Salam olsun İbrahimə



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə9/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   ...   5   6   7   8   9   10   11   12   ...   67
Salam-olsun-İbrahimə-2

H
əya 
Hüseyn Cahanbəxş 
Orta məktəb dövründə həmişə İbrahimlə bir yerdə idim: 
ya idmana  gedirdik,  ya  məscidə,  ya heyətə. O, bütün dost 
və  həmyaşıdlarına  əxlaq  nümunəsi  idi.  Digər  dostların 
sözlərini  təkrarlamaq  istəmirəm.  Hamı  bilir  ki,  İbrahim 
həqiqətən kamil insan idi. 
Lakin  məndə  sual  yarandı  ki,  İbrahim  nə  üçün  birdən-
birə bu qədər dəyişdi, əxlaqi və dini məsələlərdə hamıdan 
önə keçdi? 
Sonralar çox fikirləşdim. Ona yaxşı tərbiyə vermiş ata-
anasından  əlavə  məhəllə  sakinlərindən  biri  də  onun 
şəxsiyyətinin formalaşmasında mühüm rol oynamışdı. 
Onların 
qonşuluğunda, 
Xorasan 
meydanının 
yaxınlığında  Seyid  Abbas  adlı  bir  pəhləvan  yaşayırdı.  O, 
idmançı  idi,  İbrahimi  çox  sevirdi,  hara  getsəydi,  özü  ilə 
aparırdı.  O  deyirdi:  "Mən  bu  oğlanın  ədəb-ərkanına  və 
həyasına vurulmuşam". 
Çoxlu  zorxanalara  gedib-gəlir,  hamı  onu  hörmətlə 
qarşılayırdı. Mən də İbrahimə qoşulub bir neçə dəfə Seyid 
Abbasla  birgə  idmana  getdim.  Yolda  bizimlə  danışır, 
dolayı  yolla  nəsihət  verirdi.  Seyid  Abbas  dünyagörmüş, 
mənəviyyatlı  və  savadlı  bir  adam  idi,  heç  bir  tapşırıq 
vermədən inandıqlarının çoxunu bizə öyrədirdi. 
Allah onu İbrahimə xeyirxah bir müəllim göndərmişdi. 
Bir  qədər  sonra  öyrəndik  ki,  Seyid  Abbas  şahənşah 
ordusunun  xüsusi təyinatlılarının  təlim rəhbəri  seçilib.  Bu 
iş  ona  əsla  yaraşmırdı.  O,  saqqallı,  çox  dindar  və  mömin 
idi. 


 
31 
İbrahim  çox  nəzakətlə  bunun  səbəbini  Seyid  Abbasın 
özündən  soruşdu.  O  dedi:  "Məndən  xüsusi  təyinatlılara 
məşq  keçməmi  istədilər, mən  də  bu  şərtlə qəbul etdim ki, 
saqqalımı qısaltmayım, namazımı ilk vaxtda qılım və dini 
məsələlərdə azad olum". 
Bir ildən sonra İbrahim güləşə başlayanda Seyid Abbas 
bir qəzada dünyasını dəyişdi. 
Seyid  Abbasın  İbrahimə  təkidlə  tapşırdığı  ən  mühüm 
məsələlərdən  biri  həya  idi.  O  deyirdi:  "Həyalı  adamın 
səadətinə ümid var, həyası olmayanın isə dini də olmaz". 
İbrahim  onun  təsiri  altında  həmişə  enli  paltarlar 
geyinirdi,  heç  vaxt  başqasının  yanında  soyunmazdı.  Biz 
İbrahimi  çoxlu  idmanlarda  görmüşdük.  O,  stolüstü 
tennisdə, voleybolda, hətta futbolda da usta idi. 
İbrahim  bir  dəfə  futbol  oynayarkən  asfalt  üzərində 
qayçı  zərbəsi  vurdu.  Bədəni  bu  qədər  elastik  və  qüvvətli 
idi.  Lakin  onunla  üzgüçülüyə  getməyimiz  yadıma  gəlmir. 
Bu  da  onun  həyasından  irəli  gəlirdi.  Bəlkə  də  hovuza 
gedirdi, amma yoldaşları ilə yox. 
İbrahim  adətən  uzun  güləş  geyimi  geyinirdi  və 
digərlərinin  yanında  soyunmurdu.  Çox  vaxt  güləş 
formasını evdə paltarlarının altından geyinir, zalda  yalnız 
üst paltarlarını çıxarırdı. 
Həya 
məsələsi 
İbrahimin 
həyatının 
bütün 
mərhələlərində  görünür.  Naməhrəm  önündə  olduqca 
həyalı  idi.  Biz  İbrahimgilə  gedəndə  heç  vaxt  anası  və  ya 
bacısı  ilə  rastlaşmazdıq.  Onda  və  ailəsində  həmişə  bu 
həyanı görmüşük.  
Həmyaşıdları arasında həyalı olanlarla yoldaşlıq edirdi. 
Birinin  utanmaz  və  həyasız  olduğunu  görəndə  onu 
dəyişdirməyə  çalışırdı.  Məncə,  hətta  bu  həyasına  görə 
cəsədinin qayıtmamasını arzulayırdı. 


 
32 
Bir dəfə Behişti-Zəhra (ə) məzarlığına şəhidlərin birinin 
dəfn  mərasiminə  getmişdik.  Orada  şəhidin  cənazəsini 
yuyurdular, insanlar da baxırdılar. 
İbrahim dedi: "Allah eləsin biz belə olmayaq. Ölüyuyan 
fikir verməsə, camaatın önündə rüsvay olarıq". 
Sonra əlavə etdi: "Mən Allahdan istəmişəm ki, seyidlər 
anası  həzrət  Zəhra  (ə)  kimi  tanınmaz  qalım  və  mürdəşirə 
işim düşməsin". 


 
33 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin