ŞAHİN ƏHMƏdov



Yüklə 6,54 Mb.
Pdf görüntüsü
səhifə46/107
tarix30.09.2023
ölçüsü6,54 Mb.
#151124
1   ...   42   43   44   45   46   47   48   49   ...   107
Mühəndis-ekologiyası

 
Biogeokimyəvi funksiya -
torpağın üst qatlarında biofil 
elementlər, o cümlədən mikroelementlərin toplanmasına şərait 
yaradır, torpağın akkumulyasiya rolu olmasaydı, onların çoxu 
yer qabığında və hidrosferdə «səpələnər » və biologi dövrandan 
çıxardı. Bu fikri dəfələrlə Vernadski (1967) irəli sürmüşdür. 
Torpaqda üzvi karbon humus formasında konsentrasiya olunur. 
Biofil element olan azotun miqdarı (ümumi azot) humus kimi 
torpağın aşağı qatlarına doğru azalır. Fosfor mühüm və çox 
defisit biofil və aqrofil element hesab olunur. O, canlı 
orqanizmələr –bitki, heyvan, insan tərəfindən çox istifadə 
edilir, lakin filiz kimi ehtiyatı olduqca azdır. 
 
Torpağın informasiya funksiyası. 
Torağın profilində 
həm müasir, həm də qədim torpaq proseslərinin «dəlillərini» 
(izlərini) görmək olar. Müasir proseslərə torpağın islanma 


108 
dərinliyi, rütubətliyi, strukturu, biogenliyi və s., qədim 
proseslərə isə torpağın qalınlığı, humusun ehtiyatı, karbonatlar, 
gömülmüş horizontlar və s.aiddir. Qədim «dəlillərə» əsasən 
torpağın tarixini, onun keçdiyi mərhələləri, hazırda şumlanan 
torpaqların vaxtilə meşə altında olmasını bərpa etmək, yəni, 
ərazinin 
qədim 
landşaftının 
qanunauyğun 
paleocoğrafi 
rekonstruksiyasını keçirmək olar. 
4.3. Yer qabığının mineralları və süxurları 
Yer qabığı olduqca mürəkkəb kimyəvi tərkibə malik 
olub təbiətdə rast gəlinən bütün kimyəvi elementlərə təsadüf 
etmək olar.Amerika alimi Klark Yer qabığında geniş yayılmış 
50 kimyəvi elementin orta miqdarını göstərmişdir.Litosferdə ən 
geniş yayılan kimyəvi elementlər aşağıdakılardır.(% - lə). 
Oksigen- 49,42 Hidrogen- 0,01 
Silisium- 33,0 Titan- 0,61
Alüminium- 7,13 Karbon- 2,0
Dəmir-3,80 Xlor- 0,02
Kalsium- 1,37 Fosfor- 0,08 
Natrium- 0,60 Kükürd- 0,08
Kalium – 1,36 Azot- 0,01 
Yer qabığı kütləsinin 99,95% - ni 25 element, 0,05 % - 
ni isə qalan elementlər təşkil edir.Bu kimyəvi elementlərdən 
Yer qabığını yaradan aşağıdakı minerallar əmələ gəlmişdir. 
Minerallar. 
Yer 
qabığı 
müxtəlif 
süxurlardan 
təşkil 
olunmuşdur. Hər süxur isə özü mineraldan ibarətdir. Bəsit 
süxurun tərkibinə yalnız hər hansı bir mineral daxil olur. 
Mürəkkəb süxur isə bir neçə müxtəlif mineraldan ibarətdir. 
Kimyəvi cəhətdən eyni olub tərkibi dəyişməyən və 
müəyyən fiziki xüsusiyyətlərə malik olan cisimlərə 
mineral 
deyilir.Mənşəyinə görə minerallar 3 qrupa bölünür: maqmatik, 
çöküntü və metomorfik. 


109 

Yüklə 6,54 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin