torpağın temperatur şəraiti torpaqdakı 
kimyəvi və biokimyəvi reaksiyanın sürətinə təsir göstərir. 
Temperatur rütubətin buxarlanma intensivliyinə və torpağın 
nəmliyinə təsir göstərir. Temperatur 20…350 oldurda 
mikroorqonizm və bitkilərin fəaliyyəti artır. Torpağın 
temperaturu 400- dən yüksək olduqda isə mikroorqonizimlərin 
fəaliyyəti zəifləyir və yaxud dayanır. Temperatur sıfra endikdə 
də orqanizmlər fəaliyyətdə olmurlar. 
Səhra, step (çöl, bozqır) və tundrada küləyin rolu 
xüsusilə böyükdür. Külək torpağın səthində toz və qum 
hissəciklərini sovurub apararaq torpağın profilini dəyişir
torpaq ilkin genetik xassələrini itirir. 

Yüklə 6,54 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin