Salam olsun İbrahimə



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə3/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   2   3   4   5   6   7   8   9   ...   67
Salam-olsun-İbrahimə-2

Anası haqda 
Şəhidin qardaşı 
İbrahim  dünyaya  gəlməzdən  öncə  bir  neçə  ev 
dəyişmişdik.  Kirayəçi  idik,  o  dövrün  çoxlu  insanları  kimi 
rahat  yaşamırdıq.  Yadımdadır,  bir  müddət  qədim 
Cahanpənah,  indiki  Şəhid  Əcəbgül  xiyabanında  kirayədə 
qaldıq.  Ev  sahibi  çox  təqvalı  bir  qadın  idi.  Quran 
müəlliməsi idi və qadın məclislərində dini söhbətlər edirdi. 
Onun  evində  qalanda  anamızın  əxlaqı  və  rəftarı  çox 
dəyişdi. Quran və dua oxumağa çox əhəmiyyətli yanaşırdı. 
Anamız  çox  imanlı  və  mənəviyyatlı  bir  qadın  idi,  amma 
həmin il daha da mənəviyyatlı oldu. 
Günlər  ötdü,  1957-ci  ilin  20  aprelində,  mübarək 
ramazan  ayının  düz  21-ci  gecəsində  həmin  evdə  İbrahim 
dünyaya  gəldi.  Valideynlərimiz  onu  çox  sevirdilər.  Həm 
göyçək, həm də çox şirin uşaq idi. 
Zaman  ötdükcə  İbrahimi  bütün  ailə  üzvlərimiz  daha 
çox  sevməyə  başladılar.  Atam  dəfələrlə  deyirdi:  "Mənim 
bütün  övladlarım  yaxşıdır,  amma  İbrahimi  ayrı  cür 
istəyirəm,  gecə  namazlarımda  onun  üçün  ürəkdən  dua 
edirəm. Allah onu dünya və axirətdə başıuca etsin!" 
Anam  da  İbrahimə  qarşı  eyni  hissləri  keçirirdi.  O, 
İbrahimi  o  qədər  sevirdi  ki,  nə  istəsəydi,  tez  yerinə 
yetirirdi. 
Anamız  dünyagörmüş  və  çox  düşüncəli  bir  qadın  idi. 
Qohum-qonşular  arasında  kimin  ailə  problemi  olurdusa, 
bizə 
gəlirdi. 
Evimiz 
sözün 
əsl  mənasında  ailə 
məhkəməsinə, anamız da hakimə dönmüşdü. 
Anama  problemlərini  deyənlər  ən  yaxşı  tövsiyələri 
eşidirdilər. O həmişə çalışırdı ki, gənc ailələr  dağılmasın. 


 
12 
Mən  anamın  nəsihətləri  nəticəsində  müştərək  həyata 
davam edən çoxlu ailələr görmüşəm. 
İbrahim  də  anamdan  geri  qalmırdı.  Onun  nəsihətlərini 
eşitdiyinə  görə  bir  neçə  ailə  mübahisəsinə  müdaxilə  etdi. 
Mən  ona  etiraz  edib  deyirdim  ki,  bu  adamlar  səndən 
böyükdürlər, sən subaysan, nə üçün bu işlərə qarışırsan? O 
isə işin öhdəsindən yaxşı gəlirdi. 
Qonşu  oğlanlarımızın  biri  bir  tacir  qızı  ilə  ailə  qurdu. 
Qızın  atası  İbrahimin  dostlarından  idi.  Toylarından  bir 
müddət sonra dava-dalaş səsləri küçəyə gəlməyə başladı. 
İş  o  yerə  çatdı  ki,  hətta  küçədə  də  dalaşıb  özlərini 
rüsvay  edirdilər.  Bir  neçə  nəfər  vasitəçilik  etdi,  amma 
sonda  hamısı  dedi  ki,  bunlar  ayrılmalıdırlar,  başqa  yol 
yoxdur. 
Onlar  ayrı  yaşayırdılar.  Nəhayət,  bir  gün  İbrahim 
oğlanla  görüşdü.  Məhəllədə  hamı  İbrahimi  mömin  bir 
idmançı  kimi  tanıyırdı.  O,  qızın  atası  ilə  dost  olduğuna 
görə bu ailənin problemini həll etmək istəyirdi. 
Bizim  həyətimizdə  pilləkənin  üstündə  oturdular. 
İbrahim  saatlarla  onunla  danışdı.  Təzə  bəy  ondan  böyük 
olsa  da,  sakitcə  qulaq  asırdı.  Bir  azdan  İbrahim  evə 
anamın yanına qaçdı və nə danışdıqlarını söylədi. 
–  İndi  nə  deməliyəm?  Bu  oğlan  mənim  sözümü  qəbul 
edir. 
Anam İbrahimə nə deməli olduğunu başa saldı. 
Sonra  İbrahimin  israrı  ilə  anam  bir  neçə  dəfə  gəlinlə 
görüşüb  söhbət  etdi.  Özü  də  anamın  tapşırıqlarını 
dəqiqliklə  yerinə  yetirdi.  Qonşu  oğlan  İbrahimin 
dediklərini edirdi. 
Dostlarımızın  çoxu,  hətta  özüm  də  İbrahimə  müdaxilə 
etməməsini  söyləsəm  də,  sözündəki  ixlas  bəhrəsini  verdi. 
Bəylə  gəlin  yenidən  müştərək  həyata  başladılar.  Bir  neçə 


 
13 
ildən  sonra  İbrahim  cəbhəyə  gedəndə  onların  uşaqları 
olmuşdu.  İndi həmin hadisədən qırx il ötür, onlar normal 
həyat sürürlər və hətta nəvələri var. 
Onlar 
bütün 
həyatlarını 
İbrahimə  borcludurlar. 
İbrahimin bu işləri həzrət Əlinin (ə) Nəhcül-bəlağənin 47-
ci  məktubunda  yer  almış  fikirlərinin  real  nümunəsidir: 
"Müsəlmanlar arasında barışıq yaratmaq bütün (müstəhəb) 
namaz və oruclardan üstündür". 
*** 
İbrahim  cəbhədə  olanda  anam  həmişə  nigaran  qalırdı. 
Məzuniyyətə gələndə isə çox sevinir və onu əzizləyirdi. 
İbrahimin  şəhadət  xəbəri  anamızı  sarsıtdı.  Onun  şəhid 
olub  cəsədinin  itkin  düşdüyünü  eşidəndən  sonrakı  halını 
təsvir  edə  bilmərəm.  Hacı  Hüseyn  Allahkərəm  kəşfiyyat 
uşaqları  ilə  bizə  gəlib  şəhadət  xəbərinin  dəqiq  olduğunu 
bildirdi.  Lakin  hər  gün  biri  yeni  xəbərlə  gəlirdi.  Biri 
deyirdi  ki,  İraq  radiosundan  onun  səsini  eşidib;  digəri 
deyirdi ki, şəhid olub, döyüşçülər onu görüblər... Nəhayət, 
ona bir yas məclisi keçirildi. 
Yas  məclisində  anamız  oğlunun  şəhid  olduğunu  qəbul 
etdi,  lakin  elə  həmin  məclisdən  sonra  bir  nəfər  gəlib 
İbrahimin yaşadığını söylədi və dedi: "Bir cindar gətirmək 
istəyirəm  ki,  cinin  köməyi  ilə  sağ  olub-olmadığını 
öyrənsin". 
Həmin  adam  ertəsi  gün  sevincək  gəlib  dedi:  "Ana, 
muştuluğumu ver, cindar deyir ki, İbrahim yaşayır". 
Belə  xəbərlər  anamızı  İbrahimin  şəhadətindən  çox 
üzürdü. O, içdən yanır, İbrahimin şəkli önündə oturub zar-
zar  ağlayırdı.  Əsirlər  azad  olandan  sonra  isə  halı  çox 
pisləşdi.  Vəziyyəti  elə  bir  həddə  çatdı  ki,  soyuducudan 
buzları  götürüb  yeyir  və  deyirdi:  "Qəlbim  yanır,  bir  az 
sakitləşmək istəyirəm". 


 
14 
1993-cü  ilin  noyabrında  anamın  yanına  getdim.  Ürəyi 
ağrıyırdı. Onu israrla xəstəxanaya apardım və təcili yardım 
bölməsinə yerləşdirdik. Həkim onu müayinə etdi. Halı çox 
da pis deyildi. 
Mən  bayırda  oturub  həkimin  onu  evə  buraxmasını 
gözləyirdim.  Bir  dəfə  də  belə  olmuşdu.  Lakin  bir-iki 
saatdan sonra həkim yaxınlaşıb dedi: "Başınız sağ olsun!" 
Gözlərim hədəqədən çıxmaq üzrə idi. 
- Nə?! Səhv eləmirsiz? Anamın halı pis deyildi. 
Başı  üstə  qaçdım.  Sakitcə  yatmışdı.  Daha  İbrahimdən 
ayrılığa dözə bilməmiş, övladına qovuşmuşdu. 


 
15 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin