Salam olsun İbrahimə



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə29/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   ...   25   26   27   28   29   30   31   32   ...   67
Salam-olsun-İbrahimə-2

Vilay
ət 
Mürtəza Parsayian 
1980-ci  il,  məhərrəmin  birinci  axşamı  idi.  Əbuzər 
qarnizonundan  ratsiya  ilə  bilirdilər  ki,  qardaş  Hadi 
qarnizona mərasimə gəlsin. 
Bilirdim  ki,  İbrahimin  dostlarından  olan  Əmir  Məncər 
Əbuzər  qarnizonunda  çalışır.  Təxmin  etdim  ki, 
məhərrəmliklə bağlı mərasim keçirirlər. 
İbrahimə xəbər verdim. O, maşınların birini təhvil alıb 
Qırmızıdəsmallıların  qərargahının  önünə  gəldi  və  məni 
çağırdı.  Bayıra  çıxanda  dedi:  "Gəl,  birlikdə  Əbuzər 
qarnizonuna gedək". 
– Əsğər Vüsali yoxdur, səninlə getdiyimə görə narahat 
olar... 
–  Burada  bir  işin  yoxdur.  Uşaqlara  deyərəm  ki, 
mənimlə getdin. 
Sonra  oradakı  növbətçidən  icazə  aldı  və  birlikdə  yola 
düşdük. 
Çox  gözəl  və  riyasız  məclis  keçdi.  İbrahim  oxuyurdu, 
qarnizondakı döyüşçülər də sinə vururdular. 
Pilot  Şirudi,  qarnizondakı  digər  pilotlar,  Bəsic  üzvləri, 
pasdarlar 
və 
ordu 
hərbçiləri 
şəhidlər 
ağasının 
məzlumluğuna birlikdə ağlayırdılar. 
Məclis  təxminən  saat  12-də  bitdi.  Qəribə  mənəvi  hal 
yaranmışdı. 
Həmin gecə çox yorulmuşduq. Qərara gəldik ki, gecəni 
orada  yataq.  Lakin  bir  qədər  sonra  qarnizonun 
rabitəçilərindən  biri  namazxanaya  girib  dedi:  "Qardaş 
Hadi,  ağa  Vüsali  xəbər  yollayıb  ki,  bu  gecə  mütləq 
Sərpola qayıdasınız". 


 
91 
İbrahim  fikrə  getdi.  Mən  dedim:  "Ağa  İbrahim,  indi 
qaranlıqdır, güclü yağış da yağır. Sabah gedərik". 
İbrahim ayağa qalxıb dedi: "Qalx, gedək. Əsğər Vüsali 
bizim komandirimizdir, əmrini yerinə yetirmək lazımdır". 
Əsğərlə zarafatlaşan, deyib-gülən bir adamdan belə söz 
gözləmirdim.  O,  özündən  altı  yaş  kiçik  olan  mənə  dərs 
verdi.  Mən  illərlə  qulağımda  sırğa  etdim  ki,  komandirin 
əmri vacib vilayət əmridir. 
Getməyə  hazırlaşanda  dedim:  "Ağa  İbrahim,  mən 
indiyə  qədər  belə  güclü  yağış  görməmişəm.  Bu  yağışda 
maşının işığını söndürüb gedə bilmərik". 
Həmin  günlərdə  düşmən  bölgəni  görürdü,  maşının 
işığını  yandırsaydıq,  topla  vurardılar.  Başqa  bir  problem 
də  bu  idi  ki,  maşının  şüşətəmizləyəni  yaxşı  işləmirdi. 
İbrahim isə qayıtmaqda israrlı idi.  
Fikirləşib  dedi:  "Mürtəza,  keç  sükanın  arxasına.  Mən 
köynəyimi  çıxarıb,  ağ  alt  köynəklə  maşının  önündən 
qaçacağam. Sən də mənim köynəyimi izlə və düz arxamca 
gəl". 
–  Nə  danışırsan,  ağa  İbrahim?!  Mən  düz-əməlli  maşın 
sürə bilmirəm. Mən qaçaram, sən sürərsən. 
Bunu deyib tez üst köynəyimi çıxardım. 
İbrahim  qışqırdı:  "Olmaz!  Sən  sükanın  arxasında 
oturmalısan..." 
Mənsə  SUV  avtomobilini  sürə  bilməməyi  bəhanə  edib 
tez  bayıra  qaçdım.  Yağıntı  güclü  idi.  Mən  qaçırdım, 
İbrahim də maşınla arxamca gəlib qışqırırdı: "Mürtəza, gəl 
min, qoy mən qaçım". 
Bütün  yolu  qaçdım.  Başdan-ayağa  suyun  içində  idim. 
Öz  qərargahımıza  çatanda  daha  bədənimdə  taqət 
qalmamışdı.  Uşaqların  ikisi  qaçıb  ədyal  gətirdi  və  tez 
paltarlarımı dəyişdirdim. 


 
92 
Əsğər  Vüsali  bizim  üst-başımıza  baxıb  dedi:  "Ağa 
İbrahim, səhər qayıdaydınız!" 
İbrahim  dedi:  "Komandirin  əmri  idi;  göydən  daş  da 
yağsaydı, qayıdacaqdıq". 
Əsğər utanıb başını aşağı saldı və heç nə demədi. 
Ondan  sonra  uzun  müddət  hər  dəfə  İbrahimi  görəndə 
xəcalətindən  başını  aşağı  salıb  deyirdi:  "O  gecə  çox 
əziyyət  çəkdin.  Əgər  sürücülüyü  bilsəydin,  heç  vaxt 
yağışın altında qaçmana qoymazdım". 


 
93 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin