118
hündürlük hissəsində torpaq ətrafındakı torpaqdan müəyyən
dərəcədə fərqlənir. Nanorelyef torpaqda olan heyvanat
aləminin təsirilə də yaranır. (siçan, köstəbək, sünbülqıran və
s.).
Torpaqəmələgəlmə prosesində relyefin forması və
cəhəti xüsusi rol oynayır, torpağın
temperaturu və nəmliyi
yamacın dikliyi və istiqamətindən asılıdır. Cənub yamaclar isti,
quru, şimal yamaclar isə soyuq və rütubətli olur. Dik cənub
yamaclarda eroziya prosesi daha çox müşahidə olunur. Şimal
yamaclar çox vaxt az meyilli olur: orada qar daha uzun müddət
qalır ki, bu da torpaqəmələgəlməyə öz təsirini göstərir.
Ana süxur torpaqəmələgətirən amil kimi
. Səthə çıxan
dağ süxurları torpağın əmələgəlməsində əsas mineral materialı
hesab
olunur.
Süxurun
tərkibində
kalsium-karbonatın
mövcudluğu torpaqda zəif qələvi reaksiyanın olmasına
şərait
yaradır. Karbonatsız gillicəli və qumlu torpaqda isə turş
reaksiya yarana bilər. Qum üzərində əmələ gələn torpaqlar
gillicəli
süxurlar
üzərindəki
torpaqlara
nisbətən
qida
maddələrilə az zəngin olur.
Ana
süxurun fiziki xassələri, yəni onun bərk və ya
yumşaq olması, məsaməliyi, suyu və havanı
keçirmə
qabiliyyəti torpaqəmələgəlmə prosesində böyük rol oynayır.
Belə ki, hava və suyu özündən pis keçirən gilli süxurda
kimyəvi və bioloji proseslər, üzvi qalıqların parçalanması zəif
gedir.
Torpaqəmələgəlmə prosesində qrunt sularının da rolu az
deyildir. Bu prosesə suyun minerallıq dərəcəsi, kimyəvi tərkibi,
dərinliyi böyük təsir göstərir. Qrunt
suyu yer səthindən çox
dərində yerləşmirsə torpağı kimyəvi maddələrlə zənginləşdirir,
onun su və hava rejimini dəyişdirir. Qrunt suları səthə yaxın
yerləşərsə torpağı hədsiz rütubətləndirir, onun şorlaşmasına və
bataqlaşmasına səbəb olur.
Dostları ilə paylaş: