Voleybol
Mehdi Məhəmmədi
Kərim xan Zənd adına orta məktəbdə yeddinci sinifdə
oxuyurdum. Bizim məktəbimizdə hər cür şagird vardı. O
vaxt altı il ibtidai məktəb olurdu, altı il də orta məktəb.
Yəni orada 12 yaşdan 19 yaşa qədər şagirdlər təhsil
alırdılar.
Yadımdadır,
bəzi
şagirdlərimiz
sürücü
idilər,
məktəbdən sonra işləyirdilər, bəzisi narkoman idi və sair.
Mən
məktəbdə
hər
adamla
yoldaşlıq etməyə
qorxurdum. Nəhayət, Allah ən yaxşı bəndələrindən birini
mənim qarşıma çıxardı. Mən daha onun kimisini
görmədim. Bir gün tənəffüs vaxtı böyük şagirdlərlə birgə
voleybol oynayırdıq. Mən idman müəlliminə öz
bacarığımı göstərmək və məktəbin yığma komandasına
girmək istəyirdim. Lakin yuxarı sinif şagirdləri boy-
buxunlarına görə yığma komandada bizə bir yer
saxlamırdılar.
Nəhayət, bir gün idman müəllimi yığma komandaya
seçilmiş şagirdlərin adlarını oxudu. Adım çəkilmədiyinə
görə narahat oldum.
Məktəbin
voleybol
komandasının
ən
güclü
oyunçularından biri olan İbrahim məni görüb dedi:
"Yadından çıxmasın, axşamüstü Sədra klubuna məşqə
gəl".
– Mən yığmaya seçilmədim.
– İşin olmasın, sən gəl.
Sonra özü idman müəllimi ilə danışıb mənim oynumu
təriflədi. Onun israrı ilə mən də getdim.
18
Çoxları məni ələ salırdılar; kiçik boyumla onların yerini
tutmuşdum. İbrahim isə məşq boyu tez-tez mənə top atır,
məni tərifləyirdi.
Ertəsi gün tənəffüs saatında onun yanına getdim. Məni
yaxşı qarşılayan yeganə şəxs o idi. Onunla yoldaşlıqdan
çox zövq alırdım. Məktəbin bütün şagirdləri ona hörmət
edirdilər. Şəxsiyyəti o qədər böyük idi ki, hətta müəllimlər
də onunla rəftarda diqqətli olurdular.
Ertəsi gün məşqə hazırlaşanda mənə dedi: "Ağa Mehdi,
idman mühiti mənəvi mühitdir. Çalış işlərin, hətta idmanın
da Allahdan ötrü olsun. Əgər namazını qılmamısansa,
yaxud boynunda vacib qüsl varsa, get əvvəlcə təmizlən,
sonra gəl".
– Yox, ağa İbrahim, mən sübh namazımı qılmışam.
Özüm bu məsələlərə fikir verirəm. Məşqdən sonra da
namazımı qılacağam.
– Çalış günorta namazını da ilk vaxtında qıl. Gəl
sabahdan məşqə getməzdən öncə namazımızı məsciddə
cəm halda qılaq.
O mənə o qədər əziz idi ki, nə deyirdisə, qəbul edirdim.
İbrahimlə yoldaşlığım günü-gündən gücləndi. Mən
yeddidə oxuyurdum, o isə onda. Məktəbin ən sevimli
şagirdinin mənimlə dost olmasına çox sevinirdim. O, oyun
və məşq əsnasında dolayı yolla mənə nəsihət verib deyirdi:
"Kiminlə yoldaşlıq etdiyinə fikir ver... Çalış boynunda heç
kimin haqqı qalmasın... Çalış kiməsə zülm etməyəsən..."
Sədra
klubunda
məşq
edən
zaman
tanınmış
idmançıların bir neçəsi oraya gəldi. Onların biri hamıdan
məşhur idi. Futbolçu idi, amma voleybol da oynayırdı.
O, məhəlləmizin gənclərindən olan Əli Pərvin idi.
Başqa bir məşhur voleybolçu olan Rza ilə birgə gəlmişdi.
19
Onları görüb çoxları Sədra klubuna gəldilər. Zalda xüsusi
həyəcan yarandı.
Kimsə onların yanında İbrahimi təriflədi, təklif etdi ki,
onunla voleybol oynasınlar.
İbrahim torun bir tərəfində tək dayandı, digər tərəfdə
isə üç məşhur voleybolçu. Tamaşaya gələnlərin hamısı
İbrahimi alqışlayırdı.
Zalda böyük həyəcan yarandı, sonda da İbrahim qalib
gəldi. Yadımdadır, Əli Pərvin ona təəccüblə baxırdı.
Günlər ötdü. Bir dəfə məktəbdə mənə dedi: "Gəl
təkbətək voleybol oynayaq".
Oynamağa başladıq. Sinfimizin əksər uşaqları
meydançanın ətrafına toplaşdılar. İbrahim servisləri
qəsdən elə atırdı ki, asanlıqla götürə bilim. Mən də yaxşı
oynamağa çalışırdım.
Həmin gün İbrahimi uddum; əslində, o qədər zəif
oynadı ki, özündən kiçik bir yeniyetmə ona qalib gəldi.
Sinif yoldaşlarımın önündə çox qürur duydum. O
anların şirinliyini hələ də hiss edirəm. Məni elə görüb
İbrahim də sevinirdi.
|