Salam olsun İbrahimə


Allah yolu  Mehdi Həsən Qumi



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə18/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   ...   14   15   16   17   18   19   20   21   ...   67
Salam-olsun-İbrahimə-2

Allah yolu 
Mehdi Həsən Qumi 
Ağa  İbrahimin  Allaha  bəndəlikdən  sonra  ən  üstün 
xüsusiyyəti  insanların  hidayət  olunması  və  insanlara 
yardım  üçün  əlindən  gələni  etməsi  idi.  Onun  üçün 
başqalarının  nə  söylədiyi,  nə  düşündüyü  önəmli  deyildi. 
Bəzən  insanları  Allah  yoluna  gətirməkdən  ötrü  özünü 
dedi-qodu təhlükəsinə atırdı. 
Yadımdadır,  bir  dəfə  Əbu-Müslim  idman  klubunda 
idik.  İbrahim  onunla  həmyaş  idmançı  dostlarından  bir 
neçəsinin  gecələr  bəzi  böyüklərlə  birgə  Tehranın  əxlaqsız 
məhəllələrindən  birinə  getdiklərini  öyrəndi.  Onlar  bu 
haqda açıq danışırdılar. 
İbrahim onlarla çox söhbət etdi, amma faydası olmadı. 
Qərara  gəldi  ki,  bir  dəfə  onlarla  gedib  həmin  fəsad 
mərkəzini yola gətirsin. 
Bir dəfə idmandan sonra çox ciddi şəkildə onlara dedi: 
"Bu  qədər  tələsik  haraya  gedirsiniz?  Bir  dəfə  məni  də 
aparın". 
Onlar təəccüblə bir-birinə baxıb dedilər: "Eybi yox, sən 
də gəl". 
İbrahim də onlarla getdi. 
Ertəsi  gün  axşamüstü  İbrahimi  görüb  nə  baş  verdiyini 
soruşdum.  İdmana  başlamazdan  öncə  dərin  bir  ah  çəkib 
dedi:  "Allah  hamımızı  hidayət  eləsin!  Mən  yolda  bu 
dostlarla  çox  danışdım,  amma  onlar  ancaq  bu  böyük 
dostlarını dinləyirdilər. Onlar özlərindən yaşca böyük olan 
fəsad mənbəyi ilə dost olmuşlar". 
Sonra əlavə etdi: "Mən onların vəziyyətlərinin bu qədər 
bərbad olduğunu düşünməzdim. Onlar rahatlıqla Tehranın 


 
58 
fəsad  dolu  Gömrük  məhəlləsinə  girdilər.  Nə  qədər  ayə və 
hədis  dedimsə,  faydası  olmadı.  Hamısını  özü  kimi  fəsada 
qərq  etmiş  dostları  mənim  sözlərimi  eşidən  kimi  qışqırıb 
dedi:  "İbrahimi  tutun,  qaçmasın.  Onu  da  aparmalıyıq!" 
Məni  tutmaq  istəyəndə  əllərindən  qaçdım.  Arxamca 
qaçdılar, amma çata bilmədilər”. 
İbrahim narahat halda dedi: "Bu dostlara ürəyim yanır. 
Onlar  öz  gələcəklərini  məhv  edirlər.  Onların  yaxşı 
valideynləri  var,  amma  bu  haram  işlər  onları  həlak 
edəcək". 


 
59 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin