147
5.5. Ekoloji monitorinq strukturunda idarə
etmə
Müasir ekoloji
proseslərin mahiyyətinin
öyrənilməsi,
təbii
və təbii-texnogen tarazlığın
tənzimlənmə cəhdləri, müxtəlif miqyaslı sistemlərin
elmi əsasda idarə edilməsindən kənarda qala bilməz.
Hal-hazırda ekoloji sistemlərə tətbiqdə idarə etmə
sxemi onun məzmununun
analizində ən mürəkkəblər
sırasına keçir, insan cəmiyyəti ekoloji idarəetmə
məsələlərini tam şəkildə həll etmək üçün imkanlara
malik deyildir. Ekoloji idarəetmə dedikdə, dərk
edilmiş təbii və texnogen
xarakterli obyektiv ekoloji
qanunauyğunluqlar əsasında
insan cəmiyyətinin
praktiki məqsədlərə müvafiq olaraq, ekosferin
tənzimlənməsi üzrə şüurlu fəaliyyət nəzərdə tutulur.
Ekoloji
idarəetmə, ekosistemin əvvəlki
və
cari
göstəriciləri
nəzərə
almaqla
məqsəd
funksiyaları,
təşkilatı-texniki
təbiəti
mühafizə
tədbirlərinin planlaşdırılması hesaba alınmaqla model
proqnoz parametrləri əsasında yerinə yetirilir (şək. 5).
Ümimiyyətlə, ekoloji monitorinq sistemi
eyni zamanda iki məsələni həll edir:
dərk etmə və
idarəetmə, özü də birincisinin ikinciyə keçməsi ilə
qarşıya qoyulur. Müşahidə və nəzarət məlumatları
yeni biliklərin alınması üçün baza rolunu oynayır
(şək.6) və obyektin idarə edilməsinin əsasını təşkil
edir. Obyekt haqqında nə qədər az məlumat olsa,
nəzarət obyekti və idarəetmə haqqında
maksimal
148
informasiyanın əldə edilməsi üçün verici bir o qədər
mükəmməl olmalıdır.
Ən sərt təbiəti mühafizə normaları
çərçivəsində təbii mühitin keyfiyyətinin effektiv
surətdə tənzimlənməsi və keyfiyyətinin iqtisadi
cəhətdən səmərəliyinin əldə edilməsi aşağıdakı
məsələlərin həll edilməsi ilə mümkündür:
• təbii mühitin hansı
keyfiyyətləri
kompleks və vahid göstəricilər şəklində “normal” və
“yüksək” kimi qəbul ediləcək;
• ekoloji və iqtisadi nöqteyi nəzərdən
təbiəti mühafizə fəaliyyətinin bərpaedici fəaliyyətində
ətraf mühitin hansı keyfiyyət səviyyəsinə çatmaq üçün
səy göstərmək lazımdır;
• bundan əvvəlki sualın cavabında, bu və
ya digər halda hansı meyarları rəhbər tutmaq lazımdır;
Şək.5.6.
Ekoloji idarəetmənin məsələləri.
149
• zərərli texnogen təsirlərin azaldılması,
aşağı salınması və ya tam kompensasiyası, ekoloji
ziyanların aşağı salınması və ya tam aradan
qaldırılması, təbii mühitin
keyfiyyətinin yeni daha
yüksək səviyyəsinin əldə edilməsi üçün hansı tədbirlər
görülməsi tələb edilir;
• uzunmüddətli zaman intervallarında
təbiəti mühafizə, bərpaedici və ya kompensasiya
hərəkətlərinin
effektivliyi
və
faydalılığı
nə
dərəcədədir (uzunmüddətli ekoloji proqnoz);
•
iqtisadi
və
ekoloji
maraqların
toqquşduğu zaman görülən tədbirlərin prioritetliyini
necə müəyyə etməli.