Salam olsun İbrahimə



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə16/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   ...   12   13   14   15   16   17   18   19   ...   67
Salam-olsun-İbrahimə-2

İnsan haqqı 
Məhəmmədsəid Saleh 
Evimiz  Sədra  klubunun  arxasında  yerləşirdi.  Mən 
İbrahimin  qardaşı  Abbas  Hadi  ilə  bir  sinifdə  oxuyurdum. 
Qonşuluğumuzda mehriban və hörmətli bir ailə vardı, biz 
onlarla  get-gəl  edirdik.  Sonra  öyrəndim  ki,  bu  ailənin 
xanımı Abbas Hadinin xalasıdır. 
Qardaşımla  mən  əkiz  idik  və  Abbasa  görə  İbrahimlə 
dostlaşdıq. Onu hər dəfə görəndə bizi çox yaxşı qarşılayır, 
bizə  bir  ovuc  püstə  və  badam  verirdi.  Sonra  gördüm  ki, 
hamı ilə belədir. Onunla bir dəfə ünsiyyətdə olan hər kəs 
onu  sevirdi.  İndi  yaşım  altmışa  az  qalıb.  Həyatımda, 
xüsusən  də  gəncliyimin  əvvəlində  Özünün  yaxşı 
bəndələrindən  birini  qarşıma  çıxardığına  görə  Allaha 
şükür edirəm. 
İnanın  ki,  biz  insaniyyətin,  yaxşı  insan  olmağın 
mənasını  İbrahimdən  öyrəndik.  Mənim  bütün  həyatım 
həmin bir neçə ildən təsirlənib. Övladlarım İbrahimlə bağlı 
xatirələri  dəfələrlə  məndən  eşidiblər.  Mən  məhəlləmizin 
bir  çox  şəhidləri  ilə  yaxın münasibətdə  olmuşam. Onların 
hamısı böyük insanlar idilər, İbrahim isə tamam başqa idi. 
Yadımdadır,  bir  dəfə  onunla  dağa  getdik.  Elə 
əvvəllərdə  ayağım  burxuldu  və  İbrahim  məni  kürəyində 
apardı.  Yol  çox  uzun  və  çətin  idi.  Onun  yerinə  kim 
olsaydı,  deyərdi  ki,  burada  qal,  bizi  gözlə.  O  isə  həm 
ayaqlarını  gücləndirirdi,  həm  də  yarımçıq  yoldaş  olmaq 
istəmirdi. 
Kulkəçala  doğru  çox  sərt  yoxuşu  olan  bir  zirvə  var. 
İnsan  orada  yüksüz  də  yorulur.  İbrahim  oraya  məni 


 
52 
kürəyində  qaldırdı.  Həm  xəcalət  çəkdim,  həm  də  onun 
fiziki qüvvəsinə “afərin” dedim. 
Ağa  Fəxxari  adlı  bir  dostum  var,  mağazasına  ağa 
İbrahimin şəklini vurub. Bu hadisə bir dəfə də onun başına 
gəlib. O da bundan sonra İbrahimi çox sevib. 
Qısası, məhəllədə İbrahimlə dostluğumuz davam edirdi. 
Qardaşımla  mən  evdə  həmişə  İbrahimdən  danışırdıq. 
Valideynlərimiz  də  onu  tanıyır  və  oğullarının  belə  bir 
gənclə  yoldaşlıq  etmələrinə  sevinirdilər.  Əminliklə 
deyirəm  ki,  biz  dini  inancları  da  İbrahimdən  öyrəndik. 
Təxminən  17  yaşı  vardı,  amma  dini  məsələləri  elə  bilirdi 
ki, heç bizim böyüklərimiz elə bilmirdilər. 
Bir  dəfə  voleybol  oynamaq  istəyirdik.  Mənim  ketim 
yox  idi.  İbrahimin  yoldaşlarının  birinin  ayağında  qədim 
çin keti vardı. Ona dedim: "Oynamırsansa, ketini ver, mən 
oynayım".  Öz  çəkələyimi  verib  ketini  aldım.  Oyundan 
sonra  onu  tapmayıb  həmin  ketlə  evə  qayıtdım.  Bir  qədər 
sonra  İbrahim  bizə  gəldi.  Sevincək  qapıya  çıxdım.  Məni 
görən  kimi  dedi:  "Səid,  Allah  qiyamət  günü  hər  şeydən 
keçər, amma insan haqqından keçməz. Buna görə də, çalış 
həyatda heç bir insanın sənin boynunda haqqı qalmasın". 
Sonra  sözünə  davam  etdi:  "Bacardığın  qədər  sənin 
olmayan  bir  şeyə  yaxınlaşma,  çox  ehtiyatlı  ol.  Əgər 
birindən əmanət almısansa, özün onu qaytarmağa çalış". 
Mən  dedim:  "Ağa  İbrahim,  baş  üstə.  Düzü,  ketini 
aldığım  dostunun  harada  olduğunu  bilmirdim,  oyun 
bitmədən getmişdi..." 


 
53 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin