ŞAHİN ƏHMƏdov



Yüklə 6,54 Mb.
Pdf görüntüsü
səhifə57/107
tarix30.09.2023
ölçüsü6,54 Mb.
#151124
1   ...   53   54   55   56   57   58   59   60   ...   107
Mühəndis-ekologiyası

 
Mamırlar 
şibyə və yosunlardan daha inkişaf etmiş 
vegetativ və çoxalma üzvlərilə seçilir. Mamırlar yaxşı inkişaf 
etmiş xloroplastı olan avtotrof orqanizimlərdir. Boyları 20…30 
sm-dən hündür olmur. Kökləri olmur, sübstrata xüsusi 
tükcüklərlə – rizoidlərlə yapışır. Quş mamırının gövdəsi və 
xırda yarpaqları olur. Sfaqnum və ya torf mamırının da gövdə 
və xırda yarpaqları olur, onlar həmçinin çoxlu miqdarda havalı 
hüceyrələrə də malik olur. 
Mamırlar və şibyələr yararsız sahələrdə, daşlar üzərində 
pioner bitki kimi inkişaf edir. Məhv olarkən mamırlardan çoxlu 
üzvi maddələr qalır, sonralar onların üzərində çiçəkli bitkilərin 
inkişafına şərait yaranır. Mamırlar-bataqlıqlarda və bataqlıq 
meşələrdə əsas torfəmələgətirən bitki sayılır. 
 
İbtidailər. 
Torpaqda yaşayan ibtidailərə qamçılılar, 
kökayaqlılar və infuzorlar daxildir. İbtidailər – aerobdurlar. 
Üzvi maddələrlə zəngin olan torpaqlarda amyöblər yayılır. 
İbtidailər mürəkkəb üzvi maddələri daha sadə üzvi maddələrə 
çevirir. 
 
Heyvanat 
aləmi. 
Torpaqda 
çoxlu 
miqdarda 
soxulcanlar, qurdlar, gəmiricilər, qarışqalar və həşəratların 
sürfələri yaşayır. Onlar öz həzm yolundan xırdalanmış üzvi 
maddələri keçirərək torpağı ifrazatları ilə zənginləşdirir və 
torpağın mikro və makrostrukturunun yaranmasına şərait 
yaradır. Bu canlılar həm də torpağı qarışdırır, xırdalayır, 
bununla da torpağın aerasiyası yaxşılaşır və torpaqəmələgəlmə 
prosesi sürətlənir. 
Torpaq soxulcanları öz orqanizmlərindən il ərzində bir 
hektara 25 ton torpaq keçirir. Soxulcanların ifrazatları azot və 
fosforla zəngin olub, suyadavamlı aqreqatlar yaradır. 
Soxulcanlar öz həyat fəaliyyəti nəticəsində torpağın fiziki 
xassələrini yaxşılaşdırır (məsaməliyi, susızdırmanı). 


124 
Ali bitkilərin torpaqəmələgəlmədə rolu xüsusilə 
V.R.Vilyams tərəfindən aşkara çıxarılmışdır. O üzvi maddələr 
yaradan 3 ali yaşıl bitki formasiyası və 3 mikroorqanizmlər 
qrupu ayırır. 
1. Ağac formasiyası – anaerob mikroblarının zəif 
iştirakilə ağac bitkilərinin göbələk orqanizmlərilə birliyi. 
2. Ot çəmən formasiyası – əsasən mezofil çəmən 
bitkilərinin anaerob və aerob bakteriyalarilə birliyi. 
3. Ot çöl (bozqır) formasiyası – kserofil çöl otlarının 
aerob bakteriyalarilə birliyi. 
İynəyarpaqlı ağacların iştirakilə ağac bitkilərinin altında 
podzoləmələgəlmə prosesi gedir və podzol torpaqlar yaranır. 
Mezofil çəmən ot bitkiləri altında rütubətli çimli-
podzol, çimli-çəmən və çimli torpaqlar yaranır. 
Çöl (kserofil) bitkiləri altında çöl (bozqır) torpaqları 
(qaratorpaq, şabalıdı torpaq) və səhra torpaqları (bozqonur) 
əmələ gəlir. 

Yüklə 6,54 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin