ŞAHİN ƏHMƏdov


I. Massiv – kristallik püskürmə süxurlar



Yüklə 6,54 Mb.
Pdf görüntüsü
səhifə48/107
tarix30.09.2023
ölçüsü6,54 Mb.
#151124
1   ...   44   45   46   47   48   49   50   51   ...   107
Mühəndis-ekologiyası

 
I. Massiv – kristallik püskürmə süxurlar 
iki böyük 
qrupa – 
effuziv 
və 
intruziv 
süxurlara bölünür. 
Maqma püskürüb yer səthinə çıxaraq aşağı temperatur 
və təzyiq şəraitində soyuduqda bu süxura effuziv (püskürmə) 
süxur, maqma yer səthinə çatmayıb yüksək təzyiq şəraitində 
müəyyən dərinlikdə yavaş – yavaş soyuyub kristallaşarsa buna 
intruziv (dərinlik) süxurları deyilir. 
 
Maqmatik süxurların xarakteristikası 
Qranit – dərinlik (intruziv) süxuru olub boz, çəhrayı, 
qırmızımtıl – qonur və hətta tünd qırmızı rəngdə ola bilər. 
Siyenit – tam kristallaşmış dərinlik süxuru olub 
ortoqlaz, biotit və piroksenitdən ibarətdir. 
Traxit – Siyenit tərkibli süxurdur, lakin kiçik 
dənəvaridir. 


111 
Qabbro – dərinlik süxuru olub qara, boz və yaşılımtıl 
rənglidir. 
Diabaz - plaqioqlazdan təşkil olunub, tərkibində avqit 
də iştirak edir. 
Andezit – effuziv süxuru olub plaqioqlaz və biotitdən 
ibarətdir. Rəngi açıq – boz və ya qonur – qırmızıdır. 
Bazalt – Effuziv süxur olub qabbronun analoqudur, 
tünd – boz və qara rənglidir. Tərkibi plaqioqlaz, avqit və 
olivindən ibarətdir. 
II – Çöküntü süxurlar. Bu süxurların əmələ gəlməsində 
4 mərhələ ayrılır: 1) aşınma nəticəsində materialların 
toplanması, 2) Aşınmış materialın aparılması, 3) Onların 
çökməsi, 4) Daşlaşması. 
Çöküntü süxurlar püskürmə süxurlarından tərkib və 
quruluşlarına görə fərqlənirlər. Onlar yumşaq, səpələnən və 
sementləşmiş olur.Çöküntü süxurların tərkibində dəmir oksidi 
çox olur, ümumi kalium natriuma nisbətən üstünlük təşkil edir. 
Çöküntü süxurlar mexaniki, kimyəvi və orqanogen olur 
(cədvəl 4.2). 


112 
Genetik xüsusiyyətlərinə görə çöküntü süxurları elüvial, 
delüvial, prolüvial, alüvial və kolüvial süxurlara 
bölünür. 
Elüvi və ya elüvial çöküntü aşınmış dağ süxurlarının 
aşındığı yerində qalmasıdır. 
Delüvi 

xırda 
hissəciklərin 
yamacların 
aşağı 
hissələrində toplanmasına deyilir. Belə çöküntülərin xarakterik 
cəhəti onun təbəqə – təbəqə olmasıdır. 
Prolüvi – yamac su axınlarının gətirmə konuslarında 
topladığı materiala deyilir. 
Allüvial çöküntülər nisbətən az sürətlə axan böyük və 
kiçik çayların gətirdiyi çöküntülərdir.Yaxşı çeşidləşmiş və 
yuvarlanıb 
hamarlanmış 
xırda 
hissəciklərdən 
ibarətdir.Çaybasar sahələrdə tipik allüvi çöküntüləri toplanır. 
Kolyuvi – dağlıq ərazidə yamacların aşağı hissəsində öz 
ağırlığı ilə və ya şaxtaların təsirilə toplanan qırıntı 
(parçalanmış) materiala deyilir. 
Aşınma məhsullarının külək vasitəsilə bir yerdən başqa 
sahəyə aparılması aşınma məhsulunun xüsusiyyətlindən 
və küləyin sürətindən asılıdır. Süxurların külək vasitəsilə uzaq 
məsafələrə daşınması səhra və yarımsəhra şəraitində daha 
intensiv gedərək 
eol 
mənşəli çöküntülər əmələ gətirir. 
Respublikamızın 
ərazisində 
torpaqəmələgətirən 
süxurlardan əsasən karbonatlı löslər, lösəbənzər gillicələr, 
karbonatsız gillicələr, allüvial gillicələr, qumlar, duzlu süxurlar 
və başqalarını göstərmək olar. 

Yüklə 6,54 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin