Salam olsun İbrahimə



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə25/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   ...   21   22   23   24   25   26   27   28   ...   67
Salam-olsun-İbrahimə-2

Qırmızıdəsmallılar 
Mürtəza Parsayian 
İbrahimlə 
inqilab 
günlərində 
Şah 
Əbdüləzim 
ziyarətgahında 
tanış  oldum.  Bir  cümə  axşamı 
motosikletimi  bağlayanda  yaxınlaşıb  salam  verdi,  halımı 
soruşub dedi: "Hansı məhəllədənsən?" 
– Xorasan meydanı tərəfdən, Şahin xiyabanından. 
Dərhal yaxınlaşıb əl verdi və dedi: "Deməli, bir məhəllə 
uşağıyıq.  Biz  də  Xorasan  meydanının  yaxınlığında 
qalırıq". 
Ondan  sonra  tez-tez  bir-birimizi  görürdük.  Belə 
asanlıqla  dostlaşdıq.  Nəhayət,  1979-cu  ilin  yayında 
dostlarımdan biri ilə birgə Kürdüstana yola düşdüm. Pavə 
şəhərində Əsğər Vüsalinin dəstəsinə qoşuldum. 
Mən  dəstənin  ən  kiçik  üzvü  idim.  Əsğər  bizim 
məhəlləmizdən  idi.  Onda  16  yaşım  olsa  da,  şah  vaxtında 
siyasi  məhbus  olduğumu  bilib  məni  öz  partizan  dəstəsinə 
qəbul etdi. 
Əsğər  Vüsali  də  inqilabdan  öncəki  dövrün  siyasi 
məhbuslarından  idi.  Eşitdiyimə  görə,  edam  hökmü  də 
verilibmiş,  amma  Allah  onun  yaşamasını  istəyib.  Əsğər 
yoldaşı  ilə  birgə  qərbə  yollanmışdı  və  Kürdüstanda 
fəaliyyət göstərirdi. Pavədə döyüş başlayanda özünü oraya 
çatdırdı.  Pavə  Əsğərin  və  onun  dəstəsinin  məzlum 
qəhrəmanlığının zirvə nöqtəsi sayılır. 
Pavədə  olduğumuz  zaman  Əsğər  bir  axşam  qırmızı 
parça  gətirib  kiçik  hissələrə  böldü  və  partizan  dəstəsinin 
adını  Qırmızıdəsmallılar  qoydu.  O  deyirdi:  "Bu  parçanın 
qırmızı  rəngi  şəhidlər  ağası  İmam  Hüseynin  (ə)  qanını 


 
81 
yadımıza  salacaq.  Həm  də  bununla  şəhidliyə  hazır 
olduğumuzu elan edirik". 
Dəstə  üzvlərinin  sayı  altmışı  ötməzdi.  Onların  əllidən 
çoxu  həmin  illərdə  şəhadətə  qovuşdu.  Əsğər  Vüsalinin 
dəstəsindən indi uzaqbaşı on nəfər yaşayır. 
İmamın  müraciətindən  və  könüllülərin  izdihamından 
sonra  Pavə  döyüşləri  sona  çatdı.  Növbəti  tapşırıq  yerimiz 
Məhabad rayonu oldu. 
Məhabad  korpusunda  İbrahim  Hadini  gördüm.  O, 
müəllim  idi,  İmam  Xomeyninin  müraciətindən  sonra 
Kürdüstana gəlmişdi. 
Yaxınlaşıb  salamlaşdıq.  Bu  zaman  Əsğər  də  gəldi. 
Onun da İbrahimi tanıdığını bilmirdim. 
Əsğər  İbrahimi  qucaqladı.  Sanki  iki  qədim  dost  bir-
birini  görürdü.  Sonra  İbrahimdən  Qırmızıdəsmallıllar 
dəstəsinə  qoşulmasını  istədi.  İbrahim  də  qəbul  etdi  və 
Əsğərin adamları ilə birgə qarnizondan çıxdıq. 
Deyirdilər  ki,  qarşıdurmanı  separatçı  kürd  qrupları 
yaradıblar.  Əslində  isə  elə  deyildi.  Biz  qarşımızda  şah 
ailəsinə bağlı çoxlu silahlı görürdük. Onların heç biri kürd 
deyildi,  fürsətdən  istifadə  edib  İslam  respublikasına  qarşı 
hərbi fəaliyyətə başlamışdılar. 
Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin