Salam olsun İbrahimə


Davranış  Höccətülislam Doktor Seyid Möhsün Miri



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə22/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   ...   18   19   20   21   22   23   24   25   ...   67
Salam-olsun-İbrahimə-2

Davranış 
Höccətülislam Doktor Seyid Möhsün Miri 
Təxminən  1975-ci  ildə  Ustad  Şirgirin  rəhbərlik  etdiyi 
Əbu-Müslim idman klubuna getdim. Güləşi sevirdim və o 
klubda 
yaxşı  müəllim  və  güləşçilərin  olduğunu 
eşitmişdim.  Deyirdilər  ki,  Ustad  Şirgir,  Məhəmmədi  və 
digərləri  insani  və  mənəvi  xüsusiyyətlərə  daha  çox 
əhəmiyyət verirlər. 
İlk  günlərdə  bir  çox  idmançılar  kimi  İbrahim  Hadi  ilə 
tanış  oldum  və  daha  ondan  ayrıla  bilmədim.  İbrahimin 
əxlaqı  özümdən  asılı  olmadan  bütün  hərəkətlərimə  təsir 
edirdi.  Artıq  gecə-gündüz  onunla  bir  yerdə  idik.  Tətil 
günlərində  də  atamın  Xavəran  xiyabanındakı  qarajında 
voleybol oynayırdıq. 
Bir  gün  Hacı  ağa  Müctəhidinin  elm  hövzəsinə  getmək 
qərarına  gəldim.  İbrahim  məni  çox  həvəsləndirdi.  O 
günlərdən  qırx  il  ötür.  Mən  bu  illərdə  hövzədə  və 
universitetdə  çoxlu  dostlar,  müəllimlər  görmüşəm.  İndi 
hövzə  və  universitetdə  müəlliməm,  ölkə  daxilində  və 
xaricində  çoxlu  təbliğat  səfərlərində  olmuşam,  amma 
inanın ki, hələ İbrahimin xüsusiyyətlərini özündə toplamış 
ikinci adama rast gəlməmişəm. 
Mən  ondan  kiçik  idim.  O  günlərdə  hər  yerdə  mənim 
qeydimə  qalırdı.  Hətta  yarışların  çoxunda  müəllim  kimi 
döşəyin yanında dayanırdı. 
Mən  o  günlərdən  İbrahimlə  dost  oldum  və  bu  dostluq 
hələ  də  davam  edir.  O  indi  də  mənim  qeydimə  qalır.  Son 
bir  ayda  iki  dəfə  yuxuma  girib,  mənə  yardım  edib.  Bir 
neçə  gün  öncə  bir  işə  başlamaq  istəyirdim.  Yenə  yuxuma 


 
70 
girdi  və  böyük  qardaş  kimi  nəsihət  verib  dedi  ki,  filan 
səbəblərə görə bu işi görmə. 
Hövzədə  böyük  alimlərdən  öyrəndiklərimə  əsasən, 
İbrahimin  həyat  qaydasını  və  davranışını  belə  şərh  edə 
bilərəm: 
Birinci  məsələ  ibadət  və  mənəviyyatdır.  Bəzi  adamlar 
xalqdan  uzaqlaşıb  gecələr  ibadət  edir,  zikr  deyir,  maddi 
işlərdən  kənarlaşır  və  özlərini  dünya  adamlarından 
ayırırlar. Onlar Allaha bu yolla çatmaq istəyirlər. 
Bəziləri  ilahi  inkişaf  yolunu  böyüklərin  ziyarətinə 
getməkdə  görürlər.  Onlar  da  dünya  adamlarından 
uzaqlaşıb  Kərbəlaya,  Məşhədə,  Məkkəyə  və  digər 
müqəddəs yerlərə yollanırlar. 
Başqa  bir  qismi  elmlə  məşğul  olurlar;  mütaliə  edir, 
tədqiqat  aparır,  kitab  yazır  və  bu  növ  bəndəliklə  Allaha 
çatmağa çalışırlar. 
İbrahim Hadinin yolu isə başqa idi. Onun ilahi yüksəliş 
yolu xalqın arasında və cəmiyyətin içində idi. O, camaatla, 
xüsusən də gənclərlə oturub-durur, bir yerdə yemək yeyir, 
amma  özünü  dünya  çirkabına  bulaşdırmırdı.  O,  ürəklərə 
yol  tapıb  insanları  Allah  yoluna  yönəltməkdən  ötrü 
müxtəlif 
üsullardan 
istifadə 
edirdi. 
Bu, 
eynilə 
Peyğəmbərin  və  Əhli-beytin  yolu  idi.  Allahın  elçisi 
cəmiyyətdə  idi  və  insanları  Allahla  tanış  etməkdən  ötrü 
əlindən gələni edirdi. 
Növbəti  məsələ  ünsiyyət  məharətidir.  İbrahim  kimi 
hamı  ilə  ünsiyyət  qurmaq  məharətini  az  adamda 
görmüşəm.  Evdə  qardaşları  ilə  dost  idi.  Mənimlə  tanış 
olandan  sonra  çox  tezliklə  qardaşım  və  atamla  ünsiyyət 
qurdu, sanki illərdir onları tanıyırdı. 
Müxtəlif işlərdə çalışan müxtəlif insanlarla dost olurdu. 
Özündən  kiçik  və  böyüklərlə  ünsiyyət  qurub  çox  tez 


 
71 
dostlaşırdı.  Məhəlləmizdə  öz  çirkin  əməllərindən  rahat 
şəkildə  danışan  fasiq  insanlar  vardı.  İbrahim  onlarla  çox 
asanlıqla  dostlaşırdı.  Təbii  ki,  bu  əlaqələrin  hamısı 
məqsədyönlü  idi.  İbrahimin  bütün  işlərində  məqsəd  vardı 
və o, insanları Allaha yönəltməkdən ibarət idi. 
Hərdən  görürdüm  ki,  bir  ibtidai  sinif  uşağı  velosipedi 
ilə  İbrahimgilin  evinin  qarşısında  dayanıb  və  İbrahim 
saatlarla onunla söhbət edir. O uşağın ailəsində problemlər 
var  idi  və  İbrahimi  özünə  sirdaş  hesab  edirdi.  İbrahim 
onun etimadını dəyərləndirir, problemini aradan qaldırana 
qədər saatlarla onunla danışırdı. 
Bəzən  də  tərəf-müqabilinin  doğru  yola  gəlməyə  razı 
olmadığını görəndə onunla əlaqəni kəsirdi. O,  vücudunda 
insaniyyət qanı  qalmış adamlarla dostluq əlaqəsini  davam 
etdirirdi. 
Birində  hidayət  şəraitinin  olmadığını  görəndə  ya 
girişmir,  ya  da  davam  etdirmirdi.  Məhəllənin  bəzi 
zorxanaları  belə  dəyərlərə  əhəmiyyətli  yanaşmırdılar. 
İbrahim  onları  dəyişdirməyə  çalışdı,  amma  bacarmadı  və 
daha davam etmədi. 
Günlər  ötdükcə  və  inqilab  dövrü  çatdıqca  bu 
dostluqların  nəticəsini  gördük.  Belə  deyək  ki,  o,  bəzi 
fasiqlərin  və  ya  xətdə  olmayan  adamların  arasından  ən 
yaxşılarını  inqilab  üçün  yetişdirdi.  İbrahimlə  yoldaş 
olanların  hər  biri  məhəllədə  ən  yaxşı  inqilabçı  qüvvələr 
oldular. 
İbrahimin  müxtəlif  insanlarla  rəftar  zamanı  nəzərə 
aldığı  başqa  bir  amil  müsbət  düşünməsidir.  Hədislərə 
əsasən,  imanın  ən  üstün  dərəcəsi  odur  ki,  insan  özünü 
hamıdan  aşağı  bilsin  və  insanlarla  münasibətdə  onların 
müsbət cəhətlərinə diqqət yetirsin. İbrahim belə hədislərin 
real nümunəsi idi. 


 
72 
Onun  kiminləsə  dostluğuna  etiraz  olunanda  həmin 
adamın  müsbət  cəhətlərini  vurğulayar,  mənfi  cəhətlərinə 
toxunmazdı. 
İbrahimin  kiməsə  "bunu  elə"  və  ya  "bunu  eləmə" 
dediyini görmədim. O, bir söz demədən elə hərəkət edirdi 
ki, qarşı tərəf səhvlərini tərk edirdi. 
İbrahim  Əhli-beytin  bu  əmrinə  diqqətlə  əməl  edirdi: 
"İnsanları danışmaqdan başqa bir yolla (əməlinizlə) Allaha 
çağırın". 
Gənc  və  yeniyetmələr  arasında  özünü  göstərmək 
xüsusiyyəti  var. Gənclər  digərlərinin  diqqətini cəlb  etmək 
istəyir,  bir  qədər  böyüyəndə  yaxşı  işdə  çalışmağa, 
haradasa  başçı  olmağa  can  atırlar.  İnsanların  çoxunun 
xarakteri belədir. 
İbrahim  isə  digərlərinin  qarşısında  öyünməyə  nifrət 
edirdi.  O  hətta  görünməməyə  çalışırdı.  İnqilabın 
qələbəsindən  sonra  onun  dostu  və  müəllimi  olmuş 
mərhum  ağa  Davudi  Bədən  Tərbiyəsi  Komitəsinin  sədri 
təyin edildi. O, İbrahimə komitədə böyük bir vəzifə təklif 
etdi, o isə qəbul etmədi. 
Yadımdadır,  İbrahim  hələ  inqilabdan  öncədən 
məşhurlaşmaqdan  qaçır,  tanınmaz  qalmasını  istəyir, 
işlərini  səs-küysüz  görməyi  sevirdi.  O,  yaxşı  güləşçi  idi, 
amma  heç  vaxt  çempion  olmağa,  ölkə  yığmasında 
güləşməyə can atmırdı. Onun böyüklüyü də bunda idi. 
O,  həmin  dövrdən  seyidlər  anasına  təvəssül  edirdi. 
Eşitmişdi  ki,  həzrət  Zəhra  (ə)  bizim  ən  tanınmaz 
məsumumuzdur;  nə  məzarı  bilinir,  nə  də  tarixçilər  onun 
haqqında  geniş  məlumat  veriblər.  Həzrət  Fatimədən  (ə) 
nəql  olunmuş  hədislər  də  çox  azdır.  Lakin  Allah  onun 
tanınmazlığına  elə  məqam  verib  ki,  bizim  imamlarımız 


 
73 
deyirlər: "Biz Allahın sizə höccəti, anamız da Allahın bizə 
höccətidir". 
İbrahimin  şəxsiyyəti  haqda  növbəti  məsələ  hikmətdir. 
Quranda hikmət sözü çox işlənib. Bu o deməkdir ki, insan 
öz  mövqeyini  yaxşı  dərk  etsin  və  Allah  yolunda  çalışsın. 
Belə  işə  hikmətli  iş  deyirlər.  Hikmət  İbrahimin  rəftar  və 
hərəkətlərində aydın görünürdü. 
Siz  İbrahimdən  vəsiyyətnamə  və  ya  gözəl  bir  mətn 
görməzsiniz.  Ondan  yalnız  bir-iki  məktub  qalıb.  Lakin 
ondan  çoxlu  hikmətli  və  təsirli  iş  görürsünüz.  Onun 
hidayət etdiyi insanların çoxluğu bunu təsdiqləyir. 
Onun  başqa  bir  xüsusiyyəti  mətanəti  idi.  O,  insanlarla 
münasibətdə  heç  vaxt  qəzəblənməzdi.  Mən  İbrahimin 
dalaşdığını eşitməmişəm. Çoxlarının dalaşmağı sevdiyi bir 
zamanda o, çox ağıllı hərəkət edirdi. 
Bir dostunun yanlış  yolla getdiyini görəndə bir müddət 
ondan  uzaqlaşırdı  və  bu,  həmin  adamın  öz  səhvini  başa 
düşməsinə gətirib çıxarırdı. 
Başqa  bir  xüsusiyyəti  gözütoxluğu  idi.  O,  elə  rəftar 
edirdi  ki,  sanki  dünyanın  bütün  nemətlərinə  sahibdir.  O, 
yetim  böyümüşdü,  güzəranı  ağır  idi,  bazarda  işləyib 
qazandığı  pulu  da  digərlərinə  xərcləyirdi.  Onu  nə  xüsusi 
imkanlar  şirnikləndirirdi,  nə  də  fürsətlərin  əldən  çıxması 
narahat edirdi. 
Bütün bunlar onu əfsanəvi bir şəxsiyyətə çevirmişdi. 
İbrahimdən 
xatırladığım 
son 
xüsusiyyət 
zarafatcıllığıdır.  Bütün  işlərində  zarafat  və  gülüş  vardı. 
Buna  görə  sözü  və  rəftarı  daha  cəlbedici  olurdu. 
Voleybolda  və  güləşdə  dostlarına  söz  atırdı,  üzündə 
həmişə  təbəssüm  vardı.  Onunla  yoldaşlıqdan  heç  kim 
yorulmurdu. 


 
74 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin