Salam olsun İbrahimə


Pis  işlərə qarşı rəftarı



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə19/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   ...   15   16   17   18   19   20   21   22   ...   67
Salam-olsun-İbrahimə-2

Pis 
işlərə qarşı rəftarı 
Hüseyn Cahanbəxş 
İnqilab  ərəfəsində  dörd  gün  İbrahimin  yeri  bilinmədi. 
Hamı  narahat  idi.  Nəhayət,  inqilabın  qələbəsindən  sonra 
qayıtdı.  Harada  olduğunu  soruşanda  dedi:  "Küçə 
qarşıdurmalarında  dostlarla  birgə  idik.  İşrətabad 
qarnizonunu  ələ  keçirəndə  Cavad  Aradaninin  yanında 
idim. Cavad mənim çəkimdə idi və Əbu-Müslim klubunda 
güləşərkən  rəqibim  olurdu.  Güclü  və  çox  yaxşı  oğlan  idi. 
Qarşıdurma zamanı onun sol çiyninə bir J3 gülləsi dəydi. 
Qarnizonu ələ keçirəndən sonra onu ekspertizaya apardım. 
Orada  bədənləri  parçalanmış  çoxlu  şəhid  vardı.  Heç  kim 
onlara  yaxınlaşmağa  cürət  etmir  və  işlərini  görmürdü. 
Buna  görə  də,  orada  qalıb  işləri  sahmana  salmağa 
başladım.  Bəzi  cəsədlər  yanmışdı,  bəzilərinin  kimliyi 
bilinmirdi  və  axtarıb  ailələrini  tapmalı  idik.  Bu  işləri 
görməyə heç kim yox idi. İnqilab qələbə çalmış, hərbi işlər 
azalmışdı. Bizim də əlimizdən bu gəlirdi". 
Hələ  inqilabın  qələbəsindən  bir  neçə  gün  ötməmiş 
İbrahim  komitəyə  qoşuldu.  Komitə  Xorasan  meydanında, 
Fürutən  qarajında  yerləşirdi.  Komitənin  işçiləri  hər  iş 
görürdülər.  Bəzi  mərkəzlərdə  bir  ruhani  vardı  və  şəriət 
məhkəməsini  əvəz  edirdi.  Orada  araq  içənlərə  şallaq 
vurulduğunu da görmüşdüm. 
*** 
Bir  axşam  Xorasan  meydanının  yaxınlığında  bir 
avtomobilə  “Dur”  işarəsi  verdilər.  Avtomobilin  içindəki 
iki  gənc  buna  məhəl  qoymayıb  qaza  basdılar.  Bir  qədər 


 
60 
irəlidə  İbrahim  cəsarətlə  maşının  önünü  kəsdi,  hər  iki 
sərnişini maşından çıxarıb dedi: "Baqajı açın". 
Qaçmalarının  səbəbini  bildik.  Baqajda  bir  qutu  xarici 
araq  vardı.  Həmin  iki  gənc  qorxudan  əsirdilər. 
Yalvarırdılar  ki,  sən  Allah,  bizi  polisə  vermə,  şallaqdan 
qorxuruq, bizi rüsvay eləmə. 
İbrahim  onlara  baxdı.  Əmin  idim  ki,  ən  yaxşı  qərarı 
verəcək.  Bunun  nədən  ibarət  olacağını  isə  səbirsizliklə 
gözləyirdim. 
İbrahim  şərab  qutusunu  götürüb  kanalın  yanında 
oturdu,  sonra  hər  ikisinə  dedi:  "Bir  yolu  var:  bu  şüşələri 
bir-bir açıb kanala boşaldın". 
Onlar  şərab  şüşələrini  bir-bir  açıb  kanala  boşaltmağa 
başladılar.  İbrahim  fürsətdən  istifadə  edib  şərabın  mənfi 
cəhətlərindən 
danışmağa 
başladı: 
"Peyğəmbərimiz 
buyurub  ki,  şərab  bütün  pis  işlərin  açarı  və  ən  böyük 
günahlardandır. Allah qiyamət günü rəhmət nəzərini şərab 
içəndən  çəkər.  İmam  Sadiq  (ə)  də  buyurub  ki,  şərab  içən 
adam  cənnətə  girməz;  Bütün  pis  əməllərin  qıflı  var  və 
şərab bu qıfılların hamısının açarıdır". 
Onlar  qulaq  asırdılar.  Bütün  şüşələr  boşalandan  sonra 
İbrahim onlarla hal-əhval tutub dedi:  "İslam bu qanunları 
təyin edib ki, cəmiyyət düzgün yolla getsin. Əks təqdirdə, 
mənim və sizin namusumuz küçədə rahat gəzə bilməz". 
Onlar təşəkkür etdilər və sağollaşıb getdilər. Mən əmin 
idim ki, hətta pis əməl qarşısında düzgün rəftar da müsbət 
bəhrəsini verəcək. 
*** 
İnqilabın qələbəsindən bir neçə ay ötdü. Mən İbrahimlə 
birgə  hələ  də  komitədə  qeyri-rəsmi  fəaliyyət  göstərirdim. 
Bizim  peşəmiz  müəllimlik  idi,  amma  komitə  ilə 
əməkdaşlıq  edirdik.  İbrahim  bir  gün  günorta  vaxtı 


 
61 
evimizin önünə gəlib məni səslədi. Qapıya çıxıb onu içəri 
dəvət  etdim,  o  isə  dedi:  "Xeyir  iş  üçün  bir  qədər  pul 
lazımdır;  yəni  gərək  pulun  qayıtmasını  gözləməyəsən. 
Əgər vaxtın varsa, gəl birlikdə gedək, gör kimə istəyirəm". 
Həmin  gün  ona  yüz  tümən  verdim.  Sonra  gedib 
Mustafa, Əmir, Səid və digərlərinin hərəsindən yüz tümən 
də aldı və təxminən min tümən topladı. 
Birlikdə  Xorasan  komitəsinin  önünə  getdik.  Qapının 
ağzında təxminən iyirmi yaşlı bir gənc oturmuşdu. İbrahim 
dedi: "Sizin probleminiz həll olundu?" 
Cavan narahat halda dedi: "Yox. Mən nə edim?" 
İbrahim içəri girdi və bir neçə dəqiqədən sonra qayıtdı. 
Özü ilə nisbətən böyük bir taxta qutu gətirmişdi. Qutunun 
içinə maqnitofon kasetləri düzülmüşdü. 
Bildim ki, bu gənc səyyar satıcı imiş və icazəsiz musiqi 
kasetləri  satırmış.  İbrahim  gənci  bir  tərəfə  aparıb  qutunu 
ona verdi. 
Kasetlərin  çoxunu  sındırmışdılar.  Cavan  qutunun  içinə 
baxdı.  Qutunun  dibində  yalnız  bir  neçə  kaset  qalmışdı. 
Onun  bütün  mayası  əlindən  çıxmışdı.  İbrahim  gəncin 
baxışından hər şeyi anladı. 
–  Dadaş  can,  adam  gərək  halal  yolla  qazansın,  haram 
pulla  bir  şey  əldə  edə  bilməzsən.  Bunlara  nə  qədər  xərc 
çəkmişdin? 
– Təxminən yüz kaset idi, hər biri beş tümənə. 
İbrahim  əlini  cibinə  salıb  dedi:  "Bu  min  tümən  halal 
puldur. Get bu pulla halal bir işə başla". 
Gənc  sevincindən  uçmaq  istəyirdi.  İbrahimin  üzündən 
öpüb  getmək  istəyəndə  o,  fürsəti  əldən  verməyib  dedi: 
"Dadaş can, haram musiqi adamı dindən  çıxarar, bu  yolla 
qazanılan  pulun  bərəkəti  olmaz.  Sən  daha  bu  işlərlə 
məşğul olma, Allahdan istə kömək etsin". 


 
62 
– Baş üstə! Allaha and olsun, biz də halal pul istəyirik. 
Mən bu kasetlərin haram olduğunu bilmirdim. Əmin olun 
ki, daha bu işi görmərəm. 
Cavan  kasetlərin  qalanını  zibilqabıya  töküb  bizdən 
uzaqlaşdı. Gedə-gedə hərdən  dönüb bizə baxırdı.  İbrahim 
ixlasla  onu  doğru  yola  gətirdi  və  mən  əmin  idim  ki,  öz 
təsirini göstərəcək. 


 
63 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin