Salam olsun İbrahimə


Partizan  əməliyyatları  və  şəhər  döyüşləri  apardığımız



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə26/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   ...   22   23   24   25   26   27   28   29   ...   67
Salam-olsun-İbrahimə-2


Partizan  əməliyyatları  və  şəhər  döyüşləri  apardığımız 
günlər  çox  ağır  günlər  idi.  O  dövrü  xatırlamaq  mənə 
həqiqətən çətindir. 
Bəzən  mühasirəyə  düşürdük  və  hər  tərəfdən  bizə  atəş 
açırdılar. Bu zaman qorxu bütün vücudumuzu bürüyürdü. 
Lakin  Əsğər  və  İbrahim  kimi  döyüşçülərin  cəsarətini 
görəndə ruhlanırdıq. 
İbrahim  Qırmızıdəsmallılar  dəstəsində  qaldı.  Nəhayət, 
Kürdüstanda  nisbi  əmin-amanlıq  təmin  olundu,  qısa 
müddətdən sonra isə müharibə başladı. 


 
82 
Müharibə  başlayan  gün  İbrahim  Tehranda  idi.  Xəbəri 
eşidən kimi  dərhal Kermanşaha və oradan Sərpol Zəhaba 
getdi. 
Biz  Məhabadda  Qırmızıdəsmallılar  dəstəsində  idik. 
Hamımız  özümüzü  Sərpol  Zəhaba  Əbuzər  qarnizonuna 
çatdırdıq. 
1980-ci  ilin  22  sentyabrında  Sərpol  Zəhaba  çatanda 
Qəsri-Şirin  şəhərinin  süqut  etdiyini  və  bir  neçə  düşmən 
briqadasının  bir  neçə  saatdan  sonra  Sərpol  Zəhaba 
gələcəyini eşitdik. 
Dövlətimizə  qarşı  əməlli-başlı  müharibə  başlanmışdı. 
Nə baş verəcəyini heç kim təxmin etmirdi. 


 
83 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin