Meteostnsiyaların təhcizatı. Termomet. Havanın temperaturunu ölçmək üçün daha
çox civə və spirtli termometrlərdən istifadə də olunur. Torpağın
temperaturunu
ölçmək
üçün
isə
elektrotermometrlər
mövcuddur. (məsələn, Savinov termometri – 20 sm dərinliyə
kimi).
Aktinometr – günəş radiasiyasının intensivliyini
ölçülməsi.
Anemometr – küləyin və qaz axınının sürət və
istiqamətinin ölçülməsi. Küləyin sürətinin ölçülməsi üçün ən
sadə cihaz
flügerdir. Daha dəqiq nəticələr əldə etmək üçün
müxtəlif
növ
anemoqraflardan,
anerorumbometrlərdən,
anemorumboqraflardan istifadə olunur.
Barometr – atmosfer təzyiqinin ölçülməsi. Civəli
barometr, barometr aneroid.
Baroqraf. Hüqrometr – havanın mütləq və ya nisbi rütubətinin
ölçülməsi. Bu cihaz rütubətin dəyişməsi ilə insan tükünün
uzunluğunun dəyişməsinə əsaslanır.
Psixrometr – nəm və quru
termometrlərin temperaturunun müqayisəsi. Əgər cihaz
fiksəedici şkala ilə təhciz edilmişsə, onda o
hüqroqraf adlanır.
Yağıntıölçən – maye və bərk yağıntıların səviyyəsini
ölçmək üçün cihaz.
Meteoqraf – temperaturu,təzyiqi və rütubəti kompleks
ölçmək üçün cihaz.
Avtomatik meteoroloji stansiyalar telemetrik qurğular
şəklindədir. Meteoroloji məlumatların avtonom ölçülməsi və
ötürülməsi üçün təyin olunmuşdur. Şək.6.1-də M-109
avtomatik meteoroloji stansiya göstərilmişdir. Belə stansiyalar
çətinliklə gedilə bilən və ya yaşayış olmayan rayonlarda
(hündür dağlarda, arktik adalarda və s. ) yerləşdirilir. Stansiya
153
hər 3 saatdan bir ötürməklə, 10 meteokəmiyyyəti ölçür. Fırtına
haqqında məlumat hər 1 saatdan bir ötürülür.