ŞAHİN ƏHMƏdov



Yüklə 6,54 Mb.
Pdf görüntüsü
səhifə56/107
tarix30.09.2023
ölçüsü6,54 Mb.
#151124
1   ...   52   53   54   55   56   57   58   59   ...   107
Mühəndis-ekologiyası

 
Aktinomisetlər 
və ya şüalı göbələklər torpaqda, suda 
və peyində geniş yayılmışdır. 1qram torpaqda aktinomisetlər 
15…36 milyona, və ya 1 hektarda 500:700 kq-a qədər ola bilər. 
Aktinomisetlər humusun (çürüntünün) əmələ gəlməsində fəal 
iştirak edir. 
Göbələklər –tipik heterotroflar, yəni hazır üzvü 
maddələrlə qidalananlar hesab olunur. Göbələyin vegetativ 
gövdəsi 
mitseli 
adlanır. 
Ali 
göbələklərin 
mitseliləri 
çoxhüceyrəli olur. 
Göbələklər 
torpaqəmələgəlmə 
prosesində 
böyük 
əhəmiyyətə malikdir, onlar mürəkkəb üzvi maddələri mineral 
birləşmələrə qədər parçalaya bilir. Göbələklər özündən sonra 
torpaqda suya davamlı struktur yarada bilən çoxlu humus 
saxlayır. 
 
Yosunlar. 
Yuxarıda göstərilən bitki orqanizmlərindən 
fərqli olaraq yosunlar öz hüceyrələrində xlorofil saxlayır. Onlar 
işıq şəraitində mineral birləşmələrdən üzvi maddələr yaratmaq 
qabiliyyətinə malikdir (fotosintez). 
Yosunlar torpaqda, ən çox torpağın üst qatında 
hərtərəfli yaranıb. Torpaq səthinin nəmliyi yosunların əmələ 
gəlməsi üçün mühüm şərait sayılır. İşıqda yosunlar karbondan 
– CO2-dən istifadə edir,azotu isə mineral birləşmələrdən 
mənimsəyir.Torpaqda yosunlar süxurların aşınması prosesində 
fəal iştirak edir. Diatom yosunları qrupu əsasən alümosilikatları 
parçalayır. 
Bəzi göbələklərlə birlikdə yosunlar da CO2 – dən 
istifadə edərək üzvi maddələrin toplanmasında iştirak edir. 
Yaşıl, göy-yaşıl və diatom yosunlar mövcuddur. 
 
Şibyələr. 
Yerüstü yosunlar olub birgə yaşayan 
göbələklər qrupudur. Beləliklə, şibyədə iki bitki – göbələk və 
onun üzərində yerləşib birgə yaşayan yosun görünür. Bu iki 
bitkinin simbiozunda yosunlar bütün yaşıl bitkilər kimi üzvi 
maddələr sintez edir, bu zaman onlar şibyələrin əldə etdiyi 
sudan istifadə edir, göbələk isə yosunların hüceyrələrindən 


123 
qismən qida kimi istifadə edir. Şibyələrə həm ağaclarda, həm 
yerdə, qayalarda, daş üzərində, dəmir yzərində, hətta şüşə 
üzərində rast gəlmək olar. 

Yüklə 6,54 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin