Hiday
ət
Şəhidin dostu
Ağa İbrahimlə bir yerdə oturanda həmişə bizə qədim
pəhləvanlardan danışırdı. Onların ruhiyyələri, imanları və
Allaha arxalanmaları haqda yaxşı əhvalatlar bilirdi.
Biz bir neçə nəfər idik və İbrahimi çox sevirdik. O
zaman fəsad çox açıq idi, çoxlu yaşıdlarımız cinsi fəsad
içində idilər.
Bir dəfə İbrahim dedi: "Qədim pəhləvanların biri o
qədər güclü imiş ki, ağacı yerindən qoparırmış".
Biz diqqətlə ona qulaq asırdıq.
– Bunun səbəblərindən biri bu imiş ki, ailə qurana
qədər cinsi qüvvəsini zəiflədən bir iş görmürmüş. İnsan
günahla məşğul olsa, bədənində güc qalmaz.
O bizə tövsiyə edirdi ki, boş vaxtlarımızı iş və ya
idmanla dolduraq, izdivac vaxtı çatana qədər əks cinslə
danışmağa həvəs göstərməyək. Çünki bu işlər yavaş-yavaş
insanı məhvə sürükləyir.
1975-ci il idi. Mən məhəlləmizin qızlarından biri ilə
gizlicə dostlaşdım. O vaxt təxminən 17 yaşım var idi. Bir
dəfə küçə boş olanda həmin qızla söhbət edirdik. Başım
elə qarışmışdı ki, ətrafımdan xəbərsiz idim. Birdən
İbrahimin bizə doğru gəldiyini gördüm.
Daha iş-işdən keçmişdi; o bizi gördü. Mən divarın
kənarında qızdan bir metr aralıda dayandım. İbrahim
yanımızdan keçəndə başıaşağı halda salam verdi.
Salamının cavabını verdim və daha heç nə demədim.
Rəngim qaçmışdı. İbrahimsə dayanmadı, heç bir söz
demədi və yavaşca küçədən keçdi. Çox həyəcanlandım.
Əgər orada məni vursaydı, o qədər narahat olmazdım.
39
İnanın ki, valideynlərim bilsəydilər, yenə o qədər narahat
olmazdım. O mənim ən yaxşı dostum idi, gecə-gündüz bir
yerdə idik. O mənim güləş və voleybol müəllimim idi,
məni voleybolçu etmişdi. Mənim nə hörmətim vardısa,
ona görə idi.
Həmin gecə yata bilmədim. Fikirləşirdim ki, sabah
İbrahim məni görsə, nə deyəcək; uşaqların içində məni
saymasa, necə olacaq?!
Bu fikirlər məni dəli edirdi. Həmin gecə çox uzun
çəkdi. Səhər tezdən birbaş İbrahimgilə gedib qapını
döydüm. İbrahim məni həmişəki kimi səmimi salamladı,
sanki heç bir hadisə baş verməmişdi. Mən dinmədim, o da
bir söz demədi. Bir neçə dəqiqə ötdü. Boğazımı qəhər
tutmuşdu.
- Dadaş İbrahim, mənə bir söz de, bir sillə vur, söy. De
ki, bədbəxt, sənə bu qədər nəsihət verdim...
İbrahim sanki heç nə görməmiş və eşitməmişdi.
– Sən nə haqda danışırsan?
– Məgər dünən görmədin ki, mən...
İbrahim sözümü kəsdi.
– Bu nə sözdür?! Mən nə üçün sənə nəsə deməliyəm?!
Sən bəlkə o qızla ailə qurmaq istəyirsən...
Sonra bir qədər dayanıb əlavə etdi: "Sən hələ də mənim
əvvəlki yaxşı dostumsan".
Təəccübdən yerimdə quruyub qaldım. Sonra sağollaşıb
qayıtdım. Çox fikirləşdim. İbrahimin bu rəftarında çoxlu
dərslər vardı. Həmin gün saatlarla fikirləşdim və axşam
qərarımı verdim. Birbaş həmin qızın yanına gedib dedim:
"Bax, xanım qız, bir qızla dostlaşan oğlanların əksərinin
niyyəti ailə qurmaq deyil. Onlar şeytani fikirdə olurlar və
həmin qızın aqibəti də yaxşı olmur". Sonra bir neçə nəfəri
misal çəkib dedim: "Bunların həyatı puç olub".
40
- Sən də gələcəkdə yaxşı həyat istəyirsənsə, bu işlərlə
məşğul olma. Hər gün bir oğlanla danışan qız gələcəkdə
müştərək ailə həyatında problem yaşayar.
Sonra sağollaşıb dedim: "Hər şeyi yaddan çıxar. Mən
birdəfəlik getdim".
Oradan birbaş İbrahimin yanına gedib məsələni
danışdım.
- Mən onunla hər cür münasibətdə ola bilərdim, amma
bu sözləri deyib ondan həmişəlik ayrıldım. Allah kömək
edənə qədər bir də belə işə bulaşmayacağam.
İbrahim sükutu pozub dilləndi: "Get ata-anana dua elə.
Əgər ananın pak südü və atanın halal çörəyi olmasaydı,
əmin ol ki, bu işi görə bilməzdin".
|