ŞAHİN ƏHMƏdov



Yüklə 6,54 Mb.
Pdf görüntüsü
səhifə65/107
tarix30.09.2023
ölçüsü6,54 Mb.
#151124
1   ...   61   62   63   64   65   66   67   68   ...   107
Mühəndis-ekologiyası

Su və həll olmuş 
hissəciklər:
xarakterik 
hidroloji periodlarda (sel, 
yayın ortasında, daşqınlar) 
Dib çöküntüləri: 
ildə bir 
dəfə 
Torpaq 
Qurğuşun, civə, kadmium, arsen, 
3, 4-benz(a)piren, DDT və digər 
üzvi xlor birləşmələri, biogen 
elementlər
İldə bir dəfə


141 
Bioloji obyektlər
Qurğuşun, civə, kadmium, arsen, 
3, 4-benz(a)piren, DDT və digər 
üzvi xlor birləşmələri, biogen 
elementlər
Tezlik obyektin 
biologiyasından asılıdır. 
5.4. İnformasiyanın alınmasının və emalının texniki 
vasitələri
Ekoloji monitorinq sistemində yerüstü 
ölçmə şəbəkəsinin aparat vasitələrinin ümumi 
s
trukturuna 
aşağıdakılar daxildir: 
1. 
Monitorinq şəbəkəsinin aşağı səviyyəsi 
üçün:
• hava və su üzrə stasionar məntəqələr; 
• atmosferin, suyun, torpağın, qarın 
vəziyyəti üzrə səyyar və stasionar laboratoriyalar; 
• tullantı və atılmaların nəzarəti üzrə 
səyyar stansiyalar; 
• müfəttiş xidmətləri; 
• 
əhalidən 
məlumatların 
alınma 
xidmətləri. 
Stasionar və səyyar stansiyaların və 
məntəqələrin sayı aparılmış tədqiqatlar nəticəsində, 
konkret təbii-texniki geosistemin (və ya təbii-ərazi 
kompleksinin) 
mövcud 
modelləri 
üzərində 
hesablamalar, həmçinin, ətraf mühitə müşahidələr 
zamanı əldə edilmiş təcrübə əsasında müəyyən edilir.
2
. Orta səviyyəli şəbəkə üçün:
• aşağı şəbəkələrdə alınan, bir-birindən 
xüsusiyyətləri və həll edilən məsələlərin mürəkkəbliyi 
ilə fərqlənən informasiyanın toplanması və emalı 
mərkəzləri,. 


142 
3.
Yüksək səviyyəli şəbəkə üçün: 
• toplanma və emal mərkəzlərindən 
alınan informasiyanın istifadəçiləri. 
Məlumatların 
bilavasitə 
istifadəçiləri 
ətraf mühitin mühafizəsi üzrə müfəttişlərdir.
Monitorinq 
şəbəkəsinin 
əsas 
tərkib 
hissələrinə vericilər və analizatorlar, məlumatların 
yüklənmə qurğuları; məlumatların ötürülmə qurğuları 
və s.daxildir. 
Yerüstü ölçmələrin iyerarxik qurulmuş 
şəbəkəsində informasiyanın emalının hesablanma 
vasitələri 
praktiki 
olaraq, 
şəbəkənin 
bütün 
səviyyələrində istifadə olunur. Stasionar və səyyar 
məntəqələrdə 
məlumatların 
yükləyicisi 
nəinki 
analizatorların işini idarə edir, həmçinin toplanmış 
məlumatların ilkin emalını da yerinə yetirir. Lokal və 
mərkəzi hesablama mərkəzlərində modellər üzrə əsas 
və köməkçi inqrediyentlərə görə mühitin çirklənmə 
səviyyəsi hesablanır, izoxəttlər xəritəsi qurulur, 
proqnozlar hesablanır, ehtimal edilən çirklənmə 
mənbələri tapılır və s.
Çirklənmələrin 
monitorinq şəbəkəsinin 
hesablama mərkəzi 
aşağıdakı funksiyaları yerinə 
yetirir: 
• operativ, fırtına rejimində və iş 
qabiliyyətinin yoxlanması rejimində yerüstü ölçmələr 
şəbəkəsinin işininin idarə edilməsi; 


143 
• 
çirklənmə 
nəzarətinin 
stasionar 
məntəqələr 
və 
səyyar 
laboratoriyalarından 
informasiyanın toplanması; 
• informasiyanın etibarlı saxlanmasının 
təmin edilməsi və icazə verilməyən daxil olmadan 
mühafizəsi ilə əlaqədar informasiyanın operativ və 
uzunmüddətli saxlanmasının məlumatlar bankının 
yaradılması,;
• proqnozların hesablanması, mühitin 
ekoloji 
vəziyyətinin 
inteqral 
qiymətləndirilməsi 
məqsədilə ümumi çirklənmə vəziyyətinin alınması 
üçün informasiyanın emalı və s.;
• planlı qaydada toplu cədvəl, kartoqrafik 
material və s. şəklində çirklənmələr haqqında 
informasiyanın hazırlanması və verilməsi; 
• informasiyanın avtomatik rejimdə baş 
hesablama mərkəziniə ötürülməsi.
Ekoloji 
monitorinq 
stansiyalarından 
yerüstü ölçmə məlumatların ötürülmə şəbəkəsi 
aşağıdakı məsələləri həll edir: 
• 
stasionar 
məntəqə 
və 
səyyar 
laboratoriyalardan ölçmə məlumatlarının müntəzəm 
surətdə ötürülməsi (10 dəqiqədə, 30 dəqiqədə, 1 
saatda və s.-də bir dəfə); 
• əhalidən gələn həyacanlı və qəza 
vəziyyətləri haqqında məlumatların ötürülməsi; 
• 
rabitə 
kanalları 
vasitəsilə 
informasiyanın hesablama mərkəzindən istifadəçilərə 
ötürülməsi (icra hakimiyyətinə, əhaliyə və s.).


144 
Stasionar 
məntəqə 
və 
səyyar 
laboratoriyalardan ötürülən məlumatlar həcmcə böyük 
deyil (yüz baytlarla), lakin kifayət qədər tez-tez 
ötürülür. Məlumatların ötürülmə sürəti – saniyədə yüz 
bitdir. Ötürülən məlumatların etibarlığına qoyulan 
tələblər o qədər də sərt deyil, çünku atmosferdə və 
suda gedən proseslərin yayılma sürəti on dəqiqələr, 
saatlar təşkil edir.
Məlumatlar 
hesablama 
mərkəzindən 
istifadəçilərə sutkada 1-2 dəfə göndərilməlidir, 
onların həcmi kifayət qədər böyükdür (vahid və on 
kilobaytlarla). Ona görə də məlumatların ötürülmə 
sürəti və məlumatların ötürülməsinin etibarlıq 
tələbləri kifayət qədər yüksəkdir. 
Kompleks ekoloji monitorinq sisteminin 
informasiya təminatı
aşağıdakılara malik olmalıdır: 
• 
informasiya 
axınlarının 
nizamlı 
strukturu (giriş, daxili, çıxış); 
• informasiya məlumatlar bazasının 
məxsusi infrastrukturu; 
• stasionar və səyyar məntəüələrdən 
məlumatların toplanma metodikası; 
• lidarlar da daxil olmaqla müxtəlif 
səviyyəli 
məntəqələrdən 
alınmış 
məlumatların 
ötürülmə metodikası; 
• 
ətraf 
mühitin 
vəziyyətinin 
məlumatlarının emalı və inteqral göstəricilərin 
hesablanma metodikası; 


145 
• tullantı mənbələrinin müəyyən edilməsi 
metodikası; 
• istifadəçi təşkilatlar şəbəkəsinin və 
istismar xidmətlərinin strukturu. 
 
Kompleks ekoloji monitorinq səbəkəsinin 
proqram təminatına
daxildir (şək.5.5 ): 
• inkişaf etmiş əməliyyat sistemləri; 
• standart məlumatlar bazası; 
• kartoqrafik və qrafikqurma təminatı; 
• 
məlumatların toplanmasının 
idarə 
edilməsi üçün monitorlar. 
Müəyyən 
bir 
istehlakçının 
tətbiqi 
sistemlər tərəfindən istifadə etdiyi yığılıb saxlanmış 
əməliyyat məlumatlarının məcmusu 
məlumatlar 
bazası
adlanır. 
Məlumatlar 
bazasının 
layihələndirilməsində və ya strukturunun seçilməsinin 
əsasını məlumatların təqdimat modeli təşkil edir.
Məlumatlar bazasının təşkili üsuluna 
görə relyasiya, iyerarxik və şəbəkə məlumatlar bazası 
fərqləndirilir.
Relyasiya 
məlumatlar 
bazası
məlumatların relyasiya modeli əsasında nəzəri-çoxluq 
münasibətləri riyazi anlayışından istifadə edilməklə 
qurulur. Bu zaman məlumatlar bazası cədvəllərin 
toplusu şəklində təqdim edilir.
İyerarxik məlumatlar
bazası 
məlumatları 
sadə səcərə strukturuna malik olan iyerarxik model 
əsasında qurulur. Bu zaman məlumatlar bazası 
səcərələrin məcmusu şəklində təqdim edilir. 



146 
 
Məlumatların
şəbəkə 
bazası 
istiqamətlənmiş 
qraf 
strukturuna 
malik 
olan 
məlumatların şəbəkə modeli əsasında qurulur. 
Məlumatlar bazası istiqamətlənmiş şəbəkə ilə təqdim 
edilir.
Konkret məlumatlar bazasının seçimi, 
yerinə yetirilən məsələlərin xarakterindən asılıdır. 
Yerüstü ölçmələr şəbəkəsinin ümumi strukturuna 
müvafiq olaraq, aşağıdakı əsas məlumatlar bazası 
yaradılmalıdır: hava üzrə, tullantı və atılmalar üzrə, su 
obyektləri 
üzrə, 
kartoqrafiya 
və 
s. 
Onların 
əksəriyyətini 
relyasion 
kimi 
qurmaq 
məqsədəuyğundur. Eyni zamanda qeyd edək ki, 
kartoqrafik sistemlər üçün iyerarxik növ məlumatlar 
bazasından istifadə edilə bilər.

Yüklə 6,54 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin