151
FƏSİL 6.
ƏTRAF MÜHİTİN ƏSAS
KOMPONENTLƏRİNİN EKOLOJİ
MONİTORİNQ METODLARI.
6.1. Atmosferin monitorinqi.
Atmosferin öyrənilməsinin ilk cəhdləri M.V.Lomonosov
tərəfindən edilmişdir. Rusiyada ilk hava xidməti 1872-ci ildə
meydana gəlmişdir. Çoxlu sayda
eksperimentlərlə atmosfer
çirklənməsilə
meteoroloji
parametrlər
arasındakı
əlaqə
təsdiqlənmişdir.
Meteorologiya
– yer atmosferi,
onun quruluşu,
xüsusiyyətləri və onda baş verən proseslər haqqında elmdir.
Atmosferin xüsusiyyətlərinə və onda baş verən proseslərə səth
örtüyünün ( quru və dəniz ) xüsusiyyətləri və onun təsiri ilə
əlaqədar baxılır. Meteorologiyanın əsas vəzifəsi havanın
müxtəlif müddətlərə proqnozlaşdırılmasıdır.
Meteoroloji
stansiya
–
atmosferin
vəziyyətinin
müntəzəm müşahidəsinin əsas komponentidir. Aşağıdakıları
yerinə yetirir:
-
havanın
temperaturunun, vəziyyətinin və rütubətinin
ölçülməsi;
-
küləyin sürət və istiqaməti;
-
buludluğa, yağıntıların
səviyyəsinə, görünməyə,
günəş radiasiyasına nəzarət.
Yerüstü və gəmilərdə, açıq dənizdə buylarda yerləşdirilən
dreyfedici stansiyalar fərqləndirilir.
Məlumatların
alınmasının
yerüstü
altsistemi
65
hidrometeoroloji və ətraf mühitin monitorinqi üzrə mərkəzdən,
21
hidrometeoroloji
mərkəzdən,
21
hidrometeoroloji
rəsədxanadan, 16 hidrometeobürodan, 18 aviameteoroloji
mərkəzdən, 343 aviameteo
stansiyadan, 22
ətraf mühitin
çirklənməsinin
monitorinq
mərkəzindən,
1606
hidrometeoroloji
stansiyalardan,
ÇMM
(
çirklənmənin
müşahidə məntəqəsi) də daxil olmaqla 4142 məntəqədən, 140
152
aeroloji stansiyadan, Antarktidada işləyən 5 stansiyadan, 17
ionosfer-maqnit və 30 ozonometrik stansiyadan ibarətdir. 1450
stansiya və məntəqədə radiometrik ölşmələr aparılır.
Atmosfer
havasının çirklənməsi 299 şəhərdə 687 stansiyada təyin edilir.
Dostları ilə paylaş: