ŞAHİN ƏHMƏdov


Çöküntü süxurların aşınması



Yüklə 6,54 Mb.
Pdf görüntüsü
səhifə51/107
tarix30.09.2023
ölçüsü6,54 Mb.
#151124
1   ...   47   48   49   50   51   52   53   54   ...   107
Mühəndis-ekologiyası

 
Çöküntü süxurların aşınması
.- Yer səthində çöküntü 
süxurları daha geniş yayılmışdır. Bu süxurlar müxtəlif 
torpaqların formalaşmasında çox iştirak edir. 
Çöküntü süxurlar törəmə (təkrar) süxurlar hesab olunur. 
Bu süxurların tərkibində həm ilkin minerallar, həm də massiv 
kristallik və metamorfik süxurların aşınması nəticəsində əmələ 
gələn davamlı minerallar vardır. Çöküntü süxurların aşınması 
xüsusiyyəti onun quruluşundan və kimyəvi tərkibindən asılı 
olaraq gedir. Məsələn, konqlomerat və brekçiya əsasən ilkin 
süxurlardan təşkil olunub, ancaq sementləşmiş maddəsində 
aşınma prosesində yaranan törəmə minerallar iştirak edir. Belə 
halda çöküntü və ilkin süxurların aşınması prosesində az fərq 
ola bilər. Əhəng daşları və gil şistlərinin aşınması isə başqa 
cürdür. Bu süxurlar ilkin süxurların aşınmasından əmələ gələn 
minerallardan ibarət olub, həmin termik şəraitdə özünü davamlı 
göstərir. 
Aşınma nəticəsində belə süxurlar az-çox dəyişkənliyə 
uğraya bilən mineralların hesabına gedərək fiziki xırdalanır və 
kimyəvi tərkibi dəyişir. 
Əhəng daşı aşınma prosesində aşağıdakı dəyişikliyə 
düçar olur. Onun tərkibinə karbon qazı, kaolin, krem silisium 


116 
turşusu, kvars, dəmir hidratı, alüminium, marqans, az miqdarda 
fosfat, xlorid, sulfat və digər birləşmələr daxil olur. Bu 
mineralların çoxu kimyəvi dəyişkənliyə uğramır. Belə ki, 
xloridlər, sulfatlar və qismən fosfatlar suda həll olaraq 
dəyişkənliyə uğramayaraq ayrılırlar. Kaolin – davamlı mineral 
olub qismən mikroorqanizmlər tərəfindən parçalanır. Odur ki, 
süxur bu mineralla zənginləşir. Onun tərkibindəki kalsitin 
karbon qazının miqdarı kəskin dəyişəcək. Bu duz havadakı 
karbon qazı və su ilə asan reaksiyaya uğrayır. 
Bu zaman suda həll olan iki kalsium-karbonat əmələ 
gəlir. Aydındır ki, belə reaksiya nəticəsində əhəng daşı kalsiti 
itirəcək, eyni zamanda həll olmayan davamlı minerallarla (gil, 
silikat turşusu, dəmir və alüminium oksidi) nisbətən 
zənginləşəcəkdir. Əhəng daşı ağımtıl boz rəngdən qırmızımtıl 
və qonur rəngə çevriləcəkdir. Onun aşınma məhsulu çox xırda 
hissəciklərdən ibarət olur. Məhz buna görə də əhəng daşları 
üzərində aşınma zamanı gilli torpaqlar yaranır. 
Aşınma nəticəsində əhəng daşlarının yerində mergellər 
– karbonatlı gillər və hətta təmiz, yəni karbonatsız gillər 
yaranır. Sonralar onların üzərində gilli torpaqlar əmələ gəlir. 
Gilli şistlər də göstərildiyi kimi aşınmaya məruz qalır. 

Yüklə 6,54 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin