Din aliml
ərinin hüzurunda
Əmir Məncər və digərləri
Evdən bayıra çıxanda əlinə təsbeh götürüb zikr deyən
çox adam görmüşəm. Lakin onların bəzisi yalnız dildə zikr
deyir, Allahdan ötrü heç bir iş görmürlər. Günah şəraiti
yarananda da bəziləri büdrəyirlər. İbrahim isə əməllərinə
çox diqqət yetirir, özündən haqq-hesab sorurdu və bu işlər
onun zahiri həyatında görünmürdü. O, digərlərinin
qarşısına çox adi şəkildə çıxır, deyib-gülür, zarafat edirdi.
Əməllərindəki
ixlası,
ehtiyatlılığı
və
diqqətliliyi
görməkdən ötrü onunla get-gəl etmək lazım idi.
İbrahim bu mənəviyyatı böyük din alimlərinin
dərsindən
və
heyətin
məclislərində
ruhanilərin
çıxışlarından öyrənmişdi. O, tez-tez məscidə gedir,
alimlərdən bəhrələnirdi.
Bunu da demək lazımdır ki, İbrahim birgecəyə məddah
olmadı. O, təcrübəli məddahların çıxışlarını dinləyir, Əhli-
beyt ailəsinə xidmət etmək üçün onlardan kömək istəyirdi.
Bu insanların biri Hacı ağa Turabi idi. Bir dəfə
İbrahimlə onun evinə getdik. Hacı ağa Turabi ixlaslı və
təcrübəli məddahlardan idi. İbrahim onun önündə dizi üstə
oturub dedi: "Hacı ağa, gəlmişəm ki, İmam Hüseynə (ə)
qulluqçuluq işində mənə kömək edəsiniz".
Hacı ağa Turabi də İbrahimi çox sevirdi, bildiyi şeir və
üslubları ona öyrədirdi.
İbrahimgil inqilabdan öncə Ziba xiyabanına köçdülər.
O xiyabanın hər küçəsində bir ilahi din alimi yaşayırdı.
İmam əl-Qaim (ə) elm hövzəsi, Məhəmmədi məscidi və
onlarla hüseyniyyə oranın əhalisinin dindarlıq səviyyəsini
göstərirdi.
66
İbrahimgilin məhəlləsində böyük bir din alimi
yaşayırdı: Əllamə Məhəmmədtəqi Cəfəri.
Bu böyük alimin çox yaxşı əxlaqı vardı və əksər
əhalinin hörmətini qazanmışdı. İbrahim də onu sevir,
evində keçirilən məclis və əzadarlıqlarda iştirak edirdi.
Əllamə Cəfərinin oğlu İbrahimin yaxın dostlarından idi.
İbrahim bu böyük alimdən bəhrələnir və onu çox
sevirdi. Əslində, bu münasibət qarşılıqlı idi. Əllamə də
inqilabçı və mömin bir gənc kimi İbrahimi çox sevirdi.
İbrahim Fəthülmübin əməliyyatında yaralananda
Əllamə Cəfəri ona baş çəkməyə getdi və evlərində bir saat
qonaq oldu. Halbuki o, adətən kiminsə evinə getməzdi.
Əllamənin oğlu Əli Cəfəri müsahibəsində deyirdi:
"İbrahim Hadi yaralanıb evə gələndə əllamə ona baş
çəkmək istədiyini bildirdi. İbrahim əllamənin gəldiyini
görüb o vəziyyətdə ayağa qalxmağa çalışdı və dedi:
"Ustad, siz nə üçün zəhmət çəkmisiniz?! Biz yaxşılaşıb
hüzurunuza gələrdik". Əllamə isə belə cavab verdi: "Sizə
baş çəkmək bizim borcumuzdur. Siz canınızı bu yola
qoymusunuz".
Sonra əlavə etdi: "Hər dəfə siz gəlib dərs öyrənirdiniz,
indi bizim növbəmizdir; gəlib sizdən dərs öyrənməliyik".
İbrahim çox utandı və narahat halda dedi:
"Əstəğfirullah, ustad. Biz sizin ayağınızın tozu ola
bilmərik. Nəyimiz varsa, sizdəndir. Dua edin ki, vilayət
yolunun əsgəri ola bilək".
Qardaş Əli Kəlic həmin gün gördüklərini belə təsvir
edir: "Ayətullah Səidi xiyabanından keçəndə bir land rover
maşını siqnal verdi. Dostlarımdan biri sükanın arxasından
mənə dedi: "Ağa İbrahimi görmək istəyirsən?" “Bəli” –
deyib içəri atıldım. Arxa oturacağa baxan kimi çox xəcalət
67
çəkdim
və
ədəb-ərkanla salam verdim. Əllamə
Məhəmmədtəqi Cəfəri arxamda oturmuşdu.
İbrahimgilə getdik. Salamlaşandan və hal-əhval
tutandan sonra İbrahim danışmağa başladı.
– Ustad, biz cəbhədə bir çox məsələlərə əmin oluruq.
Sonra əli ilə bir dairə cızıb dedi: "Əgər dünya bu kürə
kimi olsa, İmam Mehdi (ə) mənim bu qollarım kimi onu
əhatəyə alıb. Allah da bütün kainata şahiddir və nəzarət
edir".
Əllamə sakit qalıb İbrahimin irfani ifadələri haqda
fikirləşdi. Sonra İbrahim kəramətlər və qeybi yardımlar
haqda xatirələr danışmağa başladı”.
***
İbrahimin qonşusu və dostu Məhəmməd Xurşidi deyir:
"İbrahim yaralanıb Tehranda qaldığı zaman bir dəfə onu
motosikletlə Ziba xiyabanına apardım.
– Ağa İbrahim, inşallah haraya?
– Əllamə Cəfərini görməyə gedirəm.
– Hansı əllamə? Televiziyada qəliz türk ləhcəsi ilə
danışan əllaməni deyirsən? Mən də gələ bilərəm?
– Hə, istəyirsənsə gəl.
Əllamə Cəfərinin evinə girdik. Ətrafında bir neçə nəfər
oturmuşdu və o danışırdı.
İbrahim çəliklə otağa girdi. Əllamə İbrahimi görən kimi
yerindən qalxıb onu qarşıladı, sonra da gözəl ləhcəsilə
dedi: "Bəh-bəh! Ağa İbrahim! Buyurun, buyurun”. O,
İbrahimi məclisin başına apardı. Ona hörmət olaraq hamı
ayağa qalxdı. Sonra əllamə elə qəribə söz dedi ki, özüm
eşitməsəydim, inanmazdım.
- Ağa İbrahim, mənim yerimdə əyləş, gərək biz sizə
şagirdlik edək.
68
Əllamə bu cümləni deyən kimi İbrahimin üzünə
baxdım. Çuğundur kimi qızarmışdı. Şagirdlərin yanında
oturub dedi: "Ustad, siz Allah, bizi utandırmayın”.
Əllamə çox isrardan sonra öz yerində oturdu, danışdığı
mövzunu davam etdirməzdən öncə yanındakı dostlarına
üzünü tutub bir cümlə dedi. O cümləni yaxşı xatırlayıram:
"Ağa İbrahim mənim ustadımdır".
Mən Əllamə Cəfərinin elmi səviyyəsi haqda çox şey
bilmirdim,
ancaq
televiziyadan
danışdığını
çox
görmüşdüm. Bilirdim ki, bu böyük filosofun sözü səbəbsiz
deyil.
Günlər ötdü və nəhayət, İbrahim Vəlfəcr-hazırlıq
əməliyyatında şəhadətə qovuşdu. Onun şəhadət xəbərini
bir müddət elan etmədilər. Elə bilirdilər ki, sağdır və əsir
düşüb. Lakin bir gün onun itkin düşməsi xəbəri yayıldı.
Bu haqda Əllamə Cəfəriyə məlumat verən adam deyir:
"Əllamə Cəfəri İbrahimin şəhid olduğunu və cəsədinin
itkin düşdüyünü eşidəndə çox narahat oldu, ətrafındakılara
baxıb İbrahimin mədhinə bir beyt şeir oxudu:
Bu eşq iddiaçıları bixəbərdirlər.
Xəbərdar olandan isə xəbər gəlmədi.
Burada Əllamə Cəfərinin İbrahimin şəxsiyyətinə uyğun
fikirlərini qeyd etməyimiz yaxşı olar:
"Ən güclü adam özünə sahib olmağı bacarandır; bu
dünyada başqa heç bir şeyə malik olmasa da.
Əksinə, bir adam bütün dünyaya malik olsa, amma
özünə sahib ola bilməsə, onu ən aciz insan saymaq
lazımdır".
1
1
Əllamə Məhəmmədtəqi Cəfəri, İmam Hüseyn (ə) – mütərəqqi
mədəniyyət şəhidi, s. 165.
|