İdman klubu
Ustad Şirgir
Əlli ildən artıqdır ki, Tehranın cənubunda, Şəhid
Ayətullah Səidi məhəlləsində idman klubum var. O zaman
bütün Tehranda yeddi-səkkiz idman klubu vardı və bizim
çempionlarımızın çoxu həmin klublarda, imkansız şəraitdə
yetişiblər.
O zaman klubumuzda həm zorxana meydançası vardı,
həm də güləş döşəyi. Çətinliklə, amma böyük həvəslə
işləyirdik. Allah ölənlərin hamısına rəhmət eləsin! O
dövrün müəllimlərini də yaxşı xatırlayıram. Mərhum ağa
Qudərzi və Məhəmmədi uşaqlar üçün çox əziyyət
çəkirdilər. Bir dönəmdə meydançanın kənarında hətta
camaat namazımız da olurdu.
Mən bu əlli ildə orada hər cür adam görmüşəm.
Klubumuzda dünya çempionu da yetişib; Məhəmməd
Bənnadan tutmuş digərlərinə qədər. Lakin mənim üçün
mühüm olan pəhləvan əxlaqı, pəhləvan davranışıdır.
İlkin mərhələləri keçən bütün güləşçilərə proqram
hazırlayır və məşqləri yazırdım. O dövrdən uzun illər ötsə
də, İbrahim Hadi yaxşı yadımdadır. O, zorxanadan buraya
gəlmişdi. Şəhid olduğu üçün tərifləmirəm, dostlar məni
tanıyırlar, əbəs yerə adam tərifləyən deyiləm.
Mənim şəhid olmuş idmançım var idi. Burada olanda
tərifli adam deyildi, amma birdən dəyişdi və getdi.
İbrahimin isə dəyərli xüsusiyyətləri vardı. Uzun zaman
ötsə də, yaxşı xatırlayıram.
O, çox azdanışan idi, dövrün bir çox gənclərindən fərqli
olaraq, sözlərinə fikir verirdi. Güləş onun üçün məqsəd
deyildi. O, bədənini gücləndirməyə gəlmişdi. Bütün
49
idmançılarla yaxşı rəftar edirdi və onlara müsbət təsir
göstərməyə çalışırdı.
O illərdə güləşçilərin biri mənim diqqətimi çəkdi.
Həmişə onunla idi. O da bir müddətdən sonra İbrahim
kimi ilk vaxtda namaz qılmağa və digər işlərə əhəmiyyətli
yanaşmağa başladı.
O, idman çempionu olmağa gəlmişdi, İbrahim isə onu
çempionluğun və qəhrəmanlığın zirvəsinə çatdırdı.
O, sonralar korpus komandirlərindən biri, Seyyidüş-
şühəda diviziyasının komandir əvəzedicisi oldu. İbrahimlə
yoldaşlığı onun həyatını dəyişdirmişdi. Söhbət güclü
güləşçi olmuş Hacı Cəfər Cəngrudan gedir.
İbrahim bizim yanımızda idman edəndə ölkə çempionu
səviyyəsində deyildi, amma çox çalışır və yaxşı məşq
edirdi.
Onun qəribə və gözəl xüsusiyyətləri vardı. Dəfələrlə
şahid olmuşam, yarışda rəqibinin onu yıxmasına şərait
yaradırdı. Ona etiraz edirdim ki, nə üçün filan fəndi
işlətmədin? Deyirdi: "Bu Allah bəndəsi də məşq edib,
çətinlik çəkib. O da rəqibini yıxmağı arzulayır".
Mən onun nə dediyini həqiqətən anlamırdım. Məgər
adamın bu qədər idmandan, məşqdən sonra yarışda
rəqibinə yazığı gələr?!
Xüsusi pəhləvan ruhiyyəsi vardı. Yadımdadır, mərhum
Qudərzi güləş öyrədəndə istirahət vaxtı uşaqlara mərhum
Təxtidən, Teyyubdan və ölkəmizin digər məşhur
pəhləvanlarından danışırdı.
İbrahim bu sözlərə hamıdan diqqətlə qulaq asır və əməl
edirdi. O, pəhləvanlıq qaydalarını diqqətlə mənimsəyirdi.
Mənim əvvəllər mərhum Təxtidə və sonra İbrahimdə
gördüyüm xüsusiyyətlərdən biri də bu idi ki, yarışda
50
rəqiblərinin
zəif
yerlərinə
yaxınlaşmazdılar. Əgər
rəqibinin sol ayağının ağrıdığını bilsəydi, ona toxunmazdı.
Bir dəfə məşq yarışları zamanı öz çəkisində olan biri ilə
güləşirdi. Rəqibi bilmədən İbrahimin üzünə kəllə vurdu.
Gözünün altı şişib qaraldı. Rəqibi qorxurdu və narahat idi.
Belə halların dava-dalaşa səbəb olduğunu dəfələrlə
görmüşdüm.
İbrahim isə pəhləvan ruhiyyəli olduğuna görə
yaxınlaşıb rəqibinin üzündən öpdü və dedi: "Mühüm
deyil, idmanda belə şeylər olur".
Bunlar kiçik məsələlər deyil. Mən dəfələrlə bunun
əksini görmüşəm.
|