121
2NH3+3O2=2HNO2+2H2O+718.9 coul
belə oksidləşmə reaksiyası Nitronomonos tipli bakteriyaların
köməyilə gedir.
Sonra azot turşusu nitrat turşusuna qədər oksidləşir:
2HNO2+O2=2HNO3+108.7 coul
Bu reaksiyada nitrobacterlər iştirak edir.
Nitrifikasiya
prosesindən
başqa
torpaqda
mikroorqanizmlərin təsirilə başqa bir proses denitrifikasiya və
ya nitratların sərbəst azota qədər reduksiya prosesi gedir. Bu
proses iki mərhələdə keçir: əvvəlcə nitratlar nitritlərə qədər,
sonra isə nitritlər – sərbəst azota qədər bərpa (reduksiya)
olunur.
C6H12O6+4NO3=6CO2+6H2O+2N2
və ya
3C+4KNO2+H2O=2KHCO3+K2CO3+2N2
Denitrifikasiya prosesi denitrifikator bakteriyaların
təsirilə baş verir.
Mühüm orqanizmlərdən 1860-cı ildə İ.S.Voronin
tərəfindən tapılan hemotroflar – kök bakteriyaları
və anaerob
mikroorqanizmin – klostridiumu göstərmək olar. Hər iki
mikroorqanizm növü azotun dövranında fəal iştirak edir, odur
ki, onların torpaqəmələgəlmədə və torpağın münbitliyində
böyük əhəmiyyəti vardır.
İlk dəfə 1938-ci ildə fransız kimyaçısı
Bussenq aşkar
etmişdir ki, paxlalı bitkilərdən sonra torpaqda daha çox azot
toplanır.